Azersun Holding
Tədarük planlama üzrə mütəxəssis
Son tarix 13 avq 2023 [email protected]
Tələblər:
- Ali təhsil (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
- Planlama üzrə minimum 1 illik təcrübəyə sahib olmalı;
- MS Excel proqramını yaxşı səviyyədə bilməli;
- Analitik düşünmə qabiliyyətinə sahib olmalıdır.
İş haqqında:
- Satış və bazar araşdırmasından gələn təxmin plan çərçivəsində həftəlik,aylıq və ya illik olmaqla istehsal planını,buna uyğun olaraq da məhsulun planlamasını hazırlamaq
- Planlanan məhsulun zamanında istehsala daxil olması üçün səy göstərmək,
- Əldə olan və yeni təmin edilən məhsulu stokda saxlayaraq doğru şəkildə paylanmasını həyata keçirtmək,
- Planlamaya daxil olan təxmini sifarişlərə görə hazırılanmış istehsal planına əsasən daxili və xarici bazardan satınalma yolu ilə alınacaq məhsulları müəyyən etmək və bağlı olduğu rəhbərə bildirmək
- İstehsal olunmuş məhsulun stokunu təqib etmək və stokda əksilən məhsulların istehsal planını vermək
- Kənardan alınan məhsulların muddətinə və istehsal həcminə görə stoku formalaşdırmaq, İstehsal proqramında olmayan, lakin təcili istehsal olunması lazım olan məhsulların istehsalını həyata keçirilməsini təmin etmək
- Xüsusi kompaniyalar zamanı istehsal olunan məhsulların siyahısını hazırlayıb bağlı olduğu rəhbərinə təqdim etmək.
İş şərtləri: Həftə içi 5 gün
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "Tədarük planlama üzrə mütəxəssis" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Elektronika üzrə kiçik mütəxəssis (AL Market)
Son tarix 12 avq 2023 [email protected]
Tələblər:
- Ali Təhsil;
- Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi;
- IT avadanlıqlarını yaxşı tanımalı;
- Kamera sistemləri ilə işləmə bacarığı;
- IT avadanlıqlarının quraşdırılmasını bilməli;
- İşində dəqiq və məsuliyyətli olmalı;
- Komanda da işləmə bacarığı.
İş haqqında:
- Şirkət istifadəçilərinin şəbəkə xətti ilə təmin edilməsi, şirkət kameralarının işlək olmasına nəzarət etmək;
- Remote(uzaqdan) bütün mağaza və anbarlarda kamera sisteminin işləməsinə problemlərin aradan qaldırılmasına və bərpa işlərinin görülməsinə nəzarət etmək;
- Anbarlarda kamera projesinin hazırlanmasında və icrasında kamera və şəbəkə sistemlərinin qurulmasında şəxsən iştirak etmək;
- Sistemli və fiziki qoşulmaları yerinə yetirmək;
- Yerində arxivləmə sisteminin həyata keçirilməsinə nəzarət etmək;
- Bütün mağaza və anbarlarda şəbəkə sisteminin fiziki çalışmasını nəzarətdə saxlamaq.
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00-18:00
İş yeri:
- Bakı
- Sumqayıt
- Qaradağ
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi elektron poçt ünvanına emaili-in mövzu yerinə "Elektronika üzrə kiçik mütəxəssis (AL Market)" yazaraq göndərə bilər və ya "Müraciət et" butonuna basaraq qeydiyyatdan keçib müraciət edə bilərsiniz.
Müsahibəçi (intervyuer)
Son tarix 10 avq 2023 [email protected]
İş haqqında məlumat:
- Müxtəlif layihələr çərçivəsində fərqli mövzularda fərdi yaşayış və qeyri-yaşayış ünvanlarında şəxslərdən üz-üzə müsahibə götürmək (planşet vasitəsilə).
- Mağzalarda və AVM-lərdə müxtəlif qida məhsullarının istehlakçılara daddırılmasını həyata keçirmək.
- Mağazalarda monitorinqlərin aparılması.
- İş yeri: Səyyar (şəhərin müxtəlif əraziləri)
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-17:00
- İstirahət günü: Şənbə və Bazar günü.
