Azersun Holding
Kənd təsərrüfatı texnikaları üzrə mühəndis
Son tarix 09 yan 2026 - Müraciət et
Tələblər:
- Ali təhsil
- 3- 5 il iş təcrübəsinə malik namizədlərə üstünlük verilir
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Analitik düşüncə və təhlil bacarığı
- Peşəsinə yüksək motivasiya ilə yanaşma
- Fərdi və komanda da işləmə bacarığı
- Azərbaycan dili əla səviyyədə olmalıdır, ingilis və rus dili arzuolunandır
Vəzifə öhdəlikləri:
- Təşkilata məxsus bütün avtomobillərin qeydiyyatını aparır
- Alındığı dövrdən vaxtaşırı və müəyyən olunmuş vaxtda təmiri və diaqnostik baxış vaxtını müəyyən edir
- Avto qəza nəticəsində qəzalı hala düşmüş avtomobilləri təmirə qəbul edir
- Təmirə qəbul edilmiş avtomobillərin qəbul formunu doldurur, təmirə qəbul edilmiş avtomobillərin müvafiq təmiri üzrə ustalara iş bölgüsünü edir
- Təmirdə olan avtomobillərdə dəyişdirilməsi tələb olunan hissələrə qərar verir
- Təmiri bitmiş avtomobillərin təmirinin keyfiyyətini yoxlayır
- Təmiri yoxlanılmış avtomobilləri aidiyyatı üzrə sürücülərə təhvil verir
- Ehtiyat baza formalaşdırmaq üçün depoya alınan avtomobil hissələrinin keyfiyyətini və yararlığını yoxlayır
- Anbardan gündəlik təmir işləri üçün alınan avtomobil hissələrinin təhvil-təslimini edir
İş vaxtının norması:
- 5 günlük iş rejimi; 09:00-18:00
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: İmişli rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan link hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kənd təsərrüfatı texnikaları üzrə mühəndis - 25430” qeyd etməyiniz xahiş olunur.
Laborant - İmişli
Son tarix 09 yan 2026 Müraciət et
Müəssisə: Laborant
Müəssisə: Promalt MMC
Tələblər:
- Sənaye, kimya, qida və ya maşınqayırma mühəndisi ixtisasları üzrə ali təhsil.
- MS Office proqramları bilikləri.
- ISO 9001, ISO 22000 standartları üzrə sertifikat arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Laboratoriyaya daxil olan nümunələrdə iş təlimatlarına uyğun olaraq analizləri yerinə yetirmək.
- Yerli və beynəlxalq standartlara uyğun analizlər yerinə yetirmək.
- Alınan nəticələri laboratoriyanın xüsusi formalarına və / və ya kompyuter proqramlarına qeyd etmək, lazım gəldikdə müvafiq şəxslərə bildirmək.
- İş yerini, istifadə etdiyi avadanlığı, cihazları, qabları təmiz və işə hazır vəziyyətdə saxlamaq.
- Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək.
- İstehsalat prosesində apardığı keyfiyyətlə bağlı yoxlamalar və laboratoriyada aparılan analiz nəticələrində hər hansı bir uyğunsuzluq olduğu zaman müvafiq şəxslərə məlumat vermək.
- Laboratoriyya sahəsində olan cihaz və avadanlıqlardan düzgün istifadə etməkdən və saxlamaqdan məsuldur.
- Gizli tutulması vacib olan məlumatların qorunmasından və aidiyyəti olmayan yerlərə bildirilməməsindən məsuldur.
İş vaxtının norması:
- 5 günlük iş rejimi.
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: İmişli rayonu.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan hr.azersun.com link ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Laborant İmişli” qeyd etməyiniz xahiş olunur.
Planlama və Logistika üzrə mütəxəssis
Son tarix 09 yan 2026 Müraciət et
Müəssisə: AZƏRSUN HOLDINQ MMC
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə ən az 1 il təcrübə;
- MS Office proqramlarının mükəmməl biliyi;
- İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
- Komanda ilə işləmək və ünsiyyət bacarığı;
- Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
Vəzifə öhdəlikləri:
- Nəqliyyatın planlaşdırılması və sifariş, idxal və ixrac əməliyyatlarına nəzarət etmək;
- Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi;
- Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq;
- Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi;
- Çatdırılmada səhvlərin və ya gecikmələrin nümunələrini müəyyən etmək üçün daşınmaların qeydlərini aparmaq;
- Nəqliyyat şirkətləri və ya dəmir yolları kimi daşıyıcılarla koordinasiya edərək məhsulların vaxtında çatdırılmasını təmin etmək;
- Məkandan səmərəli istifadəni təmin etmək üçün əsas və ya digər anbarların istifadəsinin əlaqələndirməsini təmin etmək;
- Fabrikin istehsalına sərf olunan xammal, köməkçi materiallar, işlətmə və qablaşdırma mallarının ehtiyat stoklarını və bu stok miqdarına görə ehtiyac miqdarlarını müəyyən etmək, bütün bunları əks etdirən Stok Vəziyyət Hesabatını rəhbərinə təqdim etmək və Mərkəz Planlamaya yazılı şəkildə göndərmək;
- Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq planlaşdırmanı həyata keçirmək,
- Planın müvafiq bölmələrinə bazar konyukturu, rəqabət və s. nəticəsində səbəb olmuş dəyişiklikləri vaxtında etmək,
- Şirkəti maraqlandıran firma və təşkilatlar haqqında məlumat yığmaq və təhlil etmək,
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Qubadlı rayonu
Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan link hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Planlama və logistika üzrə mütəxəssis Qubadlı” qeyd etməyiniz xahiş olunur.
Kiçik aqronom - Biləsuvar
Son tarix 09 yan 2026 Müraciət et
Müəssisə: AZƏRSUN KƏND TƏS. MƏH MMC
Namizədə aid tələblər:
- Ali təhsil(Sahə üzrə)
- Aqrotexniki və aqrokimyəvi tədbirlər barədə biliklər
- Microsoft Office (Word, Excel, Outlook, Power Point) proqramlarını istifadə bacarığı
- Dürüstlük, məsuliyyətlilik və çeviklik
- Öyrənməyə və araşdırmağa həvəsli
Vəzifə və öhdəliklər:
- Kənd təsərrüfatı məhsullarının istehsal texnologiyası sahəsində biliklər
- Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri sahəsində biliklər
- Herbisidlər, fungisidlər, insektisidlər və digər kimyəvi maddələr, onların təsiredici maddələri və istifadəsi sahəsində biliklər
- İşçi qüvvəsi və texnikadan səmərəli istifadə olunması üçün əməyin düzgün təşkili və iş normalarının yerinə yetirilməsinə nəzarət etmək
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə
- Nahar şirkət tərəfindən təmin edilir
Ünvan: Biləsuvar rayonu
Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan link hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kiçik aqronom Biləsuvar” qeyd etməyiniz xahiş olunur.











