Azersun Holding
Marketinq satınalmaları üzrə mütəxəssis
Son tarix 09 iyn 2023 - [email protected]
Tələblər:
- Müvafiq sahələrdə ali təhsili olmalı;
- Satınalma sahəsində ən azı 1-3 illik iş təcrübəsi olmalı (Marketinq satınalmaları sahəsində təcrübə ciddi üstünlükdür);
- Yüksək səviyyədə Rus və ya İngilis dili biliyi (hər ikisi üstünlükdür);
- Ms Office proqramları (xüsusilə Excell) bilikləri;
- Analiz etmə bacarığına sahib olmalı;
Vəzifə Öhdəlikləri:
- Satınalma işinin təşkil edilməsi;
- Marketinq tələblərinin (reklam, reklam film çəkimləri, hədiyyələr, tədbirlərin təşkili) şirkətin qaydalarına uyğun olaraq vaxtında və sərfəli satın alınmasının və tədarükünün təşkil edilməsi;
- Tədarükçülərlə əlaqəli işlərin idarə edilməsi;
- Tədarükçülərin siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi;
- Alınan məhsulların logistika fəaliyyətlərinin tənzimlənməsi;
- Satınalma ilə bağlı sənədlərin müvafiq şöbələrə göndərilməsinin təşkil edilməsi;
İş qrafiki: Həftə içi 5 gün
İş yeri: Bakı Şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Marketinq satınalmaları üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Gömrük işləri üzrə Kiçik mütəxəssis (İdxal və sertifikatlaşdırma sahəsi)
Son tarix 09 iyn 2023 - [email protected]
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsili olmalı;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olmalı;
- Azərbaycan dilini əla, Rus dilini yaxşı, İngilis dilini orta səviyyədə bilməli;
