Azersun Holding
Baş Mühasib (Kürdəmir)
Son tarix 02 iyl 2023 - [email protected]
Tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Baş mühasib kimi ən azı 2-3 il iş təcrübəsi;
- Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
İş haqqında:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00-18:00
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
Ünvan: Kürdəmir şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Baş mühasib (Kürdəmir)” və işləmək istədiyiniz bölgənin adını qeyd etməyiniz xahiş olunur
Aparıcı auditor
Son tarix 02 iyl 2023 - [email protected]
Tələblər:
- Ali təhsilli olmalıdır (Mühasibat uçotu və audit, idarəetmə, maliyyə, sənayenin təşkili və idarə olunması, iqtisadiyyat, biznesin idarə edilməsi, statistika, beynəlxalq münasibətlər sahəsində)
- Mühasibat, maliyyə, insan resursları və ya audit sahəsində ən azı 4 il iş təcrübəsi olmalıdır;
- Sahənin fəaliyyətini tənzimləyən normativ akt, əmr, qərar və sərəncamları bilməlidir;
- Daxili əmək intizamı qaydalarını bilməlidir;
- Əmək qanunvericiliyinin əsaslarını bilməlidir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir;
- İngilis dili biliyi üstünlükdür;
İş haqqında məlumat:
- Təsərrüfat subyektinin bütün fəaliyyətinin normativ-hüquqi aktlara və təsdiq edilmiş daxili prosedurlara, qaydalara, əsasnamalərə uyğunluğunu yoxlamaq. Həyata keçirilən qiymətləndirilmə sonuclarına əsasən səmərəliləşdirici təkliflər vermək;
- Qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə təşkilati prosedurları və siyasətləri təhlil etmək;
- Təşkilati proseslərin güclü və zəif cəhətlərini təhlil etmək, habelə cari və gələcək imkanlar da daxil olmaqla fəaliyyət planına tövsiyələr vermək;
- Maliyyə hesabatlarına təsir edə biləcək hüquqi məsələləri nəzərdən keçirmək və tövsiyələr vermək;
- Nəzarət sahəsindəki boşluqların, təkrar səylərin, normativ-hüquqi sənədlərin, idarəetmə siyasətlərinin tələblərinin pozulması, saxtakarlıq (dələduzluq) hallarının, nöqsan və çatışmazlıqların aşkar edilməsi məqsədi ilə məlumatlar toplamaq və təhlillər aparmaq;
- Daxili audit fəaliyyətləri ilə bağlı işçi sənədlərin hazırlanması, keyfiyyətin təmin edilməsi, arxivləşdirmə və sənədləşmə proseslərinin aparılması;
- Auditin nəticələri barədə rəhbərliyə hesabat vermək və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələr təqdim etmək;
- Holdinqin risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə proseslərinin səmərəliliyi və adekvatlılığını sistemli və ciddi bir yanaşma ilə dəyərləndirmək və təkmilləşdirmək;
- Risk əsaslı yanaşma ilə təminat və məsləhət xidmətlərinin göstərilməsi və nəticələrinin hesabat olaraq təqdim edilməsi;
- Meydana çıxan kənar təsir amillərini nəzərə almaq və alternativ hədəflər müəyyən etmək məqsədi ilə fəaliyyət planına düzəliş etmək üçün təkliflər vermək;
- Beynəlxalq mühasibat uçotu standartları əsasında məlumatların (hesabatların ) əldə edilməsini təmin etmək məqsədi ilə daxili nəzarət sistemlərinə düzəlişlər etmək üçün təkliflər vermək;
- Rəhbərliyin tapşırığı əsasında növbədənkənar (xüsusi) yoxlamalar keçirmək;
İş Yeri: Bakı şəhəri
İş Qrafiki: Həftə içi 5 gün
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Aparıcı auditor” qeyd etməyiniz xahiş olunur.
