Azersun Holding
Avtomatika üzrə mütəxəssis
Son tarix 05 iyl 2025 - Müraciət et
Müəssisə: AZ KAĞIZ VƏ KARTON MMC
Tələblər:
- Təhsil: Ali (Avtomatika sahəsi üzrə)
- Dil bilikləri: Azərbaycan – əla; Rus dili və İngilis dili-arzu olunandır;
- Microsoft Office (MS Excel,Word Power Point )- Yaxşı;
- Məntiqi və analitik düşünmə tərzi olmalı;
- Detallara diqqət göstərmə, davamlı öyrənmə və inkşafa meyillilik, hədəf və nəticə yönümlü olmaq;
- Komandada işləmə bacarığı;
- PLC,DCS,SCADA sistemləri haqqında biliklər.
Vəzifə öhdəlikləri:
- Sərbəst şəkildə elektrik və avtomatikaya aid sxemlərin oxunmasını bilməli;
- Elektronika və elektronik təmirlərlə bağlı bilgili olmalı;
- Sistemlərin idarəetmə dövrələrində yaranmış problemləri araşdıraraq aradan qaldırması;
- Ölçü cihazlarında yaranmış problemləri araşdıraraq aradan qaldırılması;
- Avtomatika sahəsinə aid cihaz və avadanlıqlara periodik olaraq texniki baxış keçirməli və müvafiq qeydiyyatlar aparmalı;
- Pnevmatik sistemlərin idarəetmə dövrələrində və ölçü cihazlarında yaranmış problemləri araşdıraraq aradan qaldirmalı;
- İdarəetmə sistemlərdə çixan və çixa biləcək uyğunsuzluqlarda düzəldici və önləyici fəaliyyətlər həyata keçirməyi bilməli;
- Sistemdə baş verən xətaların və qəza mesajlarının təhlil edilməsi və həlli yönündə qərar verilməsi;
- Avtomatika sahəsinə aid SAP iş əmirlərinin açılmasını və qapadılmasını həyata keçirməli;
- Adminstrator səviyyəsi istisna olmaqla, orta səviyyəli proqram təminatına müdaxilə edilməsi;
- SCADA, DCS, PLC sistemlərinə təmas edilməsi və onların alqoritmik quruluşunun təhlil edilməsi;
- İstehsalatın davamiyyətini təmin etməli və alternativ variantları təklif etməyi bacarmalı.
İş vaxtı:
- Növbəli iş rejimi;
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri:
- Xırdalan şəhəri
- Azərbaycan Kağız və Karton İstehsal kombinatı
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan link ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Avtomatika üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Keyfiyyətə nəzarət üzrə İnspektor
Son tarix 05 iyl 2025 - Müraciət et
Müəssisə: QAFQAZ KONSERV ZAVODU MMC
Tələblər:
- Sənaye, kimya, qida və ya maşınqayırma mühəndisi ixtisasları üzrə ali təhsil;
- MS Office proqramları bilikləri;
- ISO 9001, ISO 22000 standartları üzrə sertifikat (arzuolunandır) - Proses və laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir.
- Rus dili və ingilis dili biliyi üstünlükdür
İş haqqında məlumat:
- Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO 22000/2015- 9001) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etmək;
- Depoda meyvə-tərəvəz məhsullarının qəbulu zamanı saxlanma şəraiti, satışa yararlılığına nəzarət etmək;
- Xam yağların kimyəvi, fiziki, mikrobioloji tərkibinin və orqanoleptik parametrlərinə görə yoxlanılmalı; - İstehsal edilən məhsulların keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması;
- İstehsal edilən məhsulların keyfiyyəti ilə bağlı uyğunsuzluqların təsbit edilməsi;
- Laboratoriya cihazlarının doğrulama və baxım metodlarını bilmək
- Proses zamanı keyfiyyət pozuntusunun səbəbini, lazımi tədbirlərin alınmasını, uygunsuzluqların aradan qaldırılmasını izləmək
- Keyfiyyət və proses parametrələrinin əlaqəsini dəyərləndirib yaxşılaşdırıcı, düzəldici,önləyici qərarları almağı bilmək
- Keyfiyyət və kritik nəzarət nöqtələrini müəyyən edə bilməyi, təhlükələri dərəcələndirib düzəldici, önləyici fəaliyyətləri almağı bilmək
- Tədqiq sonrası hesabat hazırlamaq, əlaqədar müəssisə rəhbərinə göndərmək
İş Qrafiki:
- Növbəli iş qrafiki
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
İş Yeri: Biləsuvar
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan link ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarə üzrə İnspektor (Biləsuvar)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
Brend üzrə mütəxəssis
Son tarix 05 iyl 2025 Müraciət et
Müəssisə: SUN FOOD MMC
Vakansiya: Brend üzrə Mütəxəssis
Tələblər:
- Ali təhsil (Marketinq, İqtisadiyyat və ya əlaqəli sahələrdə)
- Minimum 1 il təcrübə (Brend idarəçiliyi, Marketinq və ya əlaqəli sahələrdə)
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Brend strategiyaları və marketinq planlarının hazırlanması sahəsində təcrübə
- Ünsiyyət qurma və inandırma qabiliyyəti
- Analitik düşünmə və qərar vermə bacarığı
Vəzifə öhdəlikləri:
- Məhsul markalarının ehtiyaclarına uyğun qısa və uzun dövrə marketinq strategiyaları hazırlamaq və bu strategiyaların icrasını təmin etmək.
