Azersun Holding
Kateqoriya üzrə mütəxəssis
Son tarix 05 may 2024 Müraciət et
Tələblər:
- Ali təhsilli: (menecment, iqtisadiyyat, marketinq sahəsində);
 - Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) – Yaxşı;
 - Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzu olunandır;
 - Müvafiq sahədə üzrə 1 il iş təcrübəsi;
 - Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olması;
 - Təqdimat hazırlama və təqdim etmə bacarığı;
 - Müxtəlif bölgələrdəki marketləri və müştəri profillərini bilməli.
 
Vəzifə öhdəlikləri:
- Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;
 - Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
 - Marketlərlə promo-aksiyalarla bağlı işlərin aparılması;
 - Məhsul seçimi və qiymət məsələləri ilə bağlı müvafiq şirkətlərlə görüşmələrin aparılması;
 - Endirim kataloqlarının planlanması;
 - Müxtəlif kateqoriyalarda yeni trendlərin araşdırılması.
 
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
 - İstirahət günü: Şənbə və Bazar günü.
 
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
 - Nahar şirkət tərəfindən təmin edilir;
 - Korporativ telefon nömrəsi və danışıq paketi.
 
Ünvan: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kateqoriya üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Kompüter mütəxəssisi
Son tarix 05 may 2024 Müraciət et
Vəzifəyə tələblər:
- Ali təhsilli (müvafiq sahə üzrə);
 - Dil bilikləri: Azərbaycan – Əla;
 - Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
 - Əməliyyat sistemlərini bilməli;
 - Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli;
 - Komputerlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli;
 - CCNA , Microsoft OS sertifikatları arzu olunandır;
 - Ezamiyyətlərə açıq olmalı.
 
Vəzifə öhdəlikləri:
- Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi;
 - Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesini həyata keçirməsi;
 - İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi;
 - Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması;
 - Komputer, proqram təminatı ilə bağlı məsələlər üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi;
 - PC, notebook, MS Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi;
 - Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması.
 
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
 - Növbəli iş qrafiki;
 - İstirahət günü: Şənbə və Bazar günü.
 
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
 - Nahar şirkət tərəfindən təmin edilir.
 
İş yeri:
- Bakı şəhəri
 - Sumqayıt şəhəri
 - Qaradağ rayonu.
 
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Komputer üzrə mütəxəssis" qeyd etməyiniz xahiş olunur.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







