Azersun Holding
Kompüter mütəxəssisi
Son tarix 21 dek 2025 - Müraciət et
Tələblər:
- Ali təhsilli (müvafiq sahə üzrə)
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
- Əməliyyat sistemlərini bilməli
- Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli
- Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli
- CCNA , Microsoft OS sertifikatları arzu olunandır
- Ezamiyyətlərə açıq olmalı
Vəzifə öhdəlikləri:
- Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi
- Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesini həyata keçirməsi
- İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi
- Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması
- Kompüter, proqram təminatı ilə bağlı məslələr üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi
- PC, notebook, MS Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi
- Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması
İş vaxtının norması:
- 5 günlük iş rejimi
- Növbəli iş qrafiki
- İstirahət günü: Şənbə və Bazar günü
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə
- Nahar şirkət tərəfindən təmin edilir
İş yeri
- Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kompüter mütəxəssisi AL Market” qeyd etməyiniz xahiş olunur.
Müraciət Et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərsiniz.
Beynəlxalq logistika üzrə mütəxəssis
Son tarix 21 dek 2025 Müraciət et
Müəssisə: ACCESS TRANS MMC
Tələblər:
- Beynəlxalq logistika sahəsində təcrübə
- İngilis və Rus dillərinin sərbəst bilməli
- Analitik düşüncə və planlaşdırma bacarığı
- Güclü kommunikasiya və danışıqlar bacarığı
- Problemləri sürətli və effektiv həll etmə qabiliyyət
Vəzifə öhdəlikləri:
- Xarici təchizatçılarla müqavilələrin bağlanması
- Beynəlxalq yük daşımaları ilə bağlı qiymətlərin araşdırılması və müqayisəsi
- Beynəlxalq logistika xidmətlərinin keyfiyyətinin araşdırılması
- İşlərin planlaşdırılması və analizi
- Stok ehtiyatlarının idarə olunması
- Sifarişlərin yerləşdirilməsi və izlənməsi
- Malların təslim şərtlərinin hazırlanması
- Malların texniki göstəricilərinin uyğunluğunun yoxlanılması
- Malların gecikmə olmadan çatdırılmasının təşkil olunması
- Yeni beynəlxalq istehsalçıların və daha sərfəli qiymətlərin araşdırılması
- Beynəlxalq logistika işinin təşkili və idarə olunması
- Beynəlxalq logistika əməliyyatlarının yerinə yetirilməsi və xarici əlaqələrin təşkili
- Beynəlxalq yüklərin daşınmasına nəzarət
- Beynəlxalq bazar araşdırmasının təşkili
- Təchizatçılarla görüşlərin keçirilməsi
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilərlə uzunmüddətli əlaqələrin yaradılması
- Gömrükləşdirmə məsələlərinin təşkili
- Görülən işlərin raporlanması
- Sığortaya girilməsi, daşıma xərclərinin ödənişinin və təqibinin idarə olunması
Biz nə təklif edirik:
- İş yeri: Bakı şəhəri, Azersun Holdinq / Korporativ ofis
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Servis xidməti: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
- İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət
Müraciət:
Tələblərə cavab verdiyiniz halda CV-nizi [email protected] ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Beynəlxalq Logistika üzrə Mütəxəssis– 27722 ” qeyd edilməlidir.
Müraciət Et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərsiniz.
Sətəm mütəxəssisi (İmişli)
Son tarix 21 dek 2025 Müraciət et
Tələblər:
- Ali təhsilli olmalı
- Əməyin mühafizəsi,yanğın təhlükəsizliyi və istehsalat sanitariyası üzrə normativ sənədləri bilməli
- Qanunvericilik tələblərini bilməli
- Dövlət nəzarət orqanlarının(FHN.Əmək müfəttişliyi və s.) tələblərini bilməli
Vəzifə öhdəlikləri:
- Gündəlik təhlükəsizlə bağlı monitorinqlər aparmaq və aparılan monitorinqlər barəsində rəhbərliyə məlumat vermək
- Baş vermiş bədbəxt hadisələrin və istehsalat qəzalarının araşdırılmasında iştirak etmək,səbəblər barədə rəhbərliyə hesabat təqdim etmək
- Risk qiymətləndirilməsini aparıb və nəticəsi ilə bağlı rəhbərliyə məlumat vermək
- İşçilər üçün əməyin mühafizəsi,texniki təhlükəsizlik və yanğın təhlükəsiliyi üzrə təlimlərin keçirilməsini təşkil və nəzarət etmək
- Təhlükəsizlik jurnallarının,aktların,təlimat və tədris sənədlərinin qeydiyyatların aparılması
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: İmişli rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis İmişli” qeyd etməyiniz xahiş olunur.
Müraciət Et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərsiniz.
