AZƏRSUN HOLDİNQ
Sistem Administratoru
Namizədə aid tələblər:
• Ali təhsilli (Komputer elmləri, Komputer mühəndisliyi, İnformasiya texnologiyaları, sistemləri və şəbəkələri, Tətbiqi riyaziyyat, Elektronika, Telekommunikasiya və digər mühəndis ixtisasları üzrə) olmalı;
• Microsoft üzrə MCSA, MCP, MCSE sertifikatlarına malik olması arzuolunandır;
• Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi olmalı;
• Windows serverləri mükəmməl bilməli (2008, 2012, 2016, 2019 və s.);
• Active Directory, DNS, DHCP, RDS üzrə biliklər sahib olmalı;
• Təhlükəsizlik sistemlərini bilməli (Palo Alto, Eset DLP);
• Virtuallaşma sistemlərini bilməli ( hyper-V, vmware ve s.);
• Exchange serverləri;
• BackUP sistemləri (Rezervasiya);
• Sql və Mysql haqqda nəzəri bilikləri olmalı;
• OpenVPN. (Spark);
• Cisco, HP, Dell ile işləməyi bilməli;
• TCP/IP, VPN, Routing, Forwarding;
• Təhlükəsizlik sistemləri barədə ümumi məlumatı olmalı (Palo Alto, Checkpoint və s.);
• Virtuallaşdırma sistemləri barədə bilikləri olmalı ( hyper-V, vmware, nutanix və s.);
• Switchlər üzrə ümumi bilikləri olmalı;
• MS System Center (SCCM, SCOM) üzrə bilikləri olmalı;
• Linux/Unix üzrə bilikləri olmalı;
• BackUP sistemləri ilə işləmə bacarığı olmalı (Rezervasiya);
• Fiziki serverlərlə işləmə bacarığı olmalı;
• Yaddaş qurğuları ilə işləmək bacarığı olmalı;
• Monitoring sistemləri ilə işləmə bacarığı olmalıdır və dolğun çatdırmaq qabiliyyətinə malik olmalı.
İş haqqında məlumat:
• Windows 2012/2016 bazasında terminal serverlərin sazlanması və dəstəklənməsi;
• MS Exchange server 2013/2016 (Installing, Configuring, Toubleshooting) ilə bağlı işlərin görülməsi;
• Active directory (Install, Configure and Administrate) ilə bağlı işlərin görülməsi;
• Corporate Antivirus (Cofiguring, Administration) ilə bağlı işlərin görülməsi;
• VNWare (Installing, Configuring, Troubleshooting) ilə bağlı işlərin görülməsi;
• Serverlərdə və çixan problemləri diaqnostika edilməsi və vaxtında aradan qaldırması;
• Mövcud sistemlərin serverlərin işinə, serverlərin dayanıqlığına, ehtiyyat backupların alınmasına nəzarət edilməsi;
• Ehtiyat surətlərin çıxarılması və bərpası;
• Yeni texnologiyaların öyrənilməsi və tətbiqi üçün işlərin görülməsi;
• PowerShell və ya digər vasitələrdən istifadə etməklə proseslərin avtomatlaşdırılması;
• Windows və Linux əməliyyat sistemlərinin idarə edilməsi;
• SAN/NAS saxlama sistəmlərin idarə edilməsi;
• Server və yaddaş qurğularında qarşıya çıxan problemlərin həll edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına ``Sistem Administratoru `` başlığı ilə göndərə bilərlər.
AZƏRSUN HOLDİNQ
Baş elektrik (Biləsuvar)
Namizədə aid tələblər:
- Müəssisədəki avadanlıq,dəzgah və təchizatların təlimata uyğun şəkildə işlədilməsini təmin etmək və onlara nəzarət etmək,
- Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək,
- Müəssisədə çalışan elektrikçilərin gördüyü işlərə nəzarət etmək,
- Müəssisədəki elektrik su nasosxanalarına periodik olaraq nəzarət etmək,
- Keyfiyyət və təhlükəsizliyə zəmanət tədbirlərinin həyata keçirmək,
- Yüksək gərginlikdə işləmə bacarığı,
- İş yeri bölgələrdə olacaqdır.
