Vakansiya: Büdcə Planlama üzrə Mütəxəssis (Al Marketlər)
Ümumi Məlumatlar:
- Maliyyə/muhasibatlıq təhsili olmalı;
- MUBS təcrübəsi/bilməsi arzu olunandır;
- Mövcud sahədə ən azı 3 illik təcrübəyə malik olmalıdır;
- ERP təcrübəsi SAP arzu olunandır;
- BPC proqramında işləmək təcrübəsi üstünlükdür.
İş haqqında:
- Gündəlik satış fəaliyyət hesabatlarının Power BI sistemində yenilənməsini təmin etmək;
- Aylıq büdcə gerçəkləşmə hesabatlarının hazırlanıb müvafiq şöbələrə yönləndirilməsi;
- Hesabatların hazırlana bilməsi üçün BPC proqramında mağazalara əlaqəli məlumatların daxil edilməsi;
- Büdcə rəqəmlərinin daxil edilə bilməsi üçün giriş ekranlarının yoxlanılması və test edilməsi;
- BPC proqramına büdcə rəqmələrinin girilməsi üçün müəssisə xərc mərkəzləri, hesablar və digər ölçmə meyarlarının (ölçülərinin) proqrama əlavə edilməsi və hazır hala gətirilməsi;
- BPC proqramına büdcə məlumatlarının daxil edilməsi və ya büdcə sahiblərinə məlumatların daxil edilməsində köməklik göstərmək;
- Hesabatların hazırlanması zamanı baş verən xətalar və ya uyğunsuzluğun aradan qaldırılması üçün əlaqəli şöbələr və ya xidmət göstərən təşkilatlarla əlaqə yaratmaq, nasazlığı, problemi bildirmək və aradan qaldırıldıqdan sonra test etmək;
- Rəhbərliyin tapşırıqlarına və büdcə şöbəsinə tapşırılmış işlərdə iştirak etmək köməklik göstərmək.
İş şərtləri: İş qrafiki: həftə içi 5 gün
Ərazi: Bakı ş.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Al Marketlər - Büdcə Planlama üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.