- Əmək haqqı: 600AZN+bonus
Tələblər:
- Natamam ali təhsil
- 19-50yaş
- Könüllülük təcrübəsi olması üstünlükdür.
- Jurnalistika və ya Marketinq sahəsində iş təcrübəsinin olması üstünlükdür.
- Azərbaycan dilində sərbəst danışıq və fikrini aydın izah etmə bacarığı olmalı;
- Səbrli və nəzakətli olmalı;
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı olmalı;
- Komanda ilə çalışmağı bacarmalı;
- Universiteti yeni bitirmiş məzunlar da müraciət edə bilər.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Müsahibəçi (intervyuer)” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Avtomatika üzrə mütəxəssis
Son tarix 06 avq 2023 [email protected]
Tələblər:
- Ali təhsilli olmalı;
- Proqramlana bilən məntiqi nəzarət (PLC) proqram təminatının əsaslarını (STL, LAD, FBD, SCL) bilməli;
- PLC konfiqurasiyası, quruluşu, optimizasiyası və təmirinin əsaslarını bilməli;
- SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) proqramlarının tətbiqi və proqramlaşdırılmasının əsas prinsiplərini bilməli;
- PLC ilə təchiz olunmuş proseslərin, xətlərin və makinaların texnoloji ve elektrik sxemlərini oxuya bilməli;
- Kommunikatordan istifadə biliyinə sahib olmalı, PID nəzarət və təzyiq, səviyyə, temperatur və axış proses ölçmə prinsiplərini bilməli;
- Çoxfunksiyalı mikrokontrollerlərin (sahə tipli) istifadə sahələri və nəzarət sistemlərində tətbiqini bilməli, ölçmə və kalibrasiya cihazlarından istifadə qaydalarını bilməli;
- Mühərrik sürücülərinin, asinxron mühərrik sürətinin tənzimlənməsindəki rolunu, mühərriklərin gücünə görə sürücü seçilməsini, ilkin işə alınması zamanı iş parametrlərinin girilməsini bilməli;
- PLC mikrokontroller ve elektron blokların yüksək yüklənmə və gərginlikdən qorunma sxemlərini bilməlidir.
İş haqqında məlumat:
- Alət və nəzarət sistemini funksional olaraq yoxlamaq (xəbərdarlıq sistemlərinin, kilidlərin və fərdi nəzarət geri bəsləmə sistemlərinin yoxlanılması daxil olmaqla);
- PLC ilə PC arasında əlaqəni yaratmaq;
- PLC programlarında lazımi dəyişiklikləri etmək;
- HMI cihaz və proqramları texnoloji proseslərə görə tənzimləmək və lazımi dəyişiklikləri etmək;
- Texnoloji proseslərin fasiləsiz işinin təmin olunması üçün avtomatik idarəetmə və ölçmə cihazlarının ehtiyat hissələrinin sifarişini açmaq;
- Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmir edib yenidən işə salınmasını təmin etmək;
- Bütün tip kontrollerlərin yoxlanılması üçün test ləvazimatını hazırlamaq;
- Çoxfunksiyalı ölçmə cihazlarının kalibrasiyası və parametrlərin daxil edilməsi ilə məşğul olmaq;
- Yeni xətlərin, təchizatların və cihazların ilkin testi və istehsalatda işə alınması ilə məşğul olmaq;
- Avtomatika sistemi elementlərinin istismarı və təmiri üçün istismar təlimatı tərtib etmək;
- Prosesə nəzarət parametrlərinin kompüter sisteminə keçirmək;
- Prosesin kritik nöqtələrindəki axış, səviyyə, temperatur, təzyiq transmitterləri ilə transdüserlərin lazımi konfiqurasiyası və işə alınması ilə məşğul olmaq;
- Texniki sənədləri və elektrik sxemlərini hazırlamaq.
İş qrafiki: Növbəli
İş yeri: Abşeron rayonu, Masazır qəsəbəsi
Qeyd: Bakı və Sumqayıt şəhərlərindən nəqliyyat servisi təşkil olunur.
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına email-in mövzu hissəsində "Avtomatika üzrə mütəxəssis" yazaraq göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.