Azfen MMC
İş Paketi Mühəndisi (Work-Pack Engineer)
Son tarix 30 yan 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mühəndislik sahələrinə (ELEKTRİK) uyğun iş paketlərinin hazırlanması
- İşin həcminin idarəolunan hissələrə bölünməsi
- Çertyojlar, spesifikasiyalar, metod bəyanatları, icazələr, material siyahıları və s. daxil edilməsi
- Tikinti cədvəllərinin və layihə sənədlərinin nəzərdən keçirilməsi
- İcra zamanı çətinlik və məhdudiyyətlərin müəyyənləşdirilməsi
- Lazımi resursların (işçi qüvvəsi, alət, avadanlıq və s.) planlaşdırılması
- Planlaşdırma, mühəndislik, satınalma və tikinti komandaları ilə koordinasiya
- Keyfiyyət, təhlükəsizlik və mühəndislik komandaları ilə sıx əməkdaşlıq
- İş paketlərinin statusunun izlənməsi (plan, təqdimat, icra, tamamlanma)
- Risk qiymətləndirmələri və keyfiyyət yoxlama siyahılarının hazırlanması
- Ustalara və sahə mühəndislərinə texniki dəstək
Tələblər:
- Ali texniki təhsil (Tikinti mühəndisliyi və ya müvafiq ixtisas üzrə);
- Tikinti sahəsində minimum 3 il iş təcrübəsi;
- Layihə sənədlərini və P&ID cizgilərini oxuma bacarığı;
- İş həcmlərinin hesablanması və smeta sənədləri ilə işləmək təcrübəsi;
- MS Office, AutoCAD və digər mühəndis proqramlarında işləmə bacarığı;
- Yüksək məsuliyyət, analitik düşüncə və komandada işləmək qabiliyyəti.
- İngilis dilini rəsmi ünsiyyət və yazışma səviyyəsində bilməli
Üstünlük veriləcək namizədlər:
- Neft-qaz sahəsində, həm dənizdə, həm də quruda yerləşən neft platformalarının və sənaye tikintisi obyektlərinin inşasında iş təcrübəsinə malik olanlara;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.











