Azersun Holding
Ərazi işçilərinə nəzarətçi
Son tarix 07 okt 2026 - [email protected]
Müəssisə: Balıqlı Göl Ailəvi İstirahət Mərkəzi
Vəzifəyə tələblər:
- Tikinti, təmir, abadlıq və ya təsərrüfat sahəsində iş təcrübəsi.
- Yaşıllaşdırma və əraziyə qulluq işləri barədə praktiki anlayış.
- Ərazi işçilərinin idarə edilməsi və iş bölgüsünün aparılması üzrə bacarıq.
- Cari tikinti və təmir işlərinin gedişatını və keyfiyyətini qiymətləndirə bilmək.
- Ağac, kol, qazon və dekorativ bitkilərə qulluq prinsipləri barədə ümumi biliklər.
- Suvarma sistemləri və yaşıllıqların suvarılması ilə bağlı anlayış.
- Təsərrüfat inventarları, əl alətləri və müxtəlif avadanlıqlardan istifadə barədə anlayış.
- Komanda idarəetmə və koordinasiya bacarığı.
- Məsuliyyətli, intizamlı və operativ olmaq.
- Problemləri vaxtında müəyyən etmək və operativ həll etmək bacarığı.
- Qonaqlarla işləyən istirahət mərkəzində xidmət və davranış qaydalarına riayət etmək.
Vəzifə öhdəlikləri:
- İstirahət mərkəzinin ərazisində çalışan işçilərin gündəlik fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və onların fəaliyyətinə nəzarət etmək.
- Ərazi üzrə görüləcək işlərin gündəlik və həftəlik planını hazırlamaq və icrasını təmin etmək.
- Ərazinin təmizliyi, səliqəsi, abadlığı və ümumi vəziyyətinə gündəlik nəzarət etmək.
- Yaşıllıq sahələrinin, ağacların, kolların, gül sahələrinin və digər dekorativ bitkilərin qulluq və baxım işlərinin təşkilinə nəzarət etmək.
- Ağac və kolların budanması, əkin, köçürülmə, suvarma, gübrələmə və digər yaşıllaşdırma işlərinin düzgün aparılmasına nəzarət etmək.
- Qazon və digər yaşıllıq sahələrinin mütəmadi biçilməsi və baxımının təşkilini təmin etmək.
- Suvarma sistemlərinin işlək vəziyyətdə saxlanılmasına, yaranmış nasazlıqların vaxtında müəyyən edilərək aradan qaldırılmasına nəzarət etmək.
- Ərazidə aparılan cari təmir və tikinti işlərinin gedişinə nəzarət etmək.
- Bina, qurğu, yol, bordür, hasar, dam örtüyü, fasad, döşəmə və digər ərazi elementləri üzrə təmir ehtiyaclarını müəyyən etmək və rəhbərliyə məlumat vermək.
- Təmir və tikinti işlərinin müəyyən edilmiş keyfiyyət və texniki tələblərə uyğun aparılmasına nəzarət etmək.
- Podratçı və xidmət göstərən şirkətlərin ərazidə həyata keçirdiyi işlərin icrasını nəzarətdə saxlamaq.
- İşlərin vaxtında və keyfiyyətlə tamamlanması üçün aidiyyəti şəxslərlə koordinasiyanı təmin etmək.
- Ərazidə istifadə olunan alət, avadanlıq və texniki vasitələrin düzgün istifadəsinə və qorunmasına nəzarət etmək.
- Ərazi işçilərinin işə davamiyyəti, intizamı, iş geyimi və əmək qaydalarına riayət etməsinə nəzarət etmək.
- İşçilərin bacarıq və imkanlarına uyğun olaraq tapşırıqları bölüşdürmək və görülən işlərin nəticələrini yoxlamaq.
- İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etməsini təmin etmək.
- Ərazidə mövcud olan problemləri operativ şəkildə müəyyən etmək və aradan qaldırılması üçün tədbirlər görmək.
- İstirahət mərkəzinin qonaqları üçün təhlükə yarada biləcək ərazi, tikinti, təmir və ya yaşıllıqla bağlı riskləri vaxtında müəyyən etmək və rəhbərliyə məlumat vermək.
- Ərazidə işlərin aparılması zamanı qonaqların təhlükəsizliyinin və rahatlığının təmin edilməsinə diqqət yetirmək.
