Azersun Holding
Baş Mühasib (Bölgələr)
Son tarix 27 noy 2022 - Müraciət et
Ümumi məlumatlar:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Baş mühasib kimi ən azı 2-3 il iş təcrübəsi;
- Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
İş haqqında:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00-18:00
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
Ünvan: Bakı, İmişli, Xaçmaz, Biləsuvar
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Baş mühasib” və işləmək istədiyiniz bölgənin adını qeyd etməyiniz xahiş olunur.
Satış Təmsilçisi
Son tarix 27 noy 2022 - Müraciət et
Tələblər:
- Ali təhsilli olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı, (Fars dili biliyi isə üstünlükdür);
- Satış və ya müştəri xidmətləri sahəsi üzrə 1-2 il iş təcrübəsi olmalı;
- Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
- Aktiv və ünsiyyətcil olub mükəmməl təqdimat bacarığı olmalı.
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
İş haqqında məlumat:
- Mövcud bazarı yaxşı analiz edib bazar ehtiyaclarını öyrənmək.
- Müştəri təlabatının nə yerdə olduğu, hansı sektorlarda boşluqların olduğunu, nə ölçüdə məhsul gərəkdiyini analiz etmək.
- Sosial media araşdırmaları etmək.
- Daşınmaz əmlak layihələri üzrə işləri izləyərək, təqdimatlar hazırlamak.
- Satışı analiz edərək müdiriyyətə təkliflər vermək.
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatlar təqdim etmək.
- Daşınmaz əmlak bazarında həyata keçirilən kampaniyalarla bağlı müştəriləri məlumatlandırmaq.
İş yeri: Dreamland (Bakı şəhəri)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Satış Təmsilçisi” qeyd etməyiniz xahiş olunur.
Qeydiyyatçı (Resepsionist)
Son tarix 27 noy 2022 Müraciət et
Tələblər:
- Orta vəya ali təhsilli olmalı;
- Aidiyyatı sahə üzrə minimum 1-2 illik iş təcrübəsi olmalı;
- Rus və İngilis dillərini yaxşı səviyyədə bilməlidir.
İş haqqında məlumat:
- Bütün giriş və çıxış tapşırıqlarının yerinə yetirilməsi;
- Onlayn və telefon rezervasiyalarının idarə edilməsi;
- Müştərilərə ödəniş üsulları haqqında məlumat verilməsi və onların kredit kartı məlumatlarını yoxlanılması;
- Lazımi sənəd və məlumatları qonaqdan soruşub qeyd aparılması (passport, əlaqə məlumatları və qaldıqları dəqiq tarixlər kimi);
- Gələn qonaqları qarşılayıb, otaqlarını təyin edib yerləşdirilməsi;
- Otelimiz, mövcud otaqlar, qiymətlər, xidmət və imkanlar haqqında müştərilərə məlumat verilməsi;
- Qonaqların şikayətlərinə vaxtında və peşəkar şəkildə cavab vermək;
- Bütün otaqların təmiz, səliqəli və qonaqların ehtiyaclarını ödəmək üçün tam təchiz olunmasını təmin etmək üçün təmizlik işçiləri ilə əlaqə saxlanılması;
- Müvafiq hallarda əlavə obyekt və xidmətlərin satışı;
- Rezervasiya və ödənişlərin yenilənmiş qeydlərini aparılması, vaxında ödənişlərin alınması və sistemdə əks etdirilməsi;
- Kassa əməliyatlarının, növbə üzrə toplanan vəsaitlərin baş kassirə təhvil verilməsi;
- Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
- Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
İş qrafiki: həftə içi 6 gün
İş Yeri: Dreamland Golf Hotel Baku
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Qeydiyyatçı (Resepsionist)” qeyd etməyiniz xahiş olunur.
Housekeeping supervisor
Son tarix 27 noy 2022 - Müraciət et
Tələblər:
- Orta vəya ali təhsilli olmalı;
- Sahə üzrə 3 ilə qədər təcrübəsi olmalı;
- Gigiyena haqqında məlumatlı olmalı;
- Liderlik bacarıqları olmalı;
- Ünsiyyət bacarıqları yaxşı olmalı.
İş haqqında məlumat:
- Otelin arxa tərəfindəki dəhlizlərə, ümumi ərazilərə, qonaq otaqlarına, mərtəbə ofislərinə, anbarlara davamlı nəzarəti təmin etmək və onların mehmanxananın tələb etdiyi standartlarda saxlanılmasını təmin etmək;
- Bütün həmkarların öz vəzifələrini vaxtında yerinə yetirmələrini, həmişə müvafiq forma geyinmələrini və ad nişanlarını taxmalarını təmin etmək;
- Bütün sahələrin, şöbələrin hazır olmasını və ehtiyaclarını təmin etmək üçün ön büro, qonaq xidmətləri və eşikağası ilə əməkdaşlıq etmək;
- Otaq şəraitindən xəbərdar olmaq;
- Təmirə ehtiyacı olan əşyaların təmir olunmasını təmin etmək üçün müvafiq tədbirlər almaq;
- Qonaqların tələblərinin və təmizlik ləvazimatlarının mərtəbədəki ofislərdə düzgün yerləşdirilməsini təmin etmək;
- Bütün dərin təmizləmə proqramlarının planlaşdırılmasını təmin etmək;
- Təsərrüfat işləri üzrə menecerinin göstərdiyi və ya təyin etdiyi digər vəzifələri yerinə yetirmək;
- Müvafiq şöbəyə/həmkarlara yeni və ya fərqli prosedurlar barədə vaxtında məlumat vermək
İş Yeri: Dreamland MMC (Bakı şəhəri)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Housekeeping supervisor (2420)” qeyd etməyiniz xahiş olunur.
Maliyyə Analizi üzrə Baş Mütəxəssis (Sumqayıt)
Son tarix 27 noy 2022 - Müraciət et
Tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Aidiyyatı sahə üzrə minimum 2-3 illik iş təcrübəsi;
- Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
- Ezamiyyətlərə hazır olmalı (ölkədaxili və ölkəxarici);
- Vergi və rüsumların ödəmə üsullarını bilməli;
- Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
- Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7) olması əlavə üstünlükdür .
İş haqqında məlumat:
- Maliyyə cədvəllərinin hazırlanması;
- Maliyyə fəaliyyətinin təhlili, idarəedilməsi və planlanması;
- Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi;
- Pərakəndə və İstehsalat müəssisələrindən gələn hesabatlara əsasən data analizinin aparılması;
- Mütəmadi olaraq məhsuldarlığın və proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Toplanılmış məlumatları analiz edərək sistemin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
- Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
- Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
- Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanması;
- Maliyyə riskinin müəyyən edilməsi.
İş qrafiki: həftə içi 5 gün
İş Yeri Sumqayıt şəh.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Maliyyə Analizi üzrə Baş Mütəxəssis (Sumqayıt)” qeyd etməyiniz xahiş olunur.