İş haqqında məlumat:
- Elektrik sahəsində orta ixtisas və ya ali təhsilli olması;
- MS Office və Unity proqramlarını bilməsi;
- Elektrik sahəsində minimum 5 il təcrübə olması;
- Yüksək gərginliyə (1000v və üzəri) müdaxilə etmə icazəsi olması.
- Diqqətli və məsuliyyətli olması.
- Digər bölgələrdən işə götürülən işçilər şirkətin qonaq otağında qalmağa yerlə və gündə 3 dəfə qidalanma ilə təmin ediləcəkdir.
İş qrafiki:
İş qrafiki növbəlidir, həftədə bir gün istirahət.
İş yeri: Biləsuvar ray.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (“Baş elektrik(Biləsuvar) ” başlığı ilə) göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.
Help Desk üzrə mütəxəssis
Tələblər:
- Ali təhsilli olmalı;
- Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli;
- Server əməliyyat sistemlərindən anlayışı olmalı;
- MS SQL serverdən istifadə etməyi bacarmalı;
- Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli;
- Kompüterin əlavə hissələrinin və qurğularının quraşdırılmasını bilməli (printer, skaner və s.);
- Kompüterlərin xırda təmirini bacarmalı (HDD, Ram və s kimi hissələrin dəyişdirilməsi);
- Viruslardan təmizləməyi bilməli və onların yaratdığı fəsadları aradan qaldırmağı bacarmalı;
- İnsanlarla qarşılıqlı ünsiyyət qurmağı və öz fikrini sərbəst ifadə etməyi bacarmalı;
- Android, Windows mobile və İOS əməliyyat sistemlərini bilməli;
- İAMAS sistemindən anlayışlı olmalı
Vəzifələr :
- Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi;
- Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesinin həyata keçirilməsi;
- İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi;
- Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması;
- Kompüter, proqram təminatı ilə bağlı məsələlər üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi;
- PC, notebook, Mic Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi;
- Şirkətdaxili proqramların inteqrasiyasına nəzarət etməli və həyata keçirməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına ``Help Desk`` başlığı ilə göndərə bilərlər.
Marketinq meneceri
Namizədə aid tələblər:
• Ali təhsilli (Marketinq sahəsində) olmalı;
• Müvafiq sahədə ən azı 5 il iş təcrübə;
• Dil bilikləri: İngilis, rus;
• MC Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
• Məsuliyyətli və güclü analitik, idarəetmə qabiliyyətli.
İş haqqında məlumat:
• Məhsul idarəsində olan məhsul/markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, məhsul/markaların ideya mərhələsində istehlakçılara çatdırmaq və hətta istehlakçılardan gələcək geri dönüşlərini dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq;
• Istehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini hazırlamaq, keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
• Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək;
• Şirkətin ixrac etdiyi markaların vəziyyətini görə bilmək, ixrac edilən ölkədəki trendləri, dinamikanı izləmək üçün mütəmadi qeyd edilən ölkələri ziyarət etmək;
• Məhsulun qablaşdırması, reklam, çap materiallarının məhsul və marka bütünlüyünə uyğun olmasını təmin etmək;
• Marka/məhsul performansını müşahidə edərək təhlil etmək;
• Məhsul və marka ilə əlaqədar Şirkətin illik kommunikasiya, reklam, media, PR hədəf və strategiyalarının müəyyənləşdirilməsi üçün rəhbərliyə təkliflər vermək;
• Reklam (TV, Açıq hava, Radio, mətbuat) briflərini, POP materiallarını hazırlamaq və işin gedişatına nəzarət etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına ``Marketinq meneceri`` başlığı ilə göndərə bilərlər.