- İstifadəyə yararsız, zədələnmiş və ya təmirə ehtiyacı olan ərazi elementlərini müəyyən etmək və onların bərpası ilə bağlı təkliflər vermək.
- Yaşıllıq və təsərrüfat işləri üçün tələb olunan material, inventar, alət və digər vasitələrə olan ehtiyacı müəyyən etmək.
- Ərazidə aparılan işlərlə bağlı gündəlik görülən işlər barədə məlumat və hesabatların hazırlanmasını təmin etmək.
- Rəhbərliyin tapşırığı əsasında ərazinin abadlaşdırılması və inkişafı ilə bağlı layihə və təkliflərin hazırlanmasında iştirak etmək.
- İstirahət mərkəzinin ərazisinin mövcud standartlara uyğun saxlanılması və daim təkmilləşdirilməsi üçün təkliflər vermək.
- Vəzifəsi ilə bağlı rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
İş vaxtının norması:
- Növbəli iş rejimi.
- Həftəlik istirahət günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: Bakı şəhəri. Balıqlı Göl Ailəvi İstirahət Mərkəzi, Qala yolu.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Ərazi içilərinə nəzarətçi” qeyd etməyiniz xahiş olunur.
Baş Ofisiant
Son tarix 07 okt 2026 - [email protected]
Müəssisə: Balıqlı Göl Ailəvi İstirahət Mərkəzi
Vəzifəyə tələblər:
- Orta ixtisas və ya ali təhsil arzuolunandır.
- Restoran, hotel və ya ictimai iaşə sahəsində iş təcrübəsi.
- Xüsusilə rəhbər və ya böyük ofisiant vəzifəsində təcrübənin olması üstünlükdür.
- Müştəri xidməti və xidmət standartları üzrə biliklər.
- Komanda idarəetmə və iş bölgüsü aparmaq bacarığı.
- Güclü ünsiyyət və təşkilatçılıq bacarığı.
- Stressli vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığı.
- Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı.
- Xarici görünüş və şəxsi gigiyena qaydalarına diqqət yetirmək.
- Məsuliyyətli, intizamlı və operativ olmaq.
Vəzifə öhdəlikləri:
- Ofisiantların gündəlik iş bölgüsünü həyata keçirmək və işçilərin fəaliyyətini koordinasiya etmək.
- Müştərilərin qarşılanması, yerləşdirilməsi və yüksək səviyyədə xidmət göstərilməsinə nəzarət etmək.
- Ofisiantların xidmət standartlarına uyğun fəaliyyət göstərməsini təmin etmək.
- Restoran zalının işə başlamazdan əvvəl hazırlanmasına, masa və digər xidmət sahələrinin səliqəli vəziyyətdə olmasına nəzarət etmək.
- Menyunun, süfrə ləvazimatlarının və digər xidmət vasitələrinin hazır vəziyyətdə olmasını təmin etmək.
- Müştərilərin sifarişlərinin düzgün qəbul edilməsinə və vaxtında təqdim olunmasına nəzarət etmək.
- Sifarişlərin mətbəxə və digər aidiyyəti bölmələrə düzgün çatdırılmasını koordinasiya etmək.
- Müştərilərdən daxil olan irad və təklifləri qəbul etmək, onların operativ şəkildə həll edilməsini təmin etmək.
- Xidmət zamanı yaranan problemləri müəyyən etmək və rəhbərliyə məlumat vermək.
- Yeni işə başlayan ofisiantların iş prosesinə uyğunlaşmasına və xidmət standartlarını mənimsəməsinə dəstək olmaq.
- Müştərilərə təqdim olunan məhsul və xidmətlər barədə ofisiantların düzgün məlumatlandırılmasını təmin etmək.
- Hesabların müştərilərə düzgün təqdim edilməsinə və ödəniş prosesinin müəyyən edilmiş qaydalara uyğun aparılmasına nəzarət etmək.
- Müəssisənin xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı rəhbərliyə təkliflər vermək.
İş vaxtının norması:
- Növbəli iş rejimi.
- Həftəlik istirahət günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: Bakı şəhəri. Balıqlı Göl Ailəvi İstirahət Mərkəzi, Qala yolu.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş ofisiant” qeyd etməyiniz xahiş olunur.













