Azersun Holding
Keyfiyyətə nəzarət üzrə İnspektor
Son tarix 07 fev 2026 - Müraciət et
Müəssisə: Bakı Qida və Yağ Fabriki MMC
Tələblər:
- Ali təhsil: (Sənaye mühəndisliyi, Kimya mühəndisliyi, Qida mühəndisliyi, Maşınqayırma mühəndisliyi üzrə)
- Keyfiyyətə nəzarət, proses nəzarəti və istehsalat sahəsində minimum 1-2 il iş təcrübəsi (arzuolunandır)
- ISO 9001 və digər müvafiq standartlar üzrə biliklər
- MS Office proqramlarında işləmək bacarığı
- Diqqətli, məsuliyyətli və analitik düşünmə bacarığı
- Komandada işləmək və texniki sənədlərlə işləmək qabiliyyəti
- Laboratoriya cihazları və analiz üsullarını yaxşı bilmək.
- Nümunə götürmə metodları və analiz sıxlıqları barədə məlumatlı olmaq.
- Reaktiv maddələr və laboratoriya analizləri barədə biliklərə malik olmaq.
- Ring testlərinin aparılması və nəticələrinin qiymətləndirilməsi bacarığı.
- Məhsulların qablaşdırılması və markalanması barədə məlumatlı olmaq.
- Degustasiya və sensor analizlərdə təcrübə.
Əsas vəzifə öhdəlikləri:
- Prosesin keyfiyyət göstəricilərinə əsaslanaraq istehsal prosesini idarə etmək, uyğun olmayan məhsulların və proseslərin dayandırılmasına qərar vermək.
- Uyğunsuz məhsulların, yarımfabrikatların və qatqı maddələrinin bloklanması, geri qaytarılması və istehsaldan kənarlaşdırılmasına nəzarət etmək.
- Növbə rəisləri və operatorlara keyfiyyətlə bağlı təlimatlar vermək, onların işini yönləndirmək.
- İşçi sağlamlığı, iş təhlükəsizliyi, sanitariya və ekologiya qaydalarına riayət olunmasını təmin etmək.
- Laboratoriya analizlərinin düzgün aparılmasını, analiz nəticələrinin vaxtında və dəqiq qeyd edilməsini təmin etmək.
- Nümunə götürülməsi, analiz proseslərinin və laboratoriya avadanlıqlarının düzgün işlədilməsini nəzarətdə saxlamaq.
- Dad və qoxu testləri aparmaq, nəticələri sənədləşdirmək və məhsulun keyfiyyətinə nəzarət etmək.
- Proses zamanı yarana biləcək keyfiyyət pozuntularını aşkar edib, səbəblərini müəyyənləşdirmək və aradan qaldırılması üçün tədbirlər görmək.
- Kritik nəzarət nöqtələrinin (KKN) və anbar şəraitinin temperatur, nəm kimi parametrlərinin uyğunluğunu yoxlamaq, uyğunsuzluq hallarında dərhal tədbir görmək.
- Məhsulun izlənəbilirliyini təmin etmək üçün zəruri məlumatların mövcudluğunu nəzarətdə saxlamaq.
- Keyfiyyət planına əsasən müxtəlif laboratoriya və mikrobioloji analizlərin aparılması üçün nümunələrin götürülməsi, saxlanması və hesabatların hazırlanmasını təmin etmək.
- İstehsal avadanlıqlarının təmizliyinə, ölçü alətlərinin düzgün işləməsinə nəzarət etmək.
- Qablaşdırma, qatqı maddələri və digər proses materiallarının keyfiyyətinə nəzarət etmək, uyğunsuzluq aşkarlandıqda istehsalın dayandırılması barədə qərar vermək.
- Düzəldici və önləyici fəaliyyət formalarının hazırlanmasını təşviq etmək və icrasını izləmək.
- Laboratoriya sahəsi rəhbərliyinin verdiyi tapşırıqları icra etmək və nəticələr barədə yazılı məlumat vermək.
- İş prosesində sanitar-gigiyena qaydalarına və şəxsi qoruyucu vasitələrdən istifadə qaydalarına riayət olunmasına nəzarət etmək.
İş Qrafiki: Növbəli iş qrafiki
İş Yeri: Sumqayıt
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə İnspektor (Sumqayıt) - 28886” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
NÖC və Avtomatika üzrə mütəxəssis
Son tarix 07 fev 2026 Müraciət et
Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC
Tələblər:
- Aidiyyəti sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
- Avtomatika sahəsində minimum 3 il iş təcrübəsi;
- Mühəndislik proqramları (AutoCAD, SolidWorks və s.) üzrə biliklər;
- Yüksək analitik düşüncə və problem həll etmə qabiliyyəti;
Vəzifə öhdəlikləri:
- AŞİB MMC-nin bütün bölmələri ilə iş əlaqəsinin təmin edilməsi;
- İşə başlamazdan əvvəl təhlükəsiz iş şəraitinin yaradılmasına nəzarət və buna əmin olmaq;
- Görüləcək iş üçün tələb olunan ölçü cihazları, alətlər, digər vəsaitlər və lazımi sxemlərin mövcudluğunu təmin etmək;
- Nasaz cihaz və ehtiyat hissələrinin dəyişdirilməsi üçün lazım olan material və hissələri tələb etmək;
- Fərdi mühafizə vasitələri ilə təmin olunmasını tələb etmək;
- Növbəyə gələrkən NÖC və Avtomatika cihaz-avadanlıqlarının vəziyyətini yoxlamaq;
- Zavodda istifadə edilən unikal lokal avadanlıqların (Filter Press, Sentrifuqa, paketləmə maşınları, tərəzilər və s.) avtomatika sistemləri və avadanlıqlarının çalışma prinsiplərini, siqnal növlərini, sistem və elementlərini, montaj və istismar qaydalarını bilmək;
- Nasazlıqların düzgün diaqnostikasını aparmaq və aradan qaldırılmasını təmin etmək.
İş vaxtının norması:
- Növbəli iş rejimi.
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri: İmişli şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “NÖC və Avtomatika üzrə mütəxəssis (İmişli)-28504” qeyd etməyiniz xahiş olunur.










