Azersun Holding
Tədarük planlama üzrə mütəxəssis
Son tarix 24 noy 2023 Müraciət et
Tələblər:
- Ali təhsil (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
- Planlama üzrə minimum 1 illik təcrübəyə sahib olmalı;
- MS Excel proqramını yaxşı səviyyədə bilməli;
- Analitik düşünmə qabiliyyətinə sahib olmalıdır.
İş haqqında:
- Satış və bazar araşdırmasından gələn təxmin plan çərçivəsində həftəlik,aylıq və ya illik olmaqla istehsal planını,buna uyğun olaraq da məhsulun planlamasını hazırlamaq
- Planlanan məhsulun zamanında istehsala daxil olması üçün səy göstərmək,
- Əldə olan və yeni təmin edilən məhsulu stokda saxlayaraq doğru şəkildə paylanmasını həyata keçirtmək,
- Planlamaya daxil olan təxmini sifarişlərə görə hazırılanmış istehsal planına əsasən daxili və xarici bazardan satınalma yolu ilə alınacaq məhsulları müəyyən etmək və bağlı olduğu rəhbərə bildirmək
- İstehsal olunmuş məhsulun stokunu təqib etmək və stokda əksilən məhsulların istehsal planını vermək
- Kənardan alınan məhsulların muddətinə və istehsal həcminə görə stoku formalaşdırmaq, İstehsal proqramında olmayan, lakin təcili istehsal olunması lazım olan məhsulların istehsalını həyata keçirilməsini təmin etmək
- Xüsusi kompaniyalar zamanı istehsal olunan məhsulların siyahısını hazırlayıb bağlı olduğu rəhbərinə təqdim etmək.
İş şərtləri: Həftə içi 5 gün
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "Tədarük planlama üzrə mütəxəssis" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Texniki yoxlamalar üzrə mütəxəssis (Kürdəmir, Sumqayıt)
Son tarix 24 noy 2023 Müraciət et
Tələblər:
- Ali təhsil (Mexanika, avtomatika, texniki sahələr) olmalı;
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsinə sahib olmalı;
- Texnoloji proseslərin aparılması qaydasını bilməli;
- Kənd təsərrüfatı və istehsal avadanlıqlarının texnoloji xüsusiyyətlərini bilməli;
- İş proseslərini, texnoloji sxemləri oxumağı bacarmalı;
- PLC, avtomatik, elektronik, pnevmatik, hidravlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli;
- Texniki təhlükəsizlik qaydalarını bilməli.
İş haqqında:
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak edir;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir;
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, dəzgah və qurğulara təmir xidməti göstərən işçilərə istiqamət verir.
İş qrafiki:
- Həftə içi 5 gün. 09:00-18:00
İş yeri:
- Kürdəmir rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
- Sumqayıt
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Texniki yoxlamalar üzrə mütəxəssis ” və işləmək istədiyiniz bölgənin (Kürdəmir, Sumqayıt) adını qeyd etməyiniz xahiş olunur.
İnsan Resursları üzrə kiçik mütəxəssis (Zaqatala)
Son tarix 24 noy 2023 Müraciət et
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə);
- Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramları, Əmas sistemi haqqında biliklərə sahib olmalı;
- AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- Miqrasiya məcəlləsindən məlumatlı olmalı.
İş haqqında:
- Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
- Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
- Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması;
- Əmək kitabçalarına qeydiyyatların aparılması;
- Məzuniyyət qrafikinə uyğun işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00-18:00
İş yeri:
- Zaqatala rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "İnsan resursları üzrə kiçik mütəxəssis (Zaqatala)" yazaraq göndərə bilər və ya "Müraciət et" butonuna basaraq qeydiyyatdan keçib müraciət edə bilərsiniz.