Maliyyə analizi üzrə mütəxəssis
Tələblər:
• Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
• Aidiyyatı sahə üzrə minimum 3 illik iş təcrübəsi;
• Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
• Yüksək analitik qabiliyyət və problem həll etmə bacarığı olmalı;
• Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
• Rus və ya İngilis dillərini yaxşı səviyyədə bilməli;
• Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7) olması əlavə üstünlükdür .
İş haqqında:
• Maliyyə cədvəllərinin hazırlanması;
• Pərakəndə müəssisələrdən gələcək olan raportlara əsasən data analizi aparılması;
• Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi;
• Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
• Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;
• Maliyyə riskinin müəyyən edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına ``Maliyyə analizi üzrə mütəxəssis `` başlığı ilə göndərə bilərlər.
Supervayzer
Namizədə aid tələblər:
- Ali təhsilli olmalı,
- Satış sahəsi üzrə 3 il təcrübəsi olmalı;
- MS Office proqramlarını bilməli,
- Yüksək ünsiyyət və inandırma bacarığı olmalı,
- B kateqoriya sürücülük vəsiqəsi olmalı.
İş haqqında məlumat:
- Bağlanmış müqavilələrin tələblərinə nəzarət etmək,
- Sifariş olunan məhsulların miqdarına və vaxtında çatdırılmasına nəzarət etmək,
- Tabeliyində olan işçilərin davamiyyətinə və performansına nəzarət etmək,
- Kampaniyalar ilə bağlı müştəriləri və sifarişçiləri zamanında məlumatlandırmaq,
- Nəzarətində olan merçendayzerlər üçün həftəlik iş planı hazırlamaq və ona nəzarət etmək,
- Rəqib firmaların fəaliyyətinin araşdırılması,
- Satışın artırılması üçün tədbirlər görmək və təkliflər hazırlamaq,
- Satış fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və rəhbəliyə təqdim olunması
Göstərilən tələblərə cavab verən xanım namizədlər öz CV–lərini [email protected] elektron ünvanına başlıq hissəsində ``Supervayzer `` qeyd edərək göndərə bilərlər.
Trade Marketinq Meneceri
Tələblər:
• Ali təhsilli olmalı;
• Müvafiq sahədə 2-5 il təcrübəsi olmalı;
• Analitik düşünmə qabiliyyəti olmalı;
• İdarəçilik qabiliyyəti olmalı;
• Satış sahəsində məlumatı olmalı;
• Daxili və xarici bazardaki dəyişiklik və yenilikləri daima araşdırmalı;
• Bazar dinamikasını təqib etməli;
• Problemləri sürətli və effektiv həll etmə qabiliyyəti olmalı;
• Təqdimat, ünsiyyət bacarıqları yüksək olmalı.
İş haqqında:
• Satış analizlərinin həyata keçirilməsi;
• Pərakəndə satış ölçümü hesabatının analiz edilməsi;
• Kampaniya öncəsi və sonrası dəyərləndirmə hesabatının hazırlanması;
• İstehlakçıya yönəlmiş kampaniyaların hazırlanması;
• Bazarı, rəqabəti, qiymətləri analiz etməsi, fürsətləri təsbit etməsi;
• Satışların artırılması, şopper qazanmaq, mağaza içində üstünlük qazanmaq üçün strategiyaların hazırlanması.
E-mail: [email protected]
Laboratoriya üzrə mütəxəssis (Kürdəmir)
Namizədə aid tələblər:
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsil;
• kimya mühəndisliyi;
• qida mühəndisliyi;
- MS Office proqramlarını bilməli;
- Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- Araşdırma və analiz etmə bacarığı olmalıdır.
İş haqqında məlumat:
- Keyfiyyət standartlarına uyğun nümunələri almalı;
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
- Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemi həll etməli;
- İstehsalat hesabatlarını hazırlamalıdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Laboratoriya üzrə mütəxəssis-Kürdəmir” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.