Mühasib
Son tarix 21 dek 2025 Müraciət et
Tələblər:
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya Biznesin idarə edilməsi ixtisasları üzrə bakalavr və ya magistr dərəcəsi;
- Mühasibat və vergi uçotu sahəsində 1-3 il iş təcrübəsi;
- Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına hesabatların hazırlanması və təqdim olunması bacarığı;
- MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- 1C və ya analoji mühasibat proqramlarında işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyət, vaxtında icraetmə və komandada işləmə bacarığı;
Əsas vəzifə öhdəlikləri:
- Mühasibat, vergi uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların aparılması, vergi sahəsi üzrə bütün hesabatların vaxtında göndərilməsi;
- Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, müqavilələrin, hesab-fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddətlərdə müvafiq orqanlara göndərilməsi;
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət və s.) hazırlanması və təqdim edilməsi;
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi, bəyannamələrin göndərilməsi və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək;
- Bank və kassa üzrə daxil olan və məxaric olunan pul vəsaitlərinin sənədləşdirilməsi və uçotunun aparılması;
- Debitor və kreditor hesablaşmaların aparılması, üzləşmə aktlarının tərtibinin təşkili və nəzarət edilməsi;
- Aylıq debitor-kreditor hesabatların tərtibinin təşkili;
- Müştərilərlə üzləşmə aktlarını və hesabatları hazırlamaq;
- İnternet banking əməliyyatlarının (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası və s.) həyata keçirilməsi;
- ƏDV depozit əməliyyatlarının aparılması;
- Əməyin mühafizəsi və təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
- Əmək funksiyasını özünü və digər işçiləri təhlükəyə məruz qoymadan icra etmək, şəxsi buraxılış olmadan həyat üçün təhlükəli mənbələrdə iş görməmək;
- Əməyin mühafizəsi qaydalarının bütün pozuntuları, baş vermiş qəzalar və bədbəxt hadisələr barədə dərhal işəgötürənin nümayəndələrinə məlumat vermək;
- Qida təhlükəsizliyi ilə bağlı, iş prosesi və məhsul istehsalı zamanı yarana biləcək təhlükələrə görə məsuliyyət daşımaq.
İş qrafiki və ünvan:
- İş yeri: Lənkəran və Biləsuvar
- İş qrafiki: 5 günlük iş qrafiki
- Nahar şirkət tərəfindən təmin edilir
Müraciət:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mühasib” və çalışmaq istədiyiniz regionu (Lənkəran və ya Biləsuvar) qeyd etməyiniz xahiş olunur.
Müraciət Et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərsiniz.
Aqronom (Kürdəmir)
Son tarix 21 dek 2025 Müraciət et
Müəssisə: KÜRDƏMİR SÜD EM. ZAV. MMC
Namizədə aid tələblər:
- Ali təhsil (Müvafiq sahə üzrə);
- Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Toxumçuluq, bitki istehsalının, əkinçilik təcrübəsinin və təsərrüfat avadanlıqlarının istismarı haqqında məlumatlı olmalı;
- Toxumçuluğun və bitki yetişdirilməsinin yaxşılaşdırılması üçün tədqiqat üsulları və texnikalarını bilməli;
- İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
İş haqqında məlumat:
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
- Əkin sahələrində torpağın məhsuldarlığını artırmaq;
- Təsərrüfatda daxili yerquruluşu işlərini aparmaq;
- Əkin dövriyyəsini tətbiq etmək, əkin sahələrinin səmərəli quruluşunu vermək, təbii torpaqları yaxşılaşdırmaq, bu sahələri eroziyadan qorumaq, yem bitkiləri əkinin və çoxillik əkmələrin sahəsini genişləndirmək və yüksək aqrotexnikanın tətbiqini təmin etmək;
- Əkin sahələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək və ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki, iqtisadi və təşkilati tədbirləri hazırlayır və istehsalatda tətbiq edir;
- Kənd təsərrüfatı bitkilərinin çoxaldılması, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlərdə iştirak edir və təkminləşdirməsini həyata keçirir;
- Əkin və məhsuldarlığın artırılması üçün tədqiqatlar aparmaq;
- Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Kürdəmir rayonu
Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Aqronom (Kürdəmir )” qeyd etməyiniz xahiş olunur.
Müraciət Et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərsiniz.
İnsan resursları üzrə mütəxəssis (Kürdəmir)
Son tarix 20 dek 2025 Müraciət et
Müəssisə: KÜRDƏMİR SÜD EM. ZAV. MMC
Tələblər:
- İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
- Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi olmalıdır.
- MS Office, Elektron Hökümət Portalından istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
- Azərbaycan Respublikası Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- Miqrasiya məcəlləsini bilməli;
İş haqqında məlumat:
- Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması;
- Əmək kitabçalarına qeydiyyatların aparılması;
- Məzuniyyət qrafikinə uyğun olaraq işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
- İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparılması;
- İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edilməsi.
- Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
- Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
İş Qrafiki:
- Həftə içi 5 gün, 09:00-18:00
İş Yeri:
- Kürdəmir rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis (Kürdəmir )” qeyd etməyiniz xahiş olunur.
Müraciət Et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərsiniz.











