Azersun Holding
Beynəlxalq Logistika üzrə Mütəxəssis
Son tarix 23 fev 2026 - [email protected]
Müəssisə: Azersun Holding
Tələblər:
- Beynəlxalq logistika sahəsində təcrübə
- İngilis və Rus dillərini orta dərəcədə bilmək
- Analitik düşüncə və planlaşdırma bacarığı
- Güclü kommunikasiya və danışıqlar bacarığı
- Problemləri sürətli və effektiv həll etmə qabiliyyət
Vəzifə öhdəlikləri:
- Xarici təchizatçılarla müqavilələrin bağlanması
- Beynəlxalq yük daşımaları ilə bağlı qiymətlərin araşdırılması və müqayisəsi
- Beynəlxalq logistika xidmətlərinin keyfiyyətinin araşdırılması
- İşlərin planlaşdırılması və analizi
- Stok ehtiyatlarının idarə olunması
- Sifarişlərin yerləşdirilməsi və izlənməsi
- Malların təslim şərtlərinin hazırlanması
- Malların texniki göstəricilərinin uyğunluğunun yoxlanılması
- Malların gecikmə olmadan çatdırılmasının təşkil olunması
- Yeni beynəlxalq istehsalçıların və daha sərfəli qiymətlərin araşdırılması
- Beynəlxalq logistika işinin təşkili və idarə olunması
- Beynəlxalq logistika əməliyyatlarının yerinə yetirilməsi və xarici əlaqələrin təşkili
- Beynəlxalq yüklərin daşınmasına nəzarət
- Beynəlxalq bazar araşdırmasının təşkili
- Təchizatçılarla görüşlərin keçirilməsi
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilərlə uzunmüddətli əlaqələrin yaradılması
- Gömrükləşdirmə məsələlərinin təşkili
- Görülən işlərin raporlanması
- Sığortaya girilməsi, daşıma xərclərinin ödənişinin və təqibinin idarə olunması
Biz nə təklif edirik:
- İş yeri: Bakı şəhəri, Azersun Holdinq / Dərnəgül ofisi
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Servis xidməti: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
- İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət
Tələblərə cavab verdiyiniz halda CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Beynəlxalq Logistika üzrə Mütəxəssis– 27722 ” qeyd edilməlidir.
Smeta üzrə Baş Mühəndis
Son tarix 23 fev 2026 - [email protected]
Müəssisə: AZƏRSUN HOLDINQ MMC
Tələb olunan bilik və bacarıqlar:
- İnşaat mühəndisliyi üzrə ali təhsil
- Müvafiq sahədə minimum 5 il təcrübə
- Tikinti smeta proqramlarında yüksək səviyyədə bilik
- Analitik düşüncə, detal yönümlülük və liderlik bacarıqları
- Tikinti normativləri və standartları üzrə məlumatlılıq
Əsas vəzifə öhdəlikləri:
- Mühəndis-smetaçı komandasının fəaliyyətinə peşəkar nəzarət
- Tikinti bazarındakı qiymət dəyişikliklərinin mütəmadi araşdırılması
- Memarlıq, konstruktor və santexnika layihələrinin iş həcminin və smeta dəyərinin hesablanması
- Tikinti və təmir işlərinin smetasının dəqiq şəkildə hazırlanması
- Layihədə nəzərdə tutulmayan əlavə işlərin həcminin çıxarılması və dəyərinin hesablanması
- Podratçı təşkilatlar tərəfindən görülmüş işlərin smeta dəyərlərinin yoxlanılması və təhlili
- Smeta proqramlarının təkmilləşdirilməsi və proseslərin optimallaşdırılması
Sizi nə gözləyir?
- Kompleks layihələrdə iştirak imkanı
- Peşəkar mühəndis komandası ilə əməkdaşlıq
- İnkişaf yönümlü şirkət mədəniyyəti
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş Qrafiki: Həftə içi 5 gün | 09:00 – 18:00
- Nahar şirkət tərəfindən təmin olunur
- Nəqliyyat dəstəyi mövcuddur
Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Smeta üzrə Baş Mühəndis - 26874” göstərməyiniz xahiş olunur.











