Azersun Holding
İnsan resursları üzrə baş mütəxəssis
Son tarix 08 avq 2025 - Müraciət et
Müəssisə: AZƏRSUN HOLDINQ MMC
Vəzifə Təsviri:
Azərsun Holding olaraq, insan resurslarının idarə olunması sahəsində təcrübəli Baş mütəxəssis axtarırıq. Bu vəzifənin əsas məqsədi işə qəbul zamanı əməkdaş məlumatlarının SAP proqramına və ƏMAS altsisteminə dəqiq şəkildə işlənməsi, yeni işçilərin şəxsi işlərinin formalaşdırılması və onboarding proseslərinin təşkili ilə bağlı proseslərə nəzarətin təmin edilməsidir. Vəzifəyə yeni qəbul olunan əməkdaşlarla tanışlıq və oriyentasiya görüşlərinin keçirilməsi, sınaq müddətini tamamlayan əməkdaşlarla təəssürat və təkliflərinin öyrənilməsi məqsədilə fərdi görüşlərin təşkili daxildir. Eyni zamanda performans hədəflərinin müvafiq sistemlərə daxil edilməsində və istedadların idarə olunması sisteminə məlumatların düzgün ötürülməsində əməkdaşlara dəstək göstərilməsi, suallarının cavablandırılması bu vəzifənin əsas istiqamətlərindəndir.
Baş Mütəxəssis işdən çıxış zamanı daxili portal üzərindən son hesablaşma prosesinin başlanması və müvafiq ardıcıllıqla icrasını izləyir, əməkdaşla çıxış müsahibəsini aparır, şəxsi işlərin arxivləşdirilməsini təmin edir və ƏMAS altsistemində xitamın düzgün şəkildə tamamlanmasına nəzarət edir. Bu vəzifə həmçinin insan resursları sistemlərinin effektiv fəaliyyətini təmin etmək məqsədilə gündəlik əməliyyatlarda əməkdaşlara dəstək verməklə yanaşı, bütün HR proseslərinin qanunvericiliyə və daxili prosedurlara uyğun həyata keçirilməsində mühüm rol oynayır.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis- üstünlükdür;
- Microsoft Office proqramları (Excel, Word, Outlook) üzrə əla biliklər;
- Əmək qanunvericiliyi üzrə kifayət qədər biliklər;
- SAP (HSP) və SuccessFactors (SF) üzrə biliklər üstünlük hesab olunur;
- Performansın və istedadların idarə olunması sistemləri üzrə praktiki təcrübə;
- Özünü inkişaf etdirməyə maraqlı, təşəbbüskar və problemhəll etmə, sərbəst qərarvermə bacarıqlarına malik olmaq;
- Güclü məntiqi və analitik düşüncə qabiliyyəti;
- Komanda ilə effektiv işləmək bacarığı;
- Yüksək səviyyədə problem həll etmə bacarığı.
İş haqqında məlumat:
- Performans hədəflərinin müvafiq sistemə daxil edilməsində əməkdaşlara dəstək verilməsi, onların bu sistemlə bağlı bilgiləndirilməsi, suallarının cavablandırılması
- İstedadların idarəolunması sisteminə məlumatların daxil edilməsində əməkdaşlara dəstək verilməsi, onların bu sistemlə bağlı bilgiləndirilməsi, suallarının cavablandırılması
- İşə qəbul zamanı işçi məlumatlarının SAP proqramına və ƏMAS altsisteminə işlənməsi, şəxsi işlərin formalaşdırılması
- İşə qəbul zamanı yeni işçilərlə onboarding görüşünün keçirilməsi, sınaq müddətini tamamlayan işçilərlə ilkin təəssüratlarının, irad və təkliflərinin müəyyənləşdirilməsi üçün görüşlərin keçirilməsi
- Xitam zamanı daxili portal üzərindən son hesablaşma formunun başladılması və təqib edilməsi.
