Azersun Holding
İnspektor
Son tarix 19 okt 2025 - Müraciət et
Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC
Tələblər:
- Ali təhsil: (Sənaye mühəndisliyi, Kimya mühəndisliyi, Qida mühəndisliyi, Maşınqayırma mühəndisliyi üzrə)
- Keyfiyyətə nəzarət, proses nəzarəti və istehsalat sahəsində minimum 1-2 il iş təcrübəsi (arzuolunandır)
- ISO 9001 və digər müvafiq standartlar üzrə biliklər
- MS Office proqramlarında işləmək bacarığı
- Diqqətli, məsuliyyətli və analitik düşünmə bacarığı
- Komandada işləmək və texniki sənədlərlə işləmək qabiliyyəti
Əsas vəzifə öhdəlikləri:
- İstehsal proseslərinin hər mərhələsində texnoloji ardıcıllığı və məhsulun keyfiyyətini izləmək, baş verən uyğunsuzluqları yazılı şəkildə Baş inspektora bildirmək
- İstehsal xətlərində, avadanlıqlarda və texnoloji parametrlərdə nasazlıq və limitdən kənara çıxma hallarında dərhal əlaqədar şəxslərə məlumat vermək və tədbirləri sənədləşdirmək
- Proses Kontrol təlimatlarına və referans sənədlərə uyğun olaraq aparılan texniki işləri vaxtında sənədləşdirmək və imzalamaq
- Proses və Keyfiyyətə Nəzarət formlarını düzgün, tam və səliqəli şəkildə doldurmaq, uyğunsuzluqlar zamanı Düzəldici Fəaliyyət İstək Formları hazırlamaq
- Hazır məhsulda rast gəlinən keyfiyyət problemləri barədə İstehsal Müdirinə və Baş inspektora yazılı məlumat təqdim etmək və düzəldici tədbirləri izləmək
- Məhsul və palet üzərində izlənəbilirlik üçün məlumatların tamlığını yoxlamaq, uyğunsuzluq hallarında tədbir görmək və sənədləşdirmək
- Texniki avadanlıqlarda baş verən nasazlıqları operativ şəkildə bildirmək, həll prosesini izləmək və hesabat vermək
- Ambalajlama prosesinə nəzarət etmək, uyğunsuz halları formalaşdırılmış şəkildə sənədləşdirmək və sorumlu şəxslərə təqdim etmək
- Ambalaj və qatqı materiallarının giriş nəzarətini həyata keçirmək, uyğun olmayan hallarda İstehsalat Müdirinə və Baş inspektora məlumat vermək
- Gigiyena və təmizlik qaydalarına əməl olunmasına nəzarət etmək, uyğunsuzluqlar zamanı məsul şəxsləri məlumatlandırmaq və tədbirləri izləmək
- Hazır məhsulun nəqliyyat vasitəsinə yüklənməsinə nəzarət etmək, uyğunsuzluq olduqda sənədləşdirib məlumat vermək
- Gecə növbələrində anbarların açılışında iştirak etmək və plomb məlumatlarını növbəlik raporlamaya daxil etmək
- Texniki sahələrdəki fəaliyyətlərə dair gündəlik hesabatları hazırlamaq və arxivləşdirmək
- Hazır məhsulların anbarlardakı saxlanma şərtlərinə nəzarət etmək
- Inventar sayımları və imha proseslərində iştirak etmək
- Xammal, köməkçi maddə və son məhsulun düzgün yığılması və saxlanmasına nəzarət etmək
- Keyfiyyət və proses nəzarət nöqtələrinin, metod və sənədlərinin hazırlanmasında iştirak etmək
- Keyfiyyətə nəzarət müayinələrini analiz axış sxemlərinə və qəbul edilmiş metodlara əsasən aparmaq
- Qəza və təhlükəli hallar barədə dərhal rəhbərliyə məlumat vermək
- İş prosesi və məhsul istehsalı zamanı qida təhlükəsizliyi risklərinə qarşı tədbirlər görmək və məsuliyyət daşımaq
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə İnspektor (İmişli)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