Büdcə planlama üzrə Şöbə Müdiri
Son tarix 02 iyl 2023 - [email protected]
Tələblər:
- Şirkətlər qrupunun Əsasnamələrini, Qrupdaxili Muhasibat hesablarının istifadəsi və tətbiqini bilməlidir;
- Şirkətlər qrupunun Maliyyə sturkturunu və əlaqədar şəxsləri tanımalıdır;
- Logo, SAP Proqramlarını bilməlidir;
- Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamlarını;
- İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməlidir;
- Əmək qanunvericiliyinin əsaslarını bilməlidir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir;
İş haqqında məlumat:
- Büdcə Raporlama xidmətlərinin standartlar və Qrupdaxili prosedurlara uyğun olaraq gerçəkləşdirilməsinin təmin edərək təqib etmək;
- Büdcə çalışmalarının büdcə təqvimi daxilində müəssisələr tərəfindən gerçəkləşdirilməsinin təqibi;
- Büdcə Sisteminin yeni il üçün proqram üzərindən qurulması;
- Büdcə hazırlıq dönəmi üçün Büdcə təqviminin istifadəçilərə göndərilməsi;
- Büdcə Proqramında istifadəçilərin yaradılması;
- İllik büdcə çalışmalarında yerinə yetiridiyi bütün vəzifə və məsuliyyətləri büdcə dəyişikliyi zamanında da yerinə yetirmək;
- Müvafiq müəssisələrdə büdcə prosesində iştirak edərək hazırlanmış satış, satınalma, investisiya, istehsal və insan resursları büdcələrinin düzgünlüyünə və ardıcıllığına nəzarət etmək;
- Səlahiyyətli müəssisələrlə işbirliyi ilə Büdcə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim etmək;
- Müəssisələr tərəfindən hazırlanmış satış, satınalma, istehsal, marketinq, investisiya, xərc və gəlir büdcələrinin prosedurlara uyğunluğunun yoxlamaq;
- Konsolidə Büdcə hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim olunmasını təmin etmək;
- Büdcə/Faktiki xərc ,gəlir,satış fərqlərinin açıklamalarının Büdcə Proqramına girilməsini səlahiyyətli müəssisələrdən təmin etmək;
- Rəhbərliyin tələb etdiyi hesabatların hazırlanması , Büdcə Proqramında lazımi hesabat formalarının yaradılması ,sınaqdan keçirilməsi və tətbiq etmək;
- Vəzifə səlahiyyətləri çərçivəsində hazırlanan hesabatları Rəhbərinə təqdim etmək və fəaliyyətləri ilə əlaqəli məlumat vermək;
- Tabeliyində olan işçilərin vəzifədə irəli çəkilməsi, eləcə də zəruri hallarda onlara intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimatlar vermək;
- Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini tələb etmək;
İş qrafiki: həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Büdcə planlama üzrə Şöbə Müdiri” qeyd etməyiniz xahiş olunur.
Satış üzrə bölmə rəisi (Bölgələr)
Son tarix 02 iyl 2023 - [email protected]
Tələblər:
- İqtisadiyyat sahələrində ali təhsilli olmalı
- Qida və ya Qeyri qida satış və idarəçilik sahəsində ən az 3 il tərcübəsi olmalıdır
- MS Office proqramında baza bilikləri olmalı
- B kateqoriyalı avtomobil idarə etməyi bacarmalı
- Ünsiyyət qurmaq, inandırmaq qabiliyyəti, səlis danışma bacarığı olmalıdır
- Liderlik qabiliyyəti olmalıdır
Vəzifə Öhdəlikləri:
- Ərazi daxilində (ölkə daxili) müvafiq məhsulların satışının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi.
- Tabeçiliyində olan işçilərin iş planının və günlük proqrama uyğun olaraq çalışıb-çalışmadıqlarının kontrolu.
- Ekspeditorlar və baş ekspeditorlar arasında hədəf bölgüsünün edilməsi və reallaşmasının kontrolu.
- Tabeçiliyində olan işçilərin satış hədəflərinə çatması üçün həvəsləndirmək.
- Şəxsi performansı zəif olan işçilər ilə əraziyə çıxaraq yerindəcə lazımi yönləndirmələrin edilməsi.
- Rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və müvafiq şöbələr ilə görüşərək tədbir görülməsi üçün təkliflər verilməsi.
- Bazardakı məhsul hərəkətlərinin araşdırılması, lazımi hallarda tədbirlərin başladılması üçün rəhbərə müraciət edilməsi.
- Müştəri üzrə məhsul penetrasiyasının aylıq kontrolu lazım olduqda raport vermək.
- Tabeçiliyində olan işçilərin fəaliyyətlərinin yaxından kontrol edilməsi, onların performansına uyğun olaraq mükafatlandırma və ya tənbeh prosedurlarının həyata keçirilməsi.
- Satış nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həll edilməsi.
- Müştərilər üzrə aylara görə müqayisəli satış hesabatlarının hazırlanması və analiz edilməsi.
- Ekspeditorların ziyarət və satış uğuru faizlərinin həftəlik olaraq kontrolu.
- Satışların artması və ya azalması halında analizlər edilərək lazımi tədbirlərin görülməsi.
- Müqayisəli satış və pazar payı hesabatlarının yoxlanılması. Yeni məhsulların ən qısa zamanda hədəflənən bütün satış nöqtələrinə penetrasiyasının təşkili.
