Azersun Holding
Satış və kredit bölməsində aparıcı mütəxəssis
Son tarix 04 avq 2023 - [email protected]
Tələblər:
- Ali iqtisadi və ya biznes təhsili;
- Bank sektorunda bu sahə üzrə minimum 5 il iş təcrübəsi;
- İngilis və Rus dillərini bilməsi üstünlükdür;
- Bank üzrə mövcud qanunvericiliyi bilmək;
- Analiz etmə qabiliyyəti olmalı;
- İnsanlarla düzgün ünsiyyət qurmaq, işində dəqiqlik və məsuliyyətlilik, riyazi bilik və analitik düşünmək, problemləri həll edə bilmək qabiliyyətləri olmalı.
İş haqqında məlumat:
- Müraciət etmiş müştərilərə kredit məhsulları barədə məlumat vermək;
- Müştərilərə bank məhsullarını təqdim etmək və çarpaz satışları aparmaq;
- Daxil olmuş müraciət əsasında müştərinin biznesinin təhlilinin aparılması;
- Müştərilərin ödəmə qabiliyyətini təhlil etmək;
- Kredit üzrə müvafiq sənədləşməni həyata keçirtmək;
- İpoteka və biznes kreditləşməsi üzrə sənədləşdirməni həyata keçirtmək;
- Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək,hesabat hazırlamaq;
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.comünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində: “Satış və kredit bölməsində aparıcı mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Maliyyə Direktorunun Assistenti
Son tarix 04 avq 2023 [email protected]
Tələblər:
- Maliyyə anlayışları, terminologiyası və sistemləri haqqında anlayışı olmalı;
- Maliyyə layihələrinin planlaşdırılması, monitorinqi və koordinasiyasına dəstək ola bilmək üçün layihə idarəetmə alətləri və proqram təminatından istifadə bacarığı olmalı;
- Daxili əmək intizamı qaydalarını bilməli;
- Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli;
İş haqqında məlumat:
- Iclasların və görüşlərin təşkil olunması;
- Rəhbər işçilər üçün səfərlərin təşkili olunması;
- Görüşlər və iclaslar zamanı lazımi qeydlərin aparılması;
- Poçt, faks və nüsxələrin rəhbərliyə yönləndirilməsi daxil olmaqla ümumi ofis dəstəyini təmin edilməsi;
- Rəhbər adından telefon zənglərinə cavab verilməsi;
- Əlaqə məlumatlarının qeydlərinin aparılması;
- Müntəzəm olaraq dərc edilməsi planlaşdırılan hesabatların hazırlanması;
- Ofis sənədlərini, o cümlədən yazışmaları, hesabatları, qaralamaları, qeydləri və e-poçtların hazırlanıb müvafiq rəhbərə təqdim edilməsi;
- Sənədləşdirmə sisteminin işlənib hazırlanması və saxlanması;
- Ofis ziyarətçilərinə bələdçilik edilməsi;
- Ofis ləvazimatlarının tədarükünün təmin edilməsi;
- Təlim seminarlarında iştirak etməklə peşəkar və texniki biliklərin saxlanılması;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “ Maliyyə Direktorun Assistenti” qeyd etməyiniz xahiş olunur.
Hüquqşünas
Son tarix 04 avq 2023 [email protected]
Tələblər:
- Ali hüquqi təhsil olmalı;
- İngilis və rus dillərini bilməsi üstünlükdür;
- Microsoft Office proqramları bilməli;
- Hüquq sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
- Qrup şəklində işləmək qabiliyyəti, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
İş haqqında məlumat:
- Qanunvericiliyin tələblərinə uyğun olaraq problemli kreditlərin qaytarılması istiqamətində lazımi bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəmə, icra, hərrac, mühafizə orqanları və s.;
- Problemli kreditlər üzrə görülən işlərin, aparılan əməliyyatların və onların nəticələri barədə vaxtaşırı hesabatlar tərtib etmək və birbaşa rəhbətinə təqdim etməli;
- Qarşısında qoyulan yığım və digər hədəflərin icra edilməsini təmin etməli;
- Banka qarşı qaldırılmış iddialar çərçivəsində bankın maraqlarını müdafiə etməli;
- Daxil olan məktubların, sorğuların və s. vaxtında cavablandırılmasını təmin etməli;
- Daxili qaydaların yazılmasında, proseslərin yaradılmasında iştirak etməli, təklif verməli və s.
- Sənədlərin hüquqi ekspertizasını həyata keçirərək uyğunluğu barədə rəy verməli;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “ Hüquq və Problemli Kreditlərin Təqibi Şöbəsi/Hüquqşünas” qeyd etməyiniz xahiş olunur.