İş Qrafiki:
- Növbəli iş qrafiki
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
İş Yeri: İmişli
Azersun Holding
Kənd təsərrüfatı texnikaları üzrə mühəndis
Son tarix 19 okt 2025 Müraciət et
Tələblər:
- Ali təhsil
- 3- 5 il iş təcrübəsinə malik namizədlərə üstünlük verilir
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Analitik düşüncə və təhlil bacarığı
- Peşəsinə yüksək motivasiya ilə yanaşma
- Fərdi və komanda da işləmə bacarığı
- Azərbaycan dili əla səviyyədə olmalıdır, ingilis və rus dili arzuolunandır
Vəzifə öhdəlikləri:
- Təşkilata məxsus bütün avtomobillərin qeydiyyatını aparır
- Alındığı dövrdən vaxtaşırı və müəyyən olunmuş vaxtda təmiri və diaqnostik baxış vaxtını müəyyən edir
- Avto qəza nəticəsində qəzalı hala düşmüş avtomobilləri təmirə qəbul edir
- Təmirə qəbul edilmiş avtomobillərin qəbul formunu doldurur, təmirə qəbul edilmiş avtomobillərin müvafiq təmiri üzrə ustalara iş bölgüsünü edir
- Təmirdə olan avtomobillərdə dəyişdirilməsi tələb olunan hissələrə qərar verir
- Təmiri bitmiş avtomobillərin təmirinin keyfiyyətini yoxlayır
- Təmiri yoxlanılmış avtomobilləri aidiyyatı üzrə sürücülərə təhvil verir
- Ehtiyat baza formalaşdırmaq üçün depoya alınan avtomobil hissələrinin keyfiyyətini və yararlığını yoxlayır
- Anbardan gündəlik təmir işləri üçün alınan avtomobil hissələrinin təhvil-təslimini edir
İş vaxtının norması:
- 5 günlük iş rejimi; 09:00-18:00
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: İmişli rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kənd təsərrüfatı texnikaları üzrə mühəndis” qeyd etməyiniz xahiş olunur.
Planlama üzrə mütəxəssis Al Market
Son tarix 19 okt 2025 - Müraciət et
Müəssisə: Al Market
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə)
- Oxşar vəzifədə ən azı 2 il iş təcrübəsi
- Planlama və logistika prosesləri üzrə biliklər
- Analitik düşünmə və detallara diqqət bacarığı
- Excel və ERP proqramlarında işləmək bacarığı
- Komanda ilə işləmə və operativ qərarvermə bacarığı
Vəzifə öhdəlikləri:
- Məhsul portfelinin mağaza və anbarlarda mövcudluğunu təmin etmək üçün müntəzəm sifarişlərin planlanması və tədarükçülərlə koordinasiyanın aparılması;
- Endirim kampaniyaları çərçivəsində məhsulların mövcudluğunu təmin etmək, mağazalara düzgün və vaxtında paylanmanı təşkil etmək;
- İdxal və yerli məhsulların mağazalara və anbarlara bölüşdürülməsini planlamaq, mağazalararası transferləri idarə etmək;
- Yeni kampaniyalara uyğun olaraq məhsul miqdarlarının, yuvarlaqlaşdırma dəyərlərinin və transferlərin düzgün aparılmasını təmin etmək;
- Geri qayıdan stokların izlənməsi, sənədləşdirilməsi və tədarükçülərə təhvil verilməsini təmin etmək;
- Sifarişlərin sistem üzərindən açılması, izlənməsi və vaxtında bağlanması;
- Planlama şöbəsi və digər əlaqədar bölmələrlə əməkdaşlıq edərək məhsul mövcudluğuna nəzarət etmək.
İş vaxtının norması: 5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Ünvan: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Planlama üzrə mütəxəssis Al Market” qeyd etməyiniz xahiş olunur.
