Azersun Holding
Rəsmi əlaqələr və vergi üzrə şöbə müdiri
Son tarix 30 iyn 2025 - Müraciət et
Vəzifə Təsviri:
Azərsun Holdinq olaraq, Pərakəndə müəssisələri üzrə vergi şöbəsinə Şöbə müdiri axtarırıq. Bu rol, əsasən holdinqə daxil olan şirkətlərin (pərakəndə ticarət sahəsi) vergi öhdəliklərini idarə edir, qanunvericiliyə uyğunluğu təmin edir və maliyyə proseslərini optimallaşdırır. O, vergi yoxlamalarında şirkəti təmsil edir, hesabatları nəzarətdə saxlayır və inkişaf təklifləri hazırlayır.
Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat üzrə);
- Rus, Türk, İngilis dillərini bilmək üstünlükdür;
- Maliyyə, Mühasibatlıq, Vergi üzrə minimum 5 il iş təcrübəsi;
- Beynəlxalq Mühasibat Uçotu və Maliyyə Standartlarını (İFRS) və onların tətbiqini bilməlidir;
- Mühasibat, maliyyə, vergi və dövlət büdcəsi sistemi haqqında məlumatlı olmalıdır;
- BTP proqramından və online kargüzarlıqdan professional istifadə edə bilməli;
- Maliyyə təhlili üsullarını bilməlidir;
- Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktları, eləcə də rəhbərliyin əmr, qərar və sərəncamlarını bilməlidir;
- Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti sahə üzrə qabaqcıl təcrübəsini bilməlidir;
- İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməlidir;
- İdarəçilik və rəhbərlik qabiliyyətinə malik olmalıdır.
Vəzifə öhdəlikləri:
- İşin gedişi ilə bağlı olaraq Baş mühasib və maliyyə müdiri ilə birgə işləmək;
- Şirkət mənafelərini qoruyaraq Vergi işləmlərinin həyata keçirilməsinə dəstək olmaq;
- Yaxşılaşdırılma və inkişaf ilə bağlı mürəkkəb məsələlər ilə bağlı təkliflər hazırlamaq;
- Hesabat dövrləri (aylıq, rüblük və illik hesabat dövrləri) üzrə vergi bəyannamələrinə, hesabat və təqdim olunacaq məlumatlar a nəzarət və qiymətləndirməsi;
- Vergi qanunvericiliyi və vergi hüququ üzrə məsləhətlərin verilməsi;
- Vergi münasibətlərində vergi ödəyicisinin qanuni və səlahiyyətli nümayəndəsi olaraq iştirak edilməsi. (lazım olduqda vergi idarəsinə getmək)
- Vergi nəzarəti tədbirləri, o cümlədən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti, həmçinin kameral vergi yoxlaması zamanı texniki, əməli dəstəyin verilməsi;
- Yoxlama zamanı yoxlama proseslərində aktiv iştirak etmək, yoxlamanın başlanma tarixindən akt təhvil verilənədək şirkət ilə vergi orqanı arasında körpü olmaq;
- Müəssisələr ilə əməkdaşlıq edən qeyri-rezidentlərə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı DTA01, 02, 03, 04, 05 ilə bağlı vergi organına müraciət etmək;
- Şirkətin vergi kuratoru ilə vergi müasibətilə bağlı bir başa əlaqə saxlanmalı;
- Vergi qanunvericiliyi üzrə təlim, tədrislərin təşkili və aparılması.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət Et düyməsində qeyd olunan link-də qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Rəsmi əlaqələr və vergi üzrə şöbə müdiri" qeyd etməyiniz xahiş olunur.
SƏTƏM üzrə mütəxəssis (İmişli)
Son tarix 30 iyn 2025 Müraciət et
Müəssisə: QIDA -AGRO MMC
Tələblər:
- Əlaqədar sahə üzrə Ali təhsil
- Ofis proqramlarında işləmə bacarığı;
- Kollektivlə işləmək bacarığı;
- Normativ sənədlərlə işləməyi bacarığı.
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Təhlil etmə, hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmə bacarığı
İş haqqında məlumat:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməli;
- İş yerlərində zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
- İş yerlərinin sanitariyasına nəzarət və binanın, qurğuların, avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına, xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
- İş yerlərində bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir.
- Müəssisədə yanğın təhlükəsizliyi avadanlıqlarının xidməti və nəzarətinin təşkilini aparmalıdır.
İş şəraiti:
- İş Qrafiki: Həftə içi 5 gün
- İş Yeri: İmişli rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət Et düyməsində qeyd olunan link-də qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis (İmişli)" qeyd etməyiniz xahiş olunur.
Auditor
Son tarix 30 iyn 2025 - Müraciət et
Vəzifə Təsviri:
Azərsun Holding olaraq, Daxili Audit Direktorluğuna auditor axtarırıq. Bu rol, maliyyə əməliyyatlarının və hesabatlarının düzgünlüyünü, şirkətdaxili proseslərin effektivliyini və uyğunluğunu qiymətləndirmək, riskləri müəyyənləşdirmək və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə daxili audit yoxlamalarının həyata keçirilməsi.
Tələblər:
- Ali təhsilli (iqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, idarəetmə və ya əlaqəli sahələr üzrə);
- Mühasibat, maliyyə və ya audit sahəsi üzrə minimum 2-3 il iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- 1C, SAP Proqram biliklərinin olması;
- Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
- Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması;
- Yüksək analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməsi üstünlükdür;
- Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;
- Problem həlletmə bacarığı;
- Səlist və aydın danışıq qabiliyyətinin olması;
- Ezamiyyətə açıq olmalı.
İş haqqında məlumat:
- Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsi;
- Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
- Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edilməsi;
- Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsinin təmin edilməsi
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrin verilməsi və təqdim olunan tədbirlər planının icrasının monitorinqinin keçirilməsi;
- Rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi;
- Rəhbərliyin tapşırıqlarını və xüsusi audit sorğularını yerinə yetirmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Təcrübə proqramı ödənişlidir;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına və Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Auditor” göstərməyiniz xahiş olunur.