Azersun Holding
Keyfiyyətə nəzarət üzrə inspektor
Son tarix 28 apr 2025 - Müraciət et
Müəssisə: QIDA -AGRO MMC
Tələblər:
- Kimya, Biokimya, Fizika, Qida mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi).
 - Microsoft Office (Excel, Word) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
 
Vəzifə öhdəlikləri:
- Laboratoriyaya daxil olan nümunələr üzrə analizləri iş təlimatlarına uyğun olaraq yerinə yetirmək və nəticələri müvafiq formalar və ya kompüter proqramları vasitəsilə qeydə almaq.
 - Yerli və beynəlxalq standartlara uyğun analizlər aparmaq və alınan nəticələri müvafiq şəxslərə bildirmək.
 - Laboratoriyada istifadə edilən məhlulları və qarışıqları hazırlamaq, avadanlığı və cihazları işə hazır vəziyyətdə saxlamaq.
 - Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edərək təhlükəsiz iş mühiti yaratmaq.
 - Təlimlərdə iştirak edərək yeni bilik və bacarıqları əldə etmək, vəzifə üzrə peşəkar inkişafı təmin etmək.
 - Qrup daxilində bütün bölümlərlə sıx əməkdaşlıq edərək effektiv iş mühiti yaratmaq.
 - Keyfiyyətə nəzarət və laboratoriya nəticələrindəki uyğunsuzluqları müəyyən etdikdə müvafiq şəxslərə dərhal məlumat vermək və uyğunsuzluqları yazılı şəkildə qeyd etmək.
 - Analizləri və kalibrləmə yoxlamalarını vaxtında və düzgün yerinə yetirmək və nəticələrə əsasən qərar qəbul etmək.
 - Avadanlıq və ölçü vasitələrini düzgün istifadə etmək və saxlanmasını təmin etmək.
 - İstehsalat prosesindəki uyğunsuzluqları müəyyən etdikdə, əlaqədar rəhbərlərə məlumat verərək tədbirləri izləmək.
 - Məhsulun bütün istehsal ardıcıllığını izləmək və yaranan problemlər barədə Baş Inspektora məlumat vermək.
 - Texnoloji parametrlərdəki uyğunsuzluqlar barədə müvafiq şəxsləri məlumatlandırmaq və düzəlişlər üçün təkliflər hazırlamaq.
 - Hazır məhsulda rast gəlinən uyğunsuzluqlar barədə müvafiq şəxsləri məlumatlandırmaq və problemlərin aradan qaldırılmasını təmin etmək.
 - Məhsul və palet üzərində izlənəbilirliyi təmin etmək üçün lazım olan məlumatların düzgün və tam olmasına diqqət yetirmək.
 - Texniki təchizat və avadanlıqların nasazlıqları barədə məlumat vermək və onların aradan qaldırılması üçün tədbirləri izləmək.
 - İstehsal və anbar sahələrində təmizlik və gigiyena şərtlərinin qorunmasına nəzarət etmək, uyğunsuzluqları müvafiq şəxslərə bildirmək.
 - Məhsulun düzgün və təhlükəsiz yüklənməsi və nəqliyyat vasitələrinə yüklənmədən əvvəl yoxlanması.
 - Hər növbə sonunda lazımi hesabatları düzgün şəkildə doldurmaq, baş inspektora gündəlik fəaliyyətlər barədə məlumat vermək.
 - Xammaddə, köməkçi maddələr və son məhsulun saxlama şərtlərinə riayət etməyə nəzarət etmək, uyğunsuzluqların dərhal aradan qaldırılmasını təmin etmək.
 - Əmək mühafizəsi, sanitar-gigiyena və yanğından mühafizə qaydalarına tam əməl etmək və işçilərin təhlükəsizliyini təmin etmək.
 - Gündəlik fəaliyyətlər üzrə hesabatlar təqdim etmək və bütün sənədləşməni düzgün şəkildə arxivləşdirmək.
 
İş vaxtının norması:
- 5 günlük iş rejimi
 - İstirahət günü: Şənbə və Bazar günü
 
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə
 - Nahar xidməti şirkət tərəfindən təmin edilir
 
İş yeri:
- İmişli şəhəri
 - Qida Agro MMC
 
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Keyfiyyətə nəzarət üzrə inspektor (İmişli)" qeyd etməyiniz xahiş olunur.
Baş mühasib
Son tarix 28 apr 2025
Müəssisə: AZ SƏNAYE SIĞORTA ASC
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə və mühasibatlıq);
 - Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (sığorta sektoru üzrə 3 il);
 - Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
 - 1C, BTP, EFP Proqramlarında yüksək səviyyədə işləyə bilmək;
 - Dil bilikləri: Azərbaycan – əla; Türk, Rus və İngilis dilləri yaxşı səviyyədə bilməsi üstünlükdür;
 - Peşəkar mühasib sertifikatı;
 - Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
 - Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır).
 
Vəzifə öhdəlikləri:
- Xərclər smetasının hazırlanmasını təşkil etmək;
 - Təhtəlhesab, balans, avans hesabatının aparılmasını tərtib etmək;
 - Debitor və kreditorlarla bağlı üzləşmə aparmaq və üzləşmə aktı tərtib etmək;
 - Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmləşdirmək;
 - Fəaliyyəti ilə əlaqəli Sığorta nəzarəti orqanının və digər Dövlət orqanlarının müəyyən etdiyi hesabatları hazırlamaq və təqdim etmək;
 - Əsas vəsaitlər, qeyri-maddi aktivlər və digər aktivlər üzrə əməliyyatları aparmaq (balansa daxil etmək və ya silmək, yenidən qiymətləndirmək, inventar nömrəsi vermək və s.) və bunlar üzrə amortizasiyaları hesablamaq;
 - Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablamaq və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürmək;
 - Daxili mühasibatlıq sistemində yerli və xarici köçürmələrin icrasına nəzarət etmək;
 - Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin edilməsinə nəzarət etmək;
 - Rəhbəri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.
 
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
 - İstirahət günü: Şənbə və Bazar günü.
 
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
 - Nahar şirkət tərəfindən təmin edilir.
 
İş yeri:
- Bakı şəhəri.
 
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Baş mühasib" qeyd etməyiniz xahiş olunur.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