İnsan resursları üzrə mütəxəssis Al Market
Son tarix 19 okt 2025 Müraciət et
Müəssisə: AL MARKET MMC
Ümumi Tələblər
- Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır)
- İnsan Resursları sahəsində iş təcrübəsi - 2 ildən artıq; (Retail sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
- Sap bilikləri
- MS Excel əla səviyyədə
- Yüksək səviyyədə Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri
- Elektron Hökümət Portalları ilə (ƏMAS) işləmə bacarığı
- Kadr kargüzarlığının aparılmasına dair biliklər
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı
- Komandada işləmək bacarığı
İş Haqqında Məlumat
- ƏMAS sistemində dəyişikliklərin olunması; (vəzifə, əmək haqqı, iş yeri, qrafik, miqrasiya uzadılması)
- ƏMAS sistemində dəyişikliklərin olunması zamanı SİMA tətbiqində işçinin şəxsi kabinetinə göndərilməsi və imzalanması
- DSMF-yə aid ödənişlərin (Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, Hamiləliyə və doğuma görə, Uşağın anadan olmasına görə, Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə) göndərilməsi
- Əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edən işçilərin qəbulu, fərdi söhbətlərin aparılması
- Yeni işçilərin və dövri müayinə olunmalı işçilərin tibbi arayışlarının qeydə alınması, xəstəxanaya göndərilməsi və birbaşa təqib edilməsi
- Yeni işə qəbul olan işçilərlə əmək müqaviləsi bağlanılması işinin həyata keçirilməsi, onların şəxsi qovluqlarının formalaşdırılması
İş vaxtının norması
- 5 günlük iş rejimi.
- İstirahət günü: Şənbə və Bazar günü.
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis Al Market” qeyd etməyiniz xahiş olunur.
Daşınmaz əmlakların araşdırılması üzrə baş mütəxəssis
Son tarix 19 okt 2025 -Müraciət et
Müəssisə: AL MARKET MMC
Tələblər:
- Ali təhsilli olmalı.
- Sürücülük vəsiqəsi - B kateqoriya.
- Sənədləşmə və yazışma işlərini bacarmalı.
- MS Office proqramlarını orta səviyyədə bilməli.
- Araşdırma qabiliyyəti yüksək olmalı.
- Ünsiyyət və gözəl nitq qabiliyyətinə malik olmalıdır.
- Ezamiyyətlərə açıq olmalıdır.
- Dil bilikləri (Rus dili və ingilis dili biliyi arzu olunandır)
İş haqqında məlumat:
- Standartlara uyğun mağaza obyektlərinin tapılması.
- Mövcud və açılacaq mağazaların dövlət orqanları ilə müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi.
- Sahibkarlarla görüşüb, təkliflərin verilməsi.
- Müxtəlif növ qəbzlərin ödənilməsini və nəzarətini təmin etmək.
- Müxtəlif növ vergilərin ödənilməsinə nəzarət etmək.
- Aylıq, rüblük və illik fəaliyyət hesabatlarını hazırlamaq.
- Mağazanın təmir müddətinin təqibi.
- Mağazanın rolevesinin alınmasında iştirak.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində "Daşınmaz əmlak üzrə baş mütəxəssis Al Market" qeyd etməyiniz xahiş olunur.
Baş mühasib
Son tarix 19 okt 2025 - Müraciət et
Müəssisə: AL Market MMC
Namizəddən tələblər:
- Mühasibatlıq sahəsində ali təhsil
- Baş mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi
- Maliyyə və vergi qanunvericiliyi üzrə biliklər
- ERP sistemləri və mühasibat proqramlarında işləmək bacarığı (SAP üstünlükdür)
- Analitik düşüncə, məsuliyyətli və dəqiq işləmək bacarığı
- Komandaya rəhbərlik etmək bacarığı
Əsas vəzifə öhdəlikləri:
- Müəssisənin mühasibat uçotunun təşkili və maliyyə fəaliyyətinə nəzarət
- Mühasibat sənədlərinin və hesabat formalarının hazırlanması və tətbiqi
- Təsərrüfat əməliyyatlarının uçotunun düzgün aparılması və hesabatların hazırlanması
- İlkin sənədlərin, hesablamaların, əmək haqqı fondunun və ödənişlərin yoxlanılması
- Mal-material və əsas vəsaitlərin uçotunun təşkili və xərclərin nəzarətdə saxlanılması
- Mənimsəmə və qanunsuz halların qarşısının alınması üzrə tədbirlərin görülməsi
- Maliyyə və kredit əməliyyatlarının uçotunun təşkili
- Maya dəyəri, əmək haqqı, vergi və digər ödəniş sənədlərinin hazırlanması
- Çatışmazlıqlar və mənimsəmələrlə bağlı sənədlərin tərtibi və nəzarəti
- Mühasibat sənədlərinin düzgün saxlanılması və arxivə təhvil verilməsi
- Mühasibatlıq komandasına rəhbərlik və metodiki dəstək göstərilməsi
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
İstirahət günü:
- Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Ünvan: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Baş mühasib Al Market” qeyd etməyiniz xahiş olunur.