AZINTELECOM
Marketinq şöbəsinin müdiri
Son tarix 02 apr 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Marketinq strategiyasının planlaşdırılması və icrasına nəzarət edilməsi;
 - Brend strategiyasının yaradılması və icrasına nəzarət edilməsi;
 - Rəqəmsal, Reklam, Kommunikasiya və kreativ istiqamət daxil olmaqla, bütün Marketinq komandaları üçün marketinq strategiyaları və planlarının hazırlanması;
 - Marketinq şöbəsi üçün aylıq, rüblük və illik büdcələrin hazırlanması və idarə edilməsi;
 - Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılmasında iştirak etmək;
 - Marketinq şöbəsi üzrə işləri təşkil və idarə etmək;
 - Komandanın məqsədlərini təyin etmək, monitorinq etmək və hesabat vermək;
 - Marketinq səylərini planlaşdırmaq, istiqamətləndirmək və koordinasiya etmək;
 - Məhsul və xidmətlərə aid tələbatın araşdırılması;
 - Bazar araşdırmasına və tələblərə əsasən mövcud məhsulların inkişaf etdirilməsi üçün təkliflərin verilməsi;
 - Yeni məhsulların yaradılmasını və bazara çıxarılmasını təmin etmək;
 - Brend mesajımızın bütün kanallarda və marketinq səylərində (tədbirlər, e-poçt kampaniyaları, veb səhifələr və tanıtım materialları kimi) güclü və ardıcıl olmasını təmin etmək;
 - Məhsulun hədəf kütləsinə uyğun reklam kampaniyalarının hazırlanması;
 - Marketinq kommunikasiya tədbirlərini idarə etmək;
 - Marketinq xərclərinin analizi və təkmilləşdirilməsi;
 - İstehlakçı davranışının təhlili və müştəri şəxsiyyətlərinin müəyyən edilməsi;
 - Yeni bazar seqmentlərinə çatmaq və bazar payını genişləndirmək imkanlarının müəyyən edilməsi;
 - Rəqabətin monitorinqi (alınmalar, qiymət dəyişiklikləri və yeni məhsul və xüsusiyyətlər);
 - Müştəri məmnuniyyətini tarazlaşdırarkən mənfəəti və bazar payını maksimuma çatdırmaq üçün qiymət strategiyaları hazırlamaq üçün Satış komandası ilə işləmək;
 - Marketinq layihələrini əvvəldən sona qədər əlaqələndirmək;
 - Şirkətin məqsədlərinin rüblük və illik planlaşdırılmasında iştirak etmək;
 - Şöbənin dövrlər üzrə iş planının tərtib edilməsində və müvafiq hesabatların hazırlanmasında iştirak etmək.
 
Tələb olunun biliklər:
- Ali təhsil (Biznes, marketinq, kommunikasiya və ya əlaqəli sahə üzrə);
 - Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
 - Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
 - Azərbaycan dili - səlis, ingilis dili – əla, rus dili - arzu olunan;
 - MS Office proqramlarında işləmə bacarığı;
 - Yaradıcı, innovativ və strateji düşünmə bacarığı;
 - Məqsədləri təyin etmək və prioritetləşdirmək bacarığı ilə liderlik bacarıqları;
 - Effektiv vaxt idarə etmə bacarığı.
 
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