- İstehlakçı davranışlarını təhlil edərək marketinq tədqiqatlarının ehtiyaclarını müəyyənləşdirmək, briflər hazırlamaq və tədqiqat nəticələrinə əsasən fəaliyyət planları təqdim etmək.
- Bazar dinamikasını izləyərək, rəqibləri təhlil edərək təkliflər hazırlamaq və rəhbərliyə məruzə etmək.
- Məhsul qablaşdırılması, reklam materialları və promosyonların marka bütövlüyünə uyğun olmasını təmin etmək.
- Yeni məhsul konseptlərini hazırlamaq və bazar araşdırması vasitəsilə test etmək.
- Satış hədəflərinə uyğun marketinq və promosyon fəaliyyətləri planlaşdırmaq və rəhbərliyə təqdim etmək.
- Satış kanallarını izləyərək məhsulların təsirliyini və paylama fəaliyyətlərini qiymətləndirmək.
- Brend imicinin idarə edilməsi və yeni brend kampaniyaları hazırlamaq, həyata keçirmək və nəticələrini təhlil etmək.
- Marketinq büdcəsinin təyin edilməsi və bu büdcə çərçivəsində fəaliyyətlərin həyata keçirilməsini təmin etmək.
- Müxtəlif satış və marketinq hesabatlarını hazırlamaq, analiz etmək və rəhbərliyə təqdim etmək.
İş Haqqında Məlumat:
- Müəssisə: Sun Food MMC
- İş Qrafiki: Həftə içi 5 gün
- İş Yeri: Bakı şəhəri
Müraciət:
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçtuna göndərə və ya Müraciət et düyməsində qeyd olunan link ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Brend üzrə Mütəxəssis (Sun Food MMC)" qeyd etməyiniz xahiş olunur.
Avtomatika üzrə kiçik mütəxəssis
Son tarix 05 iyl 2025 Müraciət et
Müəssisə: QIDA -AGRO MMC
Tələblər:
- Təhsil: Ali (Avtomatika sahəsi üzrə)
- Microsoft Office (MS Excel,Word Power Point )- Yaxşı;
- Məntiqi və analitik düşünmə tərzi olmalı;
- Detallara diqqət göstərmə, davamlı öyrənmə və inkşafa meyillilik, hədəf və nəticə yönümlü olmaq;
- Komandada işləmə bacarığı;
- PLC,DCS,SCADA sistemləri haqqında biliklər.
Vəzifə öhdəlikləri:
- Bütün bölmələrlə iş əlaqəsi saxlamaq.
- Təhlükəsiz iş şəraiti yaratmaq və buna əmin olduqdan sonra işə başlamaq.
- Növbəyə başlamazdan əvvəl avtomatika cihaz və avadanlıqlarının vəziyyəti ilə tanış olmaq.
- Verilmiş iş və tapşırıqları vaxtında, keyfiyyətli və təhlükəsiz şəkildə yerinə yetirmək.
- Əmanət olunmuş avadanlıq, ehtiyat hissələri və alətlərdən düzgün və səmərəli istifadə etmək.
- İş zamanı fərdi mühafizə vasitələrindən istifadə etmək və təhlükəsizlik qaydalarına əməl etmək.
- Görülmüş işlər barədə rəhbərliyə vaxtında məlumat vermək.
- İntizam qaydalarına və şirkətin prosedur qaydalarına əməl etmək.
