Azertexnolayn
Marketoloq-Analitik
Son tarix 30 iyn 2023 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin məhsul və ya xidmətinin istehlakçılar arasında nə qədər tələb olunduğunu öyrənmək,
- Bazarda tələbin və potensialın dinamikasını qiymətləndirmək,
- Rəqiblərlə müqayisəli təhlil aparmaq və tanıtım üçün sərfəli platformalar axtarmaq,
- Bazar araşdırması aparmaq, məhsula dair təklif verilməsi üçün istehlakçıya yönəlik məqsədyönlü bazar seqmetlərini müəyyən etmək,
- Məhsula dair narazıçılıqları müəyyən edib, məhsula olan tələb, məhsulda olan narazıçılıq və uyğunsuzluqları aradan qaldırılması və məhsula tələb olunan düzəliş olunması üçün bu haqda rəhbərə məlumat vermək,
- Qiymət siyasətinə və rəqib brendlərə olan tələbatı araşdırmaq, təhlil aparmaq və rəgabətli olmaq üçün təkliflər vermək.
Seçim meyarları:
- İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il
- Təhsili/ixtisası: Ali
- Bacarıqlar: Data analitikası proqramlarından istifadə bacarığı.
- Dil bilikləri: İngilis dili, Rus dili bilməsi üstünlükdür.
- Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)
İş şərtləri:
- Struktur: Marketinq şöbəsi
- İş rejimi: 5 gün 09:00 – 18:00
- İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
- Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.
Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini " Marketoloq- Analitik" başlığı altında göndərmələri xahiş olunur