- İşdən çıxan işçilərin şəxsi işlərinin arxivlənməsi, ƏMAS altsistemində xitamın icrası, işçilərlə çıxış müsahibəsinin aparılması.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Servis xidməti mövcuddur;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnsan resursları üzrə baş mütəxəssis” göstərməyiniz xahiş olunur.
İxrac üzrə mütəxəssis
Son tarix 08 avq 2025 Müraciət et
Müəssisə: AZƏRSUN HOLDINQ MMC
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
- Məntiqi və analitik düşünmə tərzi;
- Komandada işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
- Sürücülük vəsiqəsi.
Vəzifə öhdəlikləri:
- İxrac olunacaq yükə invoys-faktura hazırlanması, CMR-lərin yazılması, Packing List hazırlanması;
- Malların sığortalanması, ixraç olunacaq malların eksport sənədlərinin toplanması və nizamlanması, BBGİ saytında qeydiyyatdan keçirilərək kod alınması;
- ST-1 (Certificate of origin) Mənşə sertifikatının və ekspertiza aktının alınması üçün xammal bəyannamələrinin, aktların və fiziki şəxslərlə müqavilələrin hazırlanması, Baytar icazələrinin alınması üçün sənədlərin (invoys, müqavilə, ST-1,) Dövlət Baytarlıq Xidməti idarəsinə göndərilməsi;
- Müştərilərə ixrac sənədlərinin göndərilməsi, sualların cavablandırılması;
- Əlaqədar hesab fakturalarin dəmiryolu idarəsinə göndərilməsi;
- Dəmir yolu bölməsinə yükün göstəriş sxeminin verilməsi və vaqonların vaxtında təminatının təşkil edilməsi.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İxrac üzrə mütəxəssis” göstərməyiniz xahiş olunur.
Elektronçu
Son tarix 08 avq 2025 Müraciət e
Müəssisə: QAFQAZ KONSERV ZAVODU MMC
Tələblər:
- Ali təhsil (Elektrik mühəndisliyi və ya əlaqəli sahələrdə)
- Minimum 3 il təcrübə (Elektrik mühərrikləri, avadanlıqların təmiri, və ya əlaqəli sahələrdə)
Vəzifə öhdəlikləri:
- Elektron avadanlıqların düzgün texniki istismarını təmin etmək
- Perspektiv və illik texniki xidmət planlarının hazırlanmasında iştirak etmək
- Maşınların işə hazırlanması və qurğuların texniki yoxlanılmasını yerinə yetirmək
- Avadanlığın elektron elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət etmək
- Test üzrə yoxlamalar aparmaq və zədələri vaxtında üzə çıxarıb təmir etmək
- Elektron-hesablama maşınlarının və radioelektron aparatların qurğu və düyünlərini qaydaya salmaq
- Avadanlığa texniki xidmət göstərmək, profilaktik və cari təmirini aparmaq
- Təmir işlərini təsdiq olunmuş sənədlərə uyğun şəkildə və vaxtında həyata keçirmək
- Təmir və sınaq işlərinin icrasına və təlimatlara uyğun istismara nəzarət etmək
- Yeni və əsaslı təmirdən çıxmış avadanlıqların qəbulunda iştirak etmək
- Elektron-hesablama maşınlarının texniki imkanlarını genişləndirmək məqsədi ilə xarici qurğuların qoşulma imkanlarını öyrənmək
- Avadanlığın istifadə uçotunu aparmaq və texniki göstəriciləri təhlil etmək
- Elektron avadanlıqlara texniki xidmət üzrə normativ sənədləri hazırlamaq
- Ehtiyat hissələri və materialların vaxtında təmin edilməsinə nəzarət etmək
- Avadanlıqlar üçün sifariş və texniki sənədləri, iş hesabatlarını tərtib etmək
- Radioelektron aparatların mühafizəsini təşkil etmək
İş Haqqında Məlumat:
- Müəssisə: Qafqaz Konserv Fabriki
- İş Qrafiki: Həftəiçi 5 gün
- İş Yeri: Xaçmaz rayonu
Müraciət: Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçtuna göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Elektronçu (Qafqaz Konserv Fabriki)" qeyd etməyiniz xahiş olunur.
