Azersun Holding
Satış təmsilçisi
Son tarix 21 dek 2023 - Müraciət et
Tələblər:
- Ali təhsili olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı;
- Satış sahəsi üzrə 1-2 il iş təcrübəsi olmalı;
- Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
- Mükəmməl təqdimat bacarığı olmalı.
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
İş haqqında məlumat:
- İcarə və Satış bölməsinin müdirinin rəhbərliyi altında Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirmək;
- Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
- Cəmiyyətin təqdim etdiyi daşınmaz əmlak qiymətlərindəki dəyişiklikləri, yeni kampaniya müddətləri ilə bağlı müştəriləri məlumatlandırır;
- Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir və rəhbərini məlumatlandırır;
- Müqavilələrin icrası ilə bağlı müştərilərin pretenziyalarının uçotunu aparır və Rəhbərliyi məlumatlandırır;
- Müqavilə şərtlərininin pozulması səbəblərini müəyyən edir və rəhbərinə məlumat verir;
- Müştəri barədə daxil olan bütün informasiyaları proqrama qeyd edir;
- Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və müdirinə təqdim edir;
- Keyfiyyət sisteminin menecmenti tələblərinin yerinə yetirilməsinə nəzarət edir.
- Özünün birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirir
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməyiniz xahiş olunur.