AZIN Construction
Layihə Rəhbəri
Son tarix 27 fev 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Layihənin iş həcminin müəyyən edilməsi;
- Layihədə vaxtın idarə edilməsinə nəzarət etmək;
- Layihədə xərclərin idarə edilməsi sistemini təmin etmək;
- Layihədə keyfiyyətin idarə edilməsinə nəzarət etmək;
- Layihədə resursların idarə edilməsi tədbirlərini təmin etmək;
- Layihədə komunikasiyaları idarə etmək;
- Layihədə risklərin idarə edilməsini təmin etmək;
- Layihədə təchizatın idarə edilməsinə nəzarət etmək;
- ƏM TT (Əməyin mühafizəsi və Təhlükəsizliyin Texnikası) üzrə qanunvericilik tələblərini layihə ilə bağlı risklərin idarə edilməsi strategiyasına daxil edir;
- Müvafiq hüquqi və normativ standartları mütəmadi olaraq öyrənir, nəzərdən keçirir və onlara riayət edir;
- Layihədə gözlənilməz halların və problemlərin həll edilməsini təşkil edir;
- Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır;
- Rəhbərlik tərəfindən verilən vəzifə funksiyasına müvafiq tapşırıqları yerinə yetirir.
Namizədə aid tələblər:
- Təhsil: Ali təhsil (Sənaye və mülki tikinti ixtisası üzrə),
- Kompüter bilikləri: MS Office proqramları, AutoCad
- İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Əmək şəraiti:
- İş yeri: bakı
- İş rejimi: 6 gün, Əmək Məcəlləsinə uyğun olaraq
- Əmək haqqı: 2500-3000
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Layihə rəhbəri” yazmaqla göndərə bilərlər.