Yeməkxana Nəzarətçisi
Son tarix 08 avq 2025 Müraciət e
Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC
Tələblər:
- Ali təhsil (qida texnologiyası, xidmət sahəsi üstünlükdür).
- Aşpazlıq və ya qida xidməti sahəsində ən azı 2 il iş təcrübəsi.
- Sanitar-gigiyena və əməyin mühafizəsi qaydaları barədə dərin bilik.
- Qida təhlükəsizliyi standartları və normalarını bilmə və tətbiq etmə bacarığı.
- Təşkilatçılıq və idarəetmə bacarığı, komanda ilə işləmək qabiliyyəti.
- Yüksək məsuliyyət və diqqətlilik.
Vəzifə öhdəlikləri:
- Müəssisədə çalışan işçilər üçün isti və soyuq qəlyanaltıların, şorbaların, əsas xörəklərin, çərəz və məzələrin, kulinar məmulatların hazırlanması və hazırlatdırılması.
- Xörək əlavələrinin və qəlyanaltılarının müxtəlif növlərinin hazırlanması; ətdən, balıqdan, tərəvəzdən, yarmalardan pörtlədilmiş, qızardılmış, bişirilmiş əsas xörəklərin hazırlanması və hazırlatdırılması.
- Mal, qoyun, quş ətindən paylı yarımfabrikatların hazırlanması, hazır xörəklərin bişirilməsi və paylaşdırılmasıını təmin etmək.
- Menyuda yer alan məhsulların resepturalarının hazırlanmasını təmin etmək.
- Müxtəlif növ avadanlıqların rasional iş rejimini nəzərdə saxlanılması, müəyyən müddətlərdə təmirinin sağlanması.
- Xərclərin optimallaşdırılması və mətbəx büdcəsinə nəzarət etmək.
- Yeməkxananın təmizliyinə nəzarət etmək.
- Yeməkxananın təmizliyinə və gigiyena vəziyyətinə nəzarət etmək.
- İstifadə olunan qab-qaşıq və digər camaşırların təmizliyinin təmin edilməsini təmin etmək.
- Yeməkxanaya gələn qonaqları qarşılayıb rahat yerləşdirilməsini və yemək xidmətinin göstərilməsini təşkil etmək.
- Yeməkxana üçün lazım olan mal və materialların siyahısını hazırlamaq və onların alınmasını təmin etmək.
- Yeməkxanada sıradan çıxmış hissələr, stol-stul və digər avadanlıqların çıxarılmasını həyata keçirmək.
- Mal-materialların təhvil-təslim işlərini aparmaq və stok vəziyyəti barədə rəhbərliyə məlumat vermək.
- Yeməkxanada baş verən hər hansı hadisə barədə bağlı olduğu rəhbərliyə vaxtında məlumat vermək.
- Əməyin mühafizəsi, təhlükəsizliyi, sanitar-gigiyena və yanğından mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara tam əməl etmək.
- İş zamanı özünün və digər işçilərin təhlükəsizliyini təmin etmək, həyati təhlükəli mənbələrdə şəxsi icazə olmadan iş görməmək.
- Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, əməyin mühafizəsi üzrə normalar və qaydalara uyğun olaraq fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək.
- Əməyin mühafizəsi qaydalarının pozulması, qəzalar və bədbəxt hadisələr barədə dərhal işəgötürənin nümayəndələrinə məlumat vermək.
- Qida təhlükəsizliyi ilə bağlı iş prosesində və məhsul istehsalı zamanı yarana biləcək risklərə görə məsuliyyət daşımaq.
İş vaxtı:
- Həftə içi 5 gün (09:00-18:00)
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri:
- İmişli rayonu
- Azərbaycan Şəkər İstehsalat Birliyi MMC
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Yeməkxana nəzarətçisi” qeyd etməyiniz xahiş olunur.