Sistemlərə dəstək üzrə aparıcı mütəxəss
Namizədə aid tələblər:
- Kompüter mühəndisliyi, proqramlaşdırma, riyaziyyat və ya buna bənzər sahələrdə ali təhsilli olmalı;
- Microsoft Office proqramlarını bilməli;
- Sistem inkişafı və Bank işi üzrə ən azı 1 il iş təcrübəsi olması üstünlükdür;
- İngilis dili biliyi olması üstünlükdür;
- Yaxşı səviyyədə SQL Server, Oracle və web-servislərlə işləmə təcrübəsi olmalı;
İş haqqında məlumat:
- Şirkətin iş prinsipini və prosesləri analiz etmək ;
- Yazılması lazım olan proqramları analiz etmək;
- Yeni yazılmış proqramların digər mövcud proqramlarla inteqrasiyasını planlamaq;
- Sistem inkişaf üzrə ilkin testlərini və istifadəçi tədrislərini həyata keçirmək;
İş yeri: Azərbaycan Sənaye Bankı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına başlıq hissəsində `` Sistemlərə dəstək üzrə aparıcı mütəxəss`` yazaraq göndərə bilərlər.
Əməliyyatçı-xəzinədar
Namizədə aid tələblər:
• Ali təhsilli (iqtisadi, texniki və ya hüquqi) olmalı;
• Rus dilini yaxşı səviyyədə bilməli (ingilis dili biliyi üstünlükdür) ;
• Microsoft Office proqramlarını bilməli;
• Qrup şəklində və müştərilərlə işləmək qabiliyyəti olmalı;
• Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
• Yerli və xarici valyutanın saxtalığını müəyyənetmə bacarığı olmalı;
• Analitik problem həlletmə bacarığı olmalı.
İş haqqında məlumat:
• ATM (Exchange və sairə) terminalların inkassasiyasını həyata keçirmək, aktlaşdırmaq, terminal yerləşdirilmiş və çıxarılmış nağd pul vəsaitlərini müvafiq balans hesabları ilə müqayisə etmək, doğru və düzgün müxabirləşmələri sistemə daxil etmək;
• Beynəlxalq və ölkədaxili pul köçürmələri sistemləri üzrə əməliyyatları həyata keçirmək;
• Əməliyyat gününün sonunda özü tərəfindən icra edilmiş bütün əməliyyatları yoxlamaq;
• Filialın kassasına daxil olan(inkassasiya və sairə) və göndərilən iri məbləğli nağd pulların sayılması, çeşidlənməsi və sairə işlərdə digər əmədaşlara dəstək vermək;
• Göstərilmiş xidmətlərə görə faizləri və komissiyaları təyinatı üzrə tutmaq (sistemdə onaylamaq və ya giriş etmək);
• Hesablararası bank daxili köçürmələri bank proqramında yığmaq, sənədlərdə icra haqqında öz qeydlərini aparmaq, imzalamaq və ştampla təsdiq etmək;
• Müştərilərin bank hesabları üzrə(hesab olmadan aparılan əməliyyatlar daxil) nağd və qeyri-nağd mədaxil və məxaric əməliyyatlarını aparmaq;
• Kommunal ödəniş sistemləri vasitəsi ilə müştərilərin su, qaz, işıq, telefon, cərimə, rüsum və s. ödənişlərini qəbul etmək və ya müştəri hesabından ödəmək
• Müştərilərə bank məhsulu və xidmətləri haqqında məlumat vermək, çarpaz satış etmək və müştəri məmnuniyyətini ön planda tutacaq şəkildə aparmaq, müştəri şikayətinin zamanında həll edilməsi üçün lazımi tədbirlər görmək.
İş yeri: Azərbaycan Sənaye Bankı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına ``Əməliyyatçı-xəzinədar `` başlığı ilə göndərə bilərlər.
Baş Mühasib (Bölgə)
Namizədə aid tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
- Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli.
İş haqqında məlumat:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına başlıq hissəsində ``Baş Mühasib (Bölgə)`` qeyd edərək göndərə bilərlər.
Brend Menecer (Qəhvə Kateqoriyası)
Tələblər:
• Marketinq sahəsi üzrə ali təhsilli olmalı;
• Müvafiq sahədə ən az 5-7 illik iş təcrübəsi olmalı;
• Rus və İngilis dillərini yüksək səviyyədə bilməli;
• MS office proqramlarını bilməli;
• Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür;
• Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analizetmə, daxili bazara təsir edə biləcək təhlilləri verəbilmə bacarığına sahib olmalı;
• İçki kateqoriyası (xüsusilə qəhvə) üzrə təcrübəsi olan namizədlərə üstünlükdür veriləcəkdir.
İş haqqında:
• İllik satış və marketing büdcələrinin hazırlanmasında iştirak edir;
• Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra edir;
• Hədəf qrupunun (target group) xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinfinin yaradılması istiqamətində təkliflər hazırlayır;
• Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır;
• Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini verir;
• Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirir;
• Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə aparılmasına nəzarət edir;
• Reklam (TV, açıq hava, radio, mətbuat) briflərini, POP materiallarını, satış promo materialların ilkin variantlarını hazırlayır və işin gedişatına nəzarət edir
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına ``Brend Menecer (Qəhvə) `` başlığı ilə göndərə bilərlər.