Azersun Holding
Sığorta üzrə mütəxəssis (Ağdam nümayəndəliyi)
Son tarix 04 may 2025 - Müraciət et
Tələblər:
- Tam orta təhsil;
- Müvafiq sahə üzrə 0-2 il iş təcrübəsi
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Təyin olunmuş satış planın reallaşdırılmasını təmin etmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək, müştərinin ziyarətinə getmək, məhsullarla bağlı ətraflı məlumat vermək, məhsulun üstünlüklərini çatdırmasını təmin etmək;
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
- Təhkim edilmiş ərazidə satış həyata keçirmək;
- Müştərilərin hansı sığorta şirkətləri ilə çalışdığını öyrənmək və bu şirkətlərdə gördükləri müsbət və mənfi cəhətləri əldə etmək;
- Sığortaların yenilənməsini həyata keçirərəkən, sığorta müqaviləsinin müddəti bitmiş müştərilərin siyahısını tutmaq və yeni təkliflər etmək;
- Sistem üzərində sığortalıları izləmək və sığorta müqaviləsinin müddəti bitməsinə az qalmış müştəriləri müəyyən edərək müqavilələrini təzələmək məqsədi ilə görüşmək;
- Uçot və nəzarət xarakterli hesabatları hazırlamaq;
- Tələblərə uyğun olaraq vaxtında lazımi sənədləri tərtib etmək, uçot aparmaq və sığorta müqavilələrinin bağlanması ilə əlaqədar sənədlərin saxlanılmasını təmin etmək;
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
İş yeri:
- Ağdam rayonu.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " Sığorta üzrə mütəxəssis (Ağdam nümayəndəliyi)" qeyd etməyiniz xahiş olunur.
Kamera və şəbəkə təminatı üzrə mütəxəssis
Son tarix 04 may 2025 Müraciət et
Tələblər:
- Ali təhsilli (İnformasiya texnologiyaları və elektronika üzrə);
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – Əla;
- LAN, VLAN haqqında anlayışı olmalı;
- Kabel növlərini (şəbəkə, kamera, səs və s.) bilməli
- Şəbəkə problemlərinin diaqnostikası və həlli
- Kamera sistemlərinin (avadanlıqlarının) qurulmasını və texniki baxış prinsipini bilməli
- Analoq və İp kameralar üzrə təcrübəsi olmalı
- Ezamiyyətə gedə bilməli.
Vəzifə öhdəlikləri:
- Şəbəkə resurslarının istifadəsinə nəzarət etmək;
- Lokal (LAN) və qlobal (WAN) şəbəkə problemlərində avadanlıqların fiziki işləkliyini təmin etmək
- NVR/DVR quraşdırmaq, sazlamaq və optimizasiya etmək
- NVR Məlumatların vaxtaşırı ehtiyatlarının və sürətlərinin yaradılmasını təmin etmək;
- Hikcentral / İVMS və digər proqramlar yüklənən istifadəçi kompüterlərinə nəzarət və çıxan problemləri həll etmək
- Bakı və rayon filiallarında kamera montaj (kabel çəkilməsi və kamera quraşdırılması) və şəbəkə montaj (rack kabin montaj, şəbəkə kabel çəkilməsi və s.) işlərini yerinə yetirmək;
- Layihə üzərində kamera, access point və digər cihazların yerinin təyin edilməsi;
- Nasazlıqlarla bağlı rəhbərliyə məlumat vermək;
- Nasazlıq olan avadanlığı testdən keçirmək;
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kamera və şəbəkə təminatı üzrə mütəxəssis (Bazarstore)” qeyd etməyiniz xahiş olunur.
İxrac üzrə mütəxəssis
Son tarix 04 may 2025 - Müraciət et
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
- Məntiqi və analitik düşünmə tərzi;
- Komandada işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
- Sürücülük vəsiqəsi.
Vəzifə öhdəlikləri:
- İxrac olunacaq yükə invoys-faktura hazırlanması, CMR-lərin yazılması, Packing List hazırlanması;
- Malların sığortalanması, ixraç olunacaq malların eksport sənədlərinin toplanması və nizamlanması, BBGİ saytında qeydiyyatdan keçirilərək kod alınması;
- ST-1 (Certificate of origin) Mənşə sertifikatının və ekspertiza aktının alınması üçün xammal bəyannamələrinin, aktların və fiziki şəxslərlə müqavilələrin hazırlanması, Baytar icazələrinin alınması üçün sənədlərin (invoys, müqavilə, ST-1,) Dövlət Baytarlıq Xidməti idarəsinə göndərilməsi;
- Müştərilərə ixrac sənədlərinin göndərilməsi, sualların cavablandırılması;
- Əlaqədar hesab fakturalarin dəmiryolu idarəsinə göndərilməsi;
- Dəmir yolu bölməsinə yükün göstəriş sxeminin verilməsi və vaqonların vaxtında təminatının təşkil edilməsi.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "İxrac üzrə mütəxəssis" qeyd etməyiniz xahiş olunur.