Azersun Holding
Satınalma üzrə mütəxəssis (Xaçmaz rayonu)
Son tarix 06 fev 2026 Müraciət et
üəssisə: Sun Food MMC
Vəzifə üzrə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil,
- Sürücülük vəsiqəsi (B Kateqoriyası )
- Satınalma sahəsində minimum 1 il iş təcrübəsi,
- Satınalma, tender və təchizat prosesləri üzrə ümumi biliklər,
- Analitik düşünmə və bazar araşdırması bacarığı,
- Hesabatların hazırlanması və sənədlərlə işləmək bacarığı,
- Komanda ilə işləmək və ünsiyyət bacarığı.
Vəzifə öhdəlikləri:
- Satınalma prosesinin vaxtında, mövcud prosedur və qaydalara uyğun şəkildə icrasını təmin etmək,
- Təchizat sifarişlərinin idarə olunması (sifarişlərin yerləşdirilməsi, icrasına nəzarət, hesabatların hazırlanması və bağlanması),
- Açılmış sifariş formalarının təhlili və optimallaşdırılması,
- Satınalma sorğularının hazırlanması, icrası, yoxlanılması və müvafiq hesabatların tərtib edilməsi,
- Daxili və xarici bazarın təhlili, tələb olunan material və xidmətlərin araşdırılması,
- Təchizatçı bazasının formalaşdırılması, qiymətləndirilməsi və mütəmadi yenilənməsi,
- Tender və sorğuların hazırlanması, qiymət və şərtlərin müqayisəli təhlili,
- Məhsul və xidmətlərin seçiminin əsaslandırılmış şəkildə yekunlaşdırılması,
- Satınalma prosesinin ən əlverişli kommersiya və keyfiyyət şərtləri ilə həyata keçirilməsini təmin etmək,
- Satınalma fəaliyyəti üzrə müntəzəm hesabatların hazırlanması və analizi,
- Təchizatçıların seçimi, performansının qiymətləndirilməsi və uzunmüddətli əməkdaşlığın qurulması,
- Ödəniş sorğularının hazırlanması, icrası və ödənişlərə nəzarət,
- Müqavilələrin hazırlanması, icrasına nəzarət edilməsi və müqavilə şərtlərinə əməl olunmasının təmin edilməsi.
İş şəraiti
- İş Qrafiki: Həftə içi 5 gün
- İş yeri: Xaçmaz rayonu
- Nahar şirkət tərəfindən təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma üzrə mütəxəssis (Xaçmaz rayonu) – 28432” qeyd etməyiniz xahiş olunur.
İnsan resursları üzrə mütəxəssis (Sumqayıt)
Son tarix 06 fev 2026 Müraciət et
Müəssisə: AZ KAĞIZ VƏ KARTON ASC
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.
Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik.
İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.
Tələblər:
- İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
- Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi olmalıdır.
- MS Office, Elektron Hökümət Portalından istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
- Azərbaycan Respublikası Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- Miqrasiya məcəlləsini bilməli;
Vəzifə öhdəlikləri:
- Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması;
- Əmək kitabçalarına qeydiyyatların aparılması;
- Məzuniyyət qrafikinə uyğun olaraq işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
- İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparılması;
- İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edilməsi.
- Fabrikdə yaranan vakant yerlər üzrə namizədlərlə ilkin müsahibələrin təşkili və seçimin aparılması,
- Yeni işə qəbul olunan əməkdaşlarla bağlı bütün sənədləşmə və adaptasiya proseslərinin icrası,
- Təlim şöbəsi tərəfindən təşkil olunan tədrislərin fabrikdə keçirilməsinin təşkili və təlim məlumatlarının sistemə daxil edilməsi,
İş şəraiti:
- İş Qrafiki: Həftə içi 5 gün
- İş yeri: Sumqayıt Şəhəri
- Nahar şirkət tərəfindən təmin olunur
- Nəqliyyat dəstəyi mövcuddur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis (Sumqayıt)– 28650” qeyd etməyiniz xahiş olunur.










