Azersun Holding
MRP sistemləri üzrə proqramlaşdırma mütəxəssis
Son tarix 26 fev 2024 - Müraciət et
Tələblər:
- IT üzrə ali təhsilli olmalı;
- Aidiyyatı sahədə minimum 3 il iş təcrübəsi olmalı;
- 1C proqraminı bilməli;
- Yarana biləcək xətaları vaxtında aradan qaldırmalı;
- MSSQL serverdən istifadə etməyi bacarmalı;
- Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamlarını bilməli;
İş haqqında məlumat:
- Daha əvvəl yazılan proqramlarda meydana gələn probləmlərin təcili şəkildə bərpa edilməsi;
- İTSM proqramı üzərindən gələn müraciətlərin uyğun şəkildə paylaşımına nəzarət etməli;
- İTSM proqramındakı müraciətlərin qoyulmuş zaman çərçivəsində həll edilməsinə nəzarət etməli;
- Yazılan proqramlarda gərəkən dəstəyin verilməsi;
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “MRP sistemləri üzrə proqramlaşdırma mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Ödəniş Kartları Şöbəsinin Aparıcı Mütəxəssisi
Son tarix 26 fev 2024 Müraciət et
Tələblər:
- Ali təhsilli (iqtisadi, texniki) olmalı;
- Plastik Kartlar və Bank işi üzrə 2-3 illik iş təcrübəsi;
- İngilis dilini yaxşı bilməli;
- Microsoft Office və Kart proqram bilikləri olmalı;
- Analitik düşünmə qabiliyyəti, iş planlama qabiliyyəti, stres altında işləmə bacarığı.
İş haqqında məlumat:
- Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlayır və\və ya həmin hesabatların hazırlanmasını təmin edir;
- Kredit kartlara gələn reject əməliyyatlara nəzarət edərək əməliyyatların kartlarda əks olunması üçün Prosesinq Mərkəzi ilə əlaqə qurur;
- HÖP (Hökümət Ödəniş Portalı) ödənişlərinə nəzarət edir və lazımi müxabirləşməni icra edir;
- Ödəniş sistemlərindən gələn etiraz əməliyyatlarına (chargeback) nəzarət edir və Beynəlxalq Ödəmə Sistemləri qaydalarına uyğun olaraq, hərəkət edir;
- Visa və MasterCard web tətbiqlərinə nəzarət edir; lazımı güncellemeleri tetbiq edir
- Bank ödəmə sistemi proseslərinin Visa, Master, Milli Kart və BKM ödəmə şəbəkələri qaydalarına uygun olaraq icra edilməsinə nəzarət edir. Uyğunsuzluq müəyyən edildiyi təqdirdə rəhbərinə məlumat verir;
- Visa, Master, Milli Kart və BKM ödəmə sisteminin qayda yeniləmələrini təqib və icra edir, ya da prosesinq mərkəzi tərəfindən icrasına nəzarət edir;
- Bank, filial və digər bölmələrin plastik kartlar ilə əlaqədar əldə edə bilmədiyi məlumatların tələb daxilində hazırlayıb məlumat verilməsini təmin edir;
- Bank, filial və digər bölmələrin plastik kartlar ilə əlaqədar icra edə bilmədiyi müxabirləşmələri tələb daxilində icra edir;
- Plastik kartlar prosesinin qanunvericiliyə əsasən, bankın tarif və qaydalarına uyğun olaraq işləməsini təmin edir və bu prosese nəzarət edir;
- Ödəmə sistemləri ilə əlaqədar, Beynəlxalq təlim də daxil olmaq üzrə təlim təqviminə nəzarət edərək faydalı təlimlər haqqında müdirinə təklif verir;
- Internet və Mobil bankçılıq üçün yeni müştəri açılışı və şifrə sıfırlama proseslərini təqib edərək lazımı mərhələləri icra edir;
- Kart proqramında icra edilən mühasibatlıq düzəlişləri əməliyyatları üçün bank proqramında lazimi müxabirləşmələri icra edir;
- Kart proqramında limit dəyişikliyi, kart basımı, kart yeniləmə qeydlərinə nəzarət edir;
- Müştəri (Kart və POS) çıxarışlarının SMS və e-mail ilə göndərilməsini təmin edir və prosesə nəzarət edir;
- Problemli kredit və kart müştərilərinin qətnaməyə əsasən faiz hesablanmasının dayandırılması və/vəya dəyişdirilməsi və qətnaməyə əsasən əlaqədar strukturun tələbi və təsdiqi daxilində müxabirləşmələri icra edir;
- Kart və pin zərf qalıqlarına nəzarət edərək rəhbərinə məlumat verir;
- Filiallarda və Prosesinq mərkəzində personalizasiya edilmiş və ya edilməmiş pin zərf və kart qalıqlarına nəzarət edir;
- Kart sistemində müddəti bitmiş kartların ekstre borclarının tam olaraq kartda əks olunmasına nəzarət edir;.
