Azersun Holding
SƏTƏM üzrə mütəxəssis
Son tarix 14 iyn 2025 - Müraciət et
Müəssisə: QIDA -AGRO MMC
Tələblər:
- Əlaqədar sahə üzrə Ali təhsil
- Ofis proqramlarında işləmə bacarığı;
- Kollektivlə işləmək bacarığı;
- Normativ sənədlərlə işləməyi bacarığı.
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Təhlil etmə, hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmə bacarığı
İş haqqında məlumat:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməli;
- İş yerlərində zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
- İş yerlərinin sanitariyasına nəzarət və binanın, qurğuların, avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına, xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
- İş yerlərində bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir.
- Müəssisədə yanğın təhlükəsizliyi avadanlıqlarının xidməti və nəzarətinin təşkilini aparmalıdır.
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: İmişli rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis (İmişli)" qeyd etməyiniz xahiş olunur.
Keyfiyyətə nəzarət üzrə İnspektor
Son tarix 14 iyn 2025 Müraciət et
Müəssisə: QAFQAZ KONSERV ZAVODU MMC
Tələblər:
- Sənaye, kimya, qida və ya maşınqayırma mühəndisi ixtisasları üzrə ali təhsil;
- MS Office proqramları bilikləri;
- ISO 9001, ISO 22000 standartları üzrə sertifikat (arzuolunandır) - Proses və laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir.
- Rus dili və ingilis dili biliyi üstünlükdür
İş haqqında məlumat:
- Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO 22000/2015- 9001) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etmək;
- Depoda meyvə-tərəvəz məhsullarının qəbulu zamanı saxlanma şəraiti, satışa yararlılığına nəzarət etmək;
- Xam yağların kimyəvi, fiziki, mikrobioloji tərkibinin və orqanoleptik parametrlərinə görə yoxlanılmalı; - İstehsal edilən məhsulların keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması;
- İstehsal edilən məhsulların keyfiyyəti ilə bağlı uyğunsuzluqların təsbit edilməsi;
- Laboratoriya cihazlarının doğrulama və baxım metodlarını bilmək
- Proses zamanı keyfiyyət pozuntusunun səbəbini, lazımi tədbirlərin alınmasını, uygunsuzluqların aradan qaldırılmasını izləmək
- Keyfiyyət və proses parametrələrinin əlaqəsini dəyərləndirib yaxşılaşdırıcı, düzəldici,önləyici qərarları almağı bilmək
- Keyfiyyət və kritik nəzarət nöqtələrini müəyyən edə bilməyi, təhlükələri dərəcələndirib düzəldici, önləyici fəaliyyətləri almağı bilmək
- Tədqiq sonrası hesabat hazırlamaq, əlaqədar müəssisə rəhbərinə göndərmək
İş Qrafiki:
- Növbəli iş qrafiki
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
İş Yeri: Biləsuvar
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarə üzrə İnspektor (Biləsuvar)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
İstehsalat Növbə Mühəndisi
Son tarix 14 iyn 2025 Müraciət et
Müəssisə: Şamaxı Dairy Farm MMC
Tələblər:
- Müvafiq sahə üzrə ali texniki təhsil;
- Oxşar vəzifədə minimum 2-3 il iş təcrübəsi;
- Texnoloji proseslərə və istehsalat avadanlıqlarına dair biliklər;
- Komandada işləmək və operativ qərarlar vermək bacarığı;
- İntizamlı, məsuliyyətli və detallara diqqətli olmaq.
Əsas vəzifə öhdəlikləri:
- İstehsalat tapşırıqlarının (iş və xidmətlərin) vaxtında və yüksək keyfiyyətdə yerinə yetirilməsinə nəzarət etmək;
- Məhsulun müəyyən olunmuş texnologiyaya uyğun istehsalına və istehsal prosesinin fasiləsiz davam etməsinə operativ nəzarət etmək;
- Avadanlıqların tam gücü ilə, düzgün texniki istismarına nəzarət etmək;
- İstehsalatın material və enerji ehtiyatları ilə təminatını izləmək, xammal və digər resurslardan səmərəli istifadəni təmin etmək;
- İstehsalatın planlaşdırılması, normalaşdırılma, iş yerlərinin təkmilləşdirilməsi və qabaqcıl metodların tətbiqi prosesində iştirak etmək;
- Avadanlıqların boşdayanma halları və məhsul keyfiyyətinin aşağı düşmə səbəblərini təhlil etmək, qüsurların aradan qaldırılması üçün tədbirlər hazırlamaq;
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri: Kürdəmir rayonu.
Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İstehsalat növbə mühəndisi” göstərməyiniz xahiş olunur.
Brend Menecer
Son tarix 14 iyn 2025 Müraciət et
Müəssisə: AZ DUZ İSTEH. BIRLIYI QSC
Tələblər:
- Marketinq, Biznesin İdarə Olunması və ya əlaqəli sahə üzrə ali təhsil
- Minimum 3 illik brend və ya marketinq sahəsində təcrübə
- Brend strategiyası qurmaq və onu kommunikasiya planına çevirmək bacarığı
- Analitik düşüncə və bazar yönümlü qərarvermə qabiliyyəti
- MS Office, təqdimat və planlama alətləri ilə işləmə bacarığı
- Komanda işi və agentliklərlə koordinasiyanı peşəkar idarə edə bilmək
- Yaradıcı yanaşma, detallara diqqət və vaxtında nəticə çatdırmaq vərdişi
Vəzifə öhdəlikəri:
- Brend strategiyasının hazırlanması və həyata keçirilməsi
- Brendin bazardakı mövqeyini gücləndirəcək yaradıcı kampaniyaların planlanması və icrası
- Reklam və dizayn agentlikləri ilə effektiv əməkdaşlıq və yönləndirmə
- Satış analizləri və bazar araşdırmaları əsasında brend inkişafına dair qərarların verilməsi
- Məhsul portfelinin idarə olunması: satış performansının izlənməsi, zəif nöqtələrin təhlili və tədbirlərin planlaşdırılması
- Etiket dizaynlarının və məhsul məlumatlarının sistemlərdə yoxlanılması və uyğunluğunun təmin edilməsi
- Bazar trendlərinin təqibi və yenilikçi brend təşəbbüslərinin hazırlanması
- PR və kommunikasiya materiallarının – o cümlədən press-relizlərin hazırlanması
- Sosial media və veb səhifə fəaliyyətlərinin brend strategiyasına uyğun şəkildə idarə olunması
- Rəqib brendlərin təhlili və qiymət dəyişikliklərinin rəhbərliyə hesabat formasında təqdim edilməsi
- Brendin sərgilərdə, tədbirlərdə və digər platformalarda peşəkar şəkildə təmsil olunması
İş Yeri: Bakı şəhəri
İş Qrafiki: 5 günlük, 09:00-18:00
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına email-in mövzu hissəsində “Brend Menecer” yazaraq göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.