- Yeni işçilərin şirkət prosedurlarına uyğun olaraq həm bazarda, həm də ofis daxilində tədrisinin təşkili.
- Ekspeditorlar və baş ekspeditorlar üzrə ərazi bölgüsünün edilməsi, lazımi hallarda ərazi məlumatlarına dəyişiklik edilməsi.
- İşçilərin geyim qaydalarına və işə davamiyyətinə nəzarət etmək.
- İşçilərin işlərinin, nizam-intizamının, bazara çıxış və geri dönüşünün, həmçinin zamanlarının səmərəli istifadə etmələrini kontrol etmək.
- Müştəri borclarını mühasibatlıq məlumatları ilə qarşılaşdırıb kontrol edilməsi. Hər 3 aydan bir bütün borcların rəsmi olaraq üzləşməsini etmək. Müştərilərdəki borcların alınması
İş şəraiti:
- İş qrafiki: həftə içi 5 gün
İş yeri:
- Lənkəran (Lənkəran, Masallı, Cəlilabad rayonlarında yaşayan namizədlər)
- Gəncə (Gəncə, Yevlax, Mingəçevir şəhərlərində yaşayan namizədlər)
- Xaçmaz (Xaçmaz, Quba rayonlarında yaşayan namizədlər)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Satış Bölmə Rəisi (Bölgələr)” qeyd etməyiniz xahiş olunur.
Məhsul məsləhətçisi - Promouter
Son tarix 02 iyl 2023 - [email protected]
Tələblər:
- Satış və təqdimat bacarığı olmalı;
- Ünsiyyətcil, aktiv olmalı.
İş haqqında məlumat:
- Məhsullar haqqında müştərilərə məlumatların verilməsi.
İş şərtləri:
- Həftə içi 5 gün.
İş yerləri:
- Bakı, Lənkəran, Şəmkir, Gəncə, Şəki, Mingəçevir, Quba, Xaçmaz, Xudat, Qəbələ, Zaqatala
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “ Məhsul məsləhətçisi - Promouter ” qeyd etməyiniz xahiş olunur.
İnspektor (Baytar)
Son tarix 02 iyl 2023 - [email protected]
Tələblər:
- Ali təhsilli (Baytarlıq sahəsi üzrə) olmalı;
- Müvafiq sahə üzrə bilikləri olmalı;
- MS Office (Word, Excel, PowerPoint, Outlook və s.) bilikləri olmalı;
- Komanda ilə işləmək və ünsiyyət bacarığı;
- Sahə üzrə təcrübəsinin olması üstünlükdür.
İş haqqında məlumat:
- İş prosesinin bütün mərhələlərində əməliyyatlara nəzarət etməli;
- Göstərilən xidmətlərin və maddi vəsaitlərin keyfiyyətinə, komplektliyinə nəzarət etməli;
- Keyfiyyətsiz xidmətlərin göstərilməsinin qarşısını almalı;
- Təşkilatın ayrı-ayrı struktur bölmələrinin xidmətlərinin göstərilməsi üzrə məsuliyyətin və nizam-intizamın möhkəmləndirilməsinə nəzarət etməli;
- Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
İş qrafiki:
- Həftə içi 5 gün
İş yeri:
- Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnspektor (Baytar)” qeyd etməyiniz xahiş olunur.
İnspektor
Son tarix 02 iyl 2023 - [email protected]
Tələblər:
- Kimya mühəndisliyi, mexanika mühəndisliyi üzrə ali təhsili olmalı;
- MS Office proqramlarını bilməli;
- Laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir.
- Rus və ingilis dili biliyi arzu olunandır
İş haqqında məlumat:
- Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO 22000/2015- 9001) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etməli;
- İstehsal edilən məhsulların saxlanma şəraiti, satışa yararlılığına nəzarət etməli;
- Məhsulların kimyəvi, fiziki, mikrobioloji tərkibinin və orqanoleptik parametrlərinə görə yoxlanılmalı;
- İstehsal edilən məhsulların keyfiyyət standartlarına uyğunluğunun yoxlanmalı;
- İstehsal edilən məhsulların keyfiyyəti ilə bağlı uyğunsuzluqların təsbit edilməli;
- Tədqiq sonrası hesabat hazırlamaq, əlaqədar müəssisə rəhbərinə göndərməlidir.
İş Qrafiki:
- Növbəli İş Qrafiki
İş Yeri:
- Kürdəmir, Biləsuvar və İmişli şəhərləri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnspektor” qeyd etməyiniz xahiş olunur.