- POS Müştərisi tələbi əsasında geri qaytarma və ləğv etmə əməliyyatlarını icra edir;
- Filiallardan gələn tələblər əsasında plastik kartların sistemdə yaradılmasını təmin edir;
- Plastik kartların və PIN zərflərin hazırlanması barədə sərəncamları hazırlayır, MilliKart prosessinq mərkəzinə Plastik kartların və PIN zərfləri sifariş edir.
- PIN zərflərin və kartların sayına nəzarət edir və lazım olan zaman yeni zərflərin və kartların alınması üçün departament müdirinə / Şöbə rəisinə təklif verir;
- Əmək haqqlarının hesablara yatırılmasını həyata keçirir, işlemin icrasının yerel mevzuata uygun olarak icra edilmesini temin edir;
- Hazırlanmış kartları Milli Kart prosessinq mərkəzindən təhvil-təslim aktları əsasında qəbul edir və yoxladıqdan sonra filiala\müştərilərə (filiallara) təhvil verilməsi üçün departamentin digər işçisinə təhvil verir və\və ya filiala\müştəriyə birbaşa təhvil verilməsi prosesində iştirak edir;
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Ödəniş Kartları Şöbəsinin Aparıcı mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Şəbəkə montaj bölməsi - Mütəxəssis
Son tarix 26 fev 2024 Müraciət et
Tələblər:
- Texniki sənədlər üzrə kabel magistralının yerinin təyini. Kabel magistrallarının zədələnmələrdən qorunması və texniki nəzarət;
- Zədələnmə yerlərinin müəyyən edilməsi və aradan qaldırılması, kabellərin korroziyadan və elektromaqnit təsirlərindən qorunması, elektrik ölçülərinin aparılması, kabelaxtarıcı ilə kabel magistrallarının müəyyən edilməsi işlərində iştirak edilməsi;
- RadioRabitə cihazlarının texniki xarakteristikaları bilməli, əsas təşkil edən avadanlıqların iş rejimini, komplektasiyasını və texniki istismar qaydalarını bilməlidir;
- Texniki-istismar qaydalarını, rabitə xətlərinin mühafizəsi və mühafizə zonalarında işlərin istehsalat şəraitini;
- Kabellərdə, paylayıcı və son qurğularda cütlərin nömrələnməsini, telefon quyuları və şaxtalarının qazla dolmasının yoxlanmasını və qaz analizatorlarından istifadə qaydalarını bilməlidir;
- Əməyin mühafizəsi normalari, təhlükəsizlik qaydaları, istehsalat sanitariyası ve yanğına qarşi qanunları bilməlidir;
- Server əməliyyat sistemlərindən anlayışı olmalı, xidmət olunan sahələrdə avadanlıqlarda və nəzarət sınaq aparaturalarında baş vermiş qəza zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması, bütün növ avadanlıqların cari təmiri və sazlanması;
İş haqqında məlumat:
- Şəbəkə avadanlıqlarının istisamarı istiqamətində və təkmilləşdirməsində üzərinə düşən işlərinin görülməsi;
- Müəssisənin rabitəsinin texniki istismarını düzgün və kəsintisiz təmin etməli;
- Şirkət daxilində tətbiq edilən, əmək mühafizəsi, təhlükəsizlik qaydaları, yanğın əleyhinə və s. qaydaları bilməli;
- Yeni və yerini dəyişən personallar üçün iş yerinin şəbəkə infrastrukturunu hazırlamalıdır;
- Vaxtı-vaxtında keyfiyyətli təmir işlərinin görülməsi istiqamətində ölçü götürməli;
- Şəbəkə cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz etməli;
- İstismara yeni verilmiş avadanlığın iş prinsipinə dair dərslərdə iştirak etməli;
- Vaxtı vaxtında avadanlıqlara, ehtiyyat hissələrinə,iş alətlərinə, istismar cihazlarına və sərf edilən materialların tələbini etməli;
- Xidmət göstərən personallarda yaranmış müxtəlif zədələrin aradan qaldırılması istiqamətində kömək göstərməli,Şirkət strukturunu, onun birimləri arasındakı əməliyyat və funksional bağlılığı bilməli;
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Şəbəkə montaj bölməsi - Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

Hüquqşünas
Son tarix 26 fev 2024 Müraciət et
Tələblər:
- Ali hüquq təhsilli olmalı;
- Müvafiq sahə üzrə 3 ilə qədər iş təcrübəsi olmalı;
- AR-nın mülki (xüsusilə əqdlər, korporativ hüquq daxil olmaqla), inzibati, gömrük, vergi, əmək, miqrasiya, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməli;
- İngilis dili biliyi yüksək olmalı ( rus dili üstünlükdür) ;
- Məhkəmə sahəsində nəzəri və praktik biliklərə malik olmalı;
- Məntiqi və hüquqi analiz qabiliyyəti yüksək olmalı;
- Miqrasiya məcəlləsini mükkəməl bilməli.
İş haqqında məlumat:
- “Azərsun Holdinq” MMC və ona daxil olan törəmə müəssisələrin hüquq və mənafelərinin qorunması üçün pretenziya məktubları, mediasiya təklifləri, mediasiya müraciəti, iddia ərizələri, apellyasiya şikayəti, kassasiya şikayəti, iddia ərizələrinə, apellyasiya və kassasiya şikayətinə əsaslandırılmış etirazlar, vəsatətlər, ərizələr, şikayətlər, izahatlar, arayışlar və s. digər prosessual sənədlər hazırlamaq;
- Məhkəmə perspektivi üzrə yazılı rəy vermək Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin etmək;
- Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Azərsun Holdinq MMC və onun törəmə müəssisələrinin hüquq və qanuni mənafelərinə uyğun müxtəlif növ təsərrüfat müqavilələri (alqı-satqı, xidmət, podrat, icarə, borc, distributor, agent, birgə fəaliyyət, qarışıq müqavilələr, kollektiv müqavilələr, əlavə razılaşmalar, icra aktları, təhvil-təslim aktları və s.) hazırlamaq və Azərsun Holdinq MMC və onun törəmə müəssisələri adından müqavilə danışıqlarını aparan şəxslərə təqdim etmək;
- Müqavilənin digər tərəfinin hazırladığı müqavilələrin hüquqi uyğunluğunu yoxlamaq, bu barədə əsaslandırılmış hüquqi rəy vermək;
- Azərbaycan Respublikası, MDB ölkələri və digər ölkələrin ərazisində Azərsun Holdinq MMC və digər törəmə müəssisələrin yaratdığı əmtəə nişanlarını, sənaye nümunələrini, ixtiraları və s. digər hüquqları dövlət qeydiyyatına almaq, dövlət qeydiyyatına alınmış hüquqların müddətini uzatmaq və dəyişiklikləri (adı, ünvan dəyişikliyi və s.) qeydiyyata almaq, hüquqların üçüncü şəxslərə ötürülməsini təmin etmək, dövlət qeydiyyatına alınmasından imtina edilmiş hüquqların dövlət qeydiyyatına alınması üçün Apellyasiya Şurasına yazılı etiraz və məhkəməyə iddia ərizəsi ilə müraciət etmək;
- Cəmiyyətin və törəmə müəsissələrin fəaliyyətində ortaya çıxmış mübahisəli hüquqi məsələlərə dair rəylərin, dövlət orqanlarına, publik hüquqi şəxslərə, hüquq mühafizə orqanlarına sorğu, ərizə və məktubların hazırlanmasında iştirak etmək, Azərsun Akademiyasında hüququn müxtəlif sahələri üzrə təlim və seminar vermək;
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Hüquqşünas” qeyd etməyiniz xahiş olunur.
Əsas məlumatların idarəedilməsi üzrə mütəxəssis
Son tarix 26 fev 2024 Müraciət et
Tələblər:
- IT üzrə ali təhsilli olmalı;
- Aidiyyatı sahədə minimum 3 il iş təcrübəsi olmalı;
- Texniki araşdırmalar apara bilmək;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamlarını bilməli;
İş haqqında məlumat:
- Şirkətlər qrupunun daxilində fərqli departament və strukturlar tərəfindən ümumi istifadə ediləbilən, standartlarla dəstəklənmiş, doğru,etibarlı, yenilənmiş məlumat bazasını hazırlamaq və effektiv bir şəkildə məlumatların daxil edilməsinin, yenilənməsinin və əsas məlumat bazasından çıxarılması proseslərin effektiv şəkildə icra etməli;
- Əsas məlumatların idarəedilməsi standartlarına və qəbul edilmiş siyasətə uyğun olaraq yeni məlumatların düzgün şəkildə daxil edilməsini həyata keçirməli;
- Əsas məlumatlarla əlaqədar yenilənmə və dəyişdirmə tələblərini qiymətləndirib,müvafiq dəyişmə əməliyyatlarını həyata keçirmək, məlumatların bütovlüyünü təmin etmək üçün inkişaf istiqamətli fəaliyyətləri həyata keçirməli;
- Əsas məlumatların şirkətin bütün sistemlərinə inteqrasiya hərəkətlərinin düzgünlüyünə nəzarət etməli;
- Aylıq və üç aylıq dövrlərlə əsas məlumatların keyfiyyətini analiz etmək, xətaların kök səbəbinə görə ( insan,proses,texnologiya) düzəldici fəaliyyətləri həyata keçirməli;
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Əsas məlumatların idarəedilməsi üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.