Azersun Holding
İnzibati təsərrüfat işləri üzrə kiçik mütəxəssis (Kürdəmir)
Son tarix 07 okt 2023 Müraciət et
Tələblər:
- Ali təhsilli olmalı;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olmalı;
- Analiz etmə və analitik düşünmə qabiliyyəti olmalı;
- Məhsuliyyətli və diqqətli olmalı;
- MS Office (xüsusilə Excel) proqramlarını bilməli.
İş haqqında:
- Müəssisə işçilərinin təmiz yeməkxanada, təmiz qablarda, səssiz və kifayət qədər doyumlu yeməklərin təşkil olunmasını təmin etmək
- Qeyri iş günləri və iş saatından əlavə işləyənlər olduqda işçilərin yeməklə təmin olunmasını təmin etmək.
- Müəssisə ərazisində və ofis binasında maksimum təmizliyin olması üçün təmizlikçilərin mal, material və alətlərlə təmin olunmasını təşkil etmək.
- Müəssisə işçilərinin nahar fasiləsi vaxtı istirahətlərini maraqlı keçirmək məqsədilə müəssisə ərazisində bağçaların yaradılmasını təşkil etmək.
- Müəssisənin işlərininin şirkətimizdə keçirilən istirahət proqramlarına ve Respublika əhəmiyyətli tədbirlərə qatılmasını təmin etmək.
- Tabeçiliyndəki materialların zərər görməməsi üçün lazımi nəzarəti və təhlükəsizliyi təmin etmək.
- Daxili reqlamentin vəziyyətini və yenilənməsini, binanın saz vəziyyətdə olması və otaqların vəziyyətinin qənaətbəxş olması üçün lazımi nəzarəti təmin etmək.
- Ona tabe olan işçilərin nizam intizam qaydalarına, əməyin mühafizəsi və istehsal sanitar gigiyena qaydalarına riayət etməsinə nəzarət etmək.
İş Şərtləri: Həftə içi 5 gün (09:00 - 18:00)
İş Yeri: Kürdəmir şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnzibati təsərrüfat işləri üzrə kiçik mütəxəssis (Kürdəmir)” qeyd etməyiniz xahiş olunur.
Təchizat işləri üzrə mühəndis
Son tarix 07 okt 2023 Müraciət et
Tələblər:
- Memarlıq və inşaat sahəsində ali təhsilli olmalı;
- Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi olmalı;
- İnşaat norma və qaydalarını bilməli;
- MS Office proqram bilikləri yüksək səviyyədə olmalı;
- İngilis və Rus dili biliklərinin olması üstünlükdür;
- Komanda ilə işləmə bacarığı olmalıdır.
İş haqqında məlumat:
- Ölçmə işlərini dəqiq aparılması;
- İş həcmini hesablanması;
- Su təchizatı və kanalizasiya bölməsinin layihələndirilməsi;
- Daxili və xarici şəbəkələrin layihələndirilməsi;
- Nasosxanaların layihələndirilməsi;
- Yanğın əleyhinə sistemlərin layihələndirilməsi.
İş Qrafiki: Həftə içi 6 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Təchizat işləri üzrə mühəndis” qeyd etməyiniz xahiş olunur.
Keyfiyyətə nəzarət inspektoru (İmişli, Zaqatala)
Son tarix 07 okt 2023 Müraciət et
Tələblər:
- Kimya Mühəndisliyi ixtisası üzrə ali təhsili olmalı;
- Təcrübə tələb olunmur, (üstünlükdür)
- Yüksək səviyyədə nəzəri biliklər tələb olunur,
- Araşdırma və analiz etmə bacarığı olmalı;
- MS Office proqramlarını bilməli.
İş haqqında məlumat:
- Keyfiyyət standartlarına uyğun nümunələri almalı;
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
- Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemi həll etməli;
- Laboratoriyada işlənilən məhlul və qarışıqların hazırlanması;
- İstehsalat hesabatlarının hazırlanması.
İş Qrafiki: Növbəli İş Qrafiki
İş Yeri: İmişli, Zaqatala (Yaşam və Qida xərcləri şirkət tərəfindən qarşılanır)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət inspektoru (İmişli, Zaqatala)” qeyd etməyiniz xahiş olunur.
Tənəkə qablaşdırma üzrə kefiyyət və qeydiyyat mütəxəssisi
Son tarix 07 okt 2023 Müraciət et
Tələblər:
- Mühəndislik ixtisası üzrə ali təhsil
- Sahə üzrə texniki-normativ sənəd və metodikaları bilməli;
- Prosesin nəzarət və kritik nəzarət nöqtələrini, nəzarət metodlarını və proses parametrlərini təsbit etməyi bilməli;
- Sərf və proses performansını analiz edərək, yaxşılaşdırıcı, düzəldici və ya önləyici qərarlar almağı bilməli
- Analiz etmə və analitik qərar vermə qabiliyyəti olmalı
- Komanda ilə işləmək bacarığı olmalı;
İş haqqında məlumat:
- Operatorların işlərini təlimata uyğun qurub-qurmadıqlarını yoxlayır, uyğunsuzluqlar olduğu zaman xəbərdarlıqlar edir, məsuliyyətsiz davranışlar böyük miqyas aldığı zaman qarşısının alınması üçün məsələ qaldırır, qeydiyyatları aparır;
- Keyfiyyətə Nəzarət Formlarının qaydasında doldurulub - doldurulmadığını yoxlayır, uyğunsuzluqların aradan qaldırılması üçün xəbərdarlıq edir və təlimatlar verir.
- Xətt və maşınlarda istehsal tapşırıqlarının vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- Bağlı olduğu rəhbərindən qapaq-qutu, laklama-litoqrafiya istehsalatıyla bağlı lazımı təlimatları alaraq həftəlik istehsalat planına görə günlük istehsalın həyata keçirilməsi üçün operatorlara məlumat vermək və onları istiqamətləndirmək;
- Qapaq-qutu, laklama-litoqrafiya istehsalına aid lazım olan xammal və materialları əvvəlcədən təyin edib növbə mühəndislərinə məlumat vermək;
- Həftəlik istehsal planına görə planlanan qapaq-qutu, laklama-litoqrafiya istehsalını problemsiz və keyfiyyətli həyata keçirilməsinə çalışmaq;
- Keyfiyyətsiz istehsala icazə verməmək, buna səbəb olan problemləri ortadan qaldırılmasına çalışmaq və bu haqda rəhbərinə məlumat vermək;
- Məhsulun istehsal prosesində bütün analizlerin zamanında ve xətasız aparılmasından ve alacağı qararlardan sorumludur;
- İstehsal olunan məhsulun keyfiyyət göstəricilərinə uyğun istehsal edilməsinə cavabdehdir;
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Sumqayıt şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Tənəkə Qablaşdırma üzrə kefiyyət və qeydiyyat mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.