Biznes proseslərinin inkişafı departamentdə mütəxəssis
Son tarix 04 avq 2023 [email protected]
Tələblər:
- Sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamlarını bilməli;
- Respublikanın və xarici ölkələrin aidiyyəti sahə üzrə qabaqcıl təcrübəsini olmalı;
- İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli;
- Daxili əmək intizamı qaydalarını bilməli;
- Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli;
İş haqqında məlumat:
- Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi və sorğu əsasında hesabatın təqdim edilməsi
- “Mövcud Proses” və “Gələcək Proses” modellərin tərtibi rəhbərə təqdim edilməsi;
- Əldə edilmiş nəticələrin müvafiq forma üzrə vizuallaşdırılması ;
- Texniki tapşırıqların hazırlanması və rəhbərin təsdiq ;
- Yazılan texniki tapşırıqların analiz qrupu ilə bərabər çalışılması ;
- Öhdəliyində olan layihələrin təqib edilməsi və izlənilməsi ;
- Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi ;
- Layihələr çərçivəsində istifadəçilərə təlimlərin verilməsi
- Lazım gəldikdə komanda daxilində bitən işlərin canlıya alınması , tətbiqi əsnasında dəstək olması;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Biznes proseslərinin inkişafı departamentdə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
İnsan resursları üzrə kiçik auditor
Son tarix 04 avq 2023 [email protected]
Tələblər:
- Ali təhsilli olmalı;
- Auditin əsas prinsipləri bilməli;
- Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- Vergi, Əmək, Miqrasiya, İnzibati Xətalar Məcəllələrinin əsas anlayışları olmalı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti olmalı;
İş haqqında məlumat:
- Təsərrüfat subyektinin bütün fəaliyyətinin, o cümlədən kassa, mühasibat-maliyyə uçotu, vergi uçotu, alış, satış, istehsal, əsas vəsaitlər, mal-material ehtiyatları, anbar, insan resursları, inzibati fəaliyyətinin normativ-hüquqi aktlara və təsdiq edilmiş daxili prosedurlara, qaydalara, əsasnamalərə uyğunluğunu yoxlaması;
- Daxili audit fəaliyyətləri ilə bağlı işçi sənədlərin hazırlanması, keyfiyyətin təmin edilməsi, arxivləşdirmə və sənədləşmə proseslərinin aparılması;
- Auditin nəticələri barədə rəhbərliyə hesabat vermək və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələr təqdim olunması;
- Risk əsaslı yanaşma ilə təminat və məsləhət xidmətlərinin göstərilməsi və nəticələrinin hesabat olaraq təqdim edilməsi;
- Müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət olunması;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “ İnsan resursları üzrə kiçik auditor” qeyd etməyiniz xahiş olunur.
Tələb planlama üzrə mütəxəssis
Son tarix 03 avq 2023 [email protected]
Tələblər:
- Ali təhsil (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
- Planlama üzrə minimum 1 illik təcrübəyə sahib olmalı;
- MS Excel proqramını yaxşı səviyyədə bilməli;
- Analitik düşünmə qabiliyyətinə sahib olmalıdır.
İş haqqında:
- Şirkətin illik tələbləri üzrə planlaşdırılma aparılması üçün ilkin məlumat bazasını hazırlamalı;
- Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırmanı həyata keçirtməli;
- Planlaşdırmanın nəticələrini struktur vahidlərinin nəzərinə çatdırmalı;
- Tələb planının müvafiq bölmələrinə bazar konyukturu, rəqabət və s. nüanslara görə edilmiş dəyişiklikləri vaxtında icra etməli;
- Öz səlahiyyətləri çərçivəsində firma və təşkilatlarla əməkdaşlığı təşkil etməli;
- Şirkətin maraq dairəsində olan firma və təşkilatlar haqqında araşdırma edərək və təhlillər aparmalı;
- Məhsul sifarişi siyahısının hazırlanmasını təmin etməli;
- Satış proqnozlarını hazırlayaraq günlük satış reallaşmasını nəzarətdə saxlamalı;
- Satış, marketinq və tələb planlama arasında məlumat mübadiləsi prosesini təşkil etməli;
- Bağlı olduğu rəhbərinə günlük, həftəlik, aylıq, rüblük və illik hesabatlar hazırlayıb, təqdim etməlidir.
İş şərtləri: Həftə içi 5 gün
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "Tələb planlama üzrə mütəxəssis" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.