- Tez-tez təkrarlanan problemlərin araşdırılmasında iştirak etmək.
- Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını öyrənmək, mənimsəmək və onlara əməl etmək.
- Əmək funksiyasını icra edərkən özünü və digər işçiləri təhlükəyə məruz qoymamaq, şəxsi icazə olmadan təhlükəli sahələrdə işləməmək.
- Xüsusi geyim və ayaqqabıda işləmək, fərdi və kollektiv mühafizə vasitələrindən düzgün istifadə etmək.
- Əməyin mühafizəsi qaydalarının pozuntuları, qəzalar və bədbəxt hadisələr barədə dərhal rəhbərliyə məlumat vermək.
- İş prosesi və məhsul istehsalı zamanı baş verə biləcək qida təhlükəsizliyi risklərini nəzərə almaq və onların qarşısını almaq.
İş vaxtı:
- Növbəli iş rejimi;
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri:
- İmişli rayonu
- Qida-Agro MMC
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan link ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Avtomatika üzrə kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Hüquqşünas (Bazarstore)
Son tarix 05 iyl 2025 Müraciət et
Müəssisə: BAZARSTORE MMC
Tələblər:
- Ali təhsil; (müvafiq sahə üzrə)
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word) - Yaxşı;
- Dil bilikləri: Azərbaycan dili – Əla;
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının dövlət orqanlarında və yerli icra qurumlarında ”Bazarstore” MMC adından nümayəndə qismində təmsil edir və qanunla nəzərdə tutulan bütün prosessual hərəkətləri edir;
- Bütün Məhkəmə instansiyalarında “Bazarstore” MMC adından nümayəndə qismində təmsil edir və qanunla nəzərdə tutulan bütün prosessual hərəkətləri edir;
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və nazirliyin nəzdində fəaliyyət göstərən qurumlarında “Bazarstore” MMC adından nümayəndə qismində təmsil edir və qanunla nəzərdə tutulan bütün prosessual hərəkətləri edir;
- Səlahiyyətləri daxilində mediasiya proseslərində “Bazarstore” MMC-ni təmsil etmək və prosessual hərəkətləri həyata keçirmək;
- Səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət orqanlarından, qurumlarından, hüquqi və fiziki şəxslərdən daxil olan məktub, sorğu, ərizə, şikayət və təkliflərə qanunvericiliklə müəyyən olunmuş müddətdə baxmaq, araşdırmaq, nəticəsi barədə rəhbərinə məruzə etmək, razılaşdırdıqdan sonra isə cavablandırmaq və göndərmək;
- Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 74.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətləri edir,
- Müqavilələrin hüquqi cəhətdən uyğunluğunu yoxlayır;
- Yeni müqavilələr tərtib edir və hüquqi rəy verir;
- Qanunvericiliyin təkmiləşdirilməsi ilə bağlı dəyişiklik edilmiş normalarla, müvafiq qanunvericilik aktlarından məlumatlı olmaq;
- İcrası qurtarmış məhkəmə işlərinə aid sənədlərin arxivlənməsi aparır;
- MMC-yə daxil olan bütün strukturlar üçün müqavilələrin hüquqi uyğunluğunu yoxlayır;
- Kargüzarlıq təlimatlarına uyğun şəkildə məktub, müraciətlərin hazırlanması, onların sistemləşdirilməsini aparmaq;
- Hüquqi məsələlərin müzakirəsi üçün rəhbərin göstərişi ilə digər şirkətlərin nümayəndələri ilə görüşür;
- MMC-yə daxil olan müəssisə və təşkilatlarda hüquqi işlərə metodiki hüquqi yardım göstərir, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabların hazırlanmasında iştirak edir;
- MMC-də İnsan Resursları ilə bağlı rəylərin verilməsi, vəzifə təlimatı və digər sənədləşmə işlərinin aparılmasında dəstək olur;
- MMC-yə qarşı məhkəmələrə təqdim edilmiş iddia ərizələrinə və apellyasiya şikayətlərinə əsaslandırılmış etirazlar hazırlayır;
- Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədlərin rəsmləşdirilməsi;
- Müəssisə, idarə və təşkilatların fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində məsləhətlər, habelə təşkilati-hüquqi məsələlərə rəylər verir.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına email-in mövzu hissəsinə "Hüquqşünas (Bazarstore)" yazaraq göndərə bilər və ya "Müraciət et" düyməsinə basaraq qeydiyyatdan keçib müraciət edə bilərsiniz.