Azersun Holding
Laboratoriya rəhbəri
Son tarix 23 fev 2024 Müraciət et
Tələblər:
- Biologiya, mikrobiologiya və ya tibb sahəsində ali təhsil;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi olmalı;
- Molekulyar bioloji və ya mikrobioloji laboratoriya sahəsində rəhbər iş təcrübəsi olanlara üstünlük verilir;
- Laboratoriyada istifadə olunan cihaz və avadanlığın kalibrasiyası və periodik qulluğunu edə bilməli;
- İngilis və rus dillərini bilməli;
- MS Office və Outlook proqramlarından istifadə edə bilməli;
- Xüsusi analiz proqramlarını bilənlərə üstünlük verilir;
- Diqqətli və məsuliyyətli olmalı.
İş haqqında:
- Laboratoriyaya ümumi rəhbərlik, yeni iş təlimatlarının hazırlanması, analiz və sınaqların aparılmasının keyfiyyətinə nəzarət, xüsusi analizlərin aparılması, raporların hazırlanması, kalibrasiya işlərinin təşkili və həyata keçirilməsi;
- Su, yem və süddən keyfiyyət planına uyğun nümunələrin alınması, biokimyəvi, mikrobioloji, PCR, ELİSA texnikası ilə virusların, bakteriyaların və toksinlərin təyin edilməsi işlərinin təşkili;
- Bitki və heyvan mənşəli nümunələrdən, bioloji və pataloji materiallardan DNA fraqmentlərinin ayrılması, PCR texnikası vasitəsilə analizlərin aparılması.
İş şərtləri: Həftə içi 5 gün, 09.00-18.00
İş yeri: Kürdəmir rayonu;
Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına e-mailiin mövzu yerinə "Laboratoriya rəhbəri" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçib müraciət edə bilərsiniz.
Marketinq mütəxəssisi (Yem)
Son tarix 23 fev 2024 Müraciət et
- Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, İqtisadiyyat və s.);
- Müvafiq sahədə minimum 1 il təcrübəsi olmalı;
- MS Office proqramlarında yüksək səviyyədə işləməyi bacarmalı;
- Dil biliklərinin olması üstünlükdür;
- Qərarvermə qabiliyyəti və məsuliyyətli olmalı.
İş haqqında:
- Məhsulun qablaşdırılmasını, reklamının məhsul-marka bütünlüyünə uyğun olmasını təmin etmək;
- Mövcud məhsulların yenilənməsi ilə bağlı marketinq çalışmalarını etmək;
- Məhsul-markanın hüquqi prosedurları üzrə uyğun marketinq fəaliyyətini həyata keçirmək;
- Məhsulların illik büdcəsini və planlamadan gələn satış tablolarını analiz etmək;
- Məhsul qrupunun mallarını araşdırmaq, xaricdə təmsil etmək və təqdim etmək;
- Rəqib bazarı incələmək və onlara uyğun yeni məhsulları inkişaf etdirmək;
- Respublika üzrə heyvandarlıq ve quşçuluq təsərrüfatları haqqında məlumatlı olmaq;
- Təsərrüfat rəhbərləri ilə marketinq sahəsində iş aparmaq;
- Müvafiq hesabatları üst rəhbərliyə təqdim etmək və statistikalar aparmaq.
İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "Marketinq mütəxəssisi (Yem)" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçib müraciət edə bilərsiniz.
Baş Satış Məsləhətçisi (Baytar)
Son tarix 23 fev 2024 Müraciət et
Tələblər:
- Baytarlıq sahəsi üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- B kateqoriya sürücülük vəsiqəsi (BC - arzuolunandır);
- Ünsiyyət bacarıqlarının olması;
- Ms Office proqramlarında (Ms Word, Excel) işləmək bacarığı.
İş haqqında məlumat:
- Ev quşlarının xəstəliklər əleyhinə profilaktik, sanitar və digər baytarlıq tədbirlərin aparılması yolu ilə xəstəliklərdən qoruması;
- Məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tədbirlərinin həyata keçirilməsi;
- Xəstə heyvanların müalicə edilməsi;
- Yem məhsullarının satışında baytar məsləhətinin verilməsi,
- Heyvanların müalicəsi zamanı istifadə olunan dərman preparatlarını tanımalı və bilməli,
- Qida və emal üçün nəzərdə tutulan məhsulların və xammalın keyfiyyətinə nəzarət olunması.
İş şərtləri: İş qrafiki I-V gün.
İş yeri: Bölgələr
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "Baş Satış Məsləhətçisi (Baytar)" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçib müraciət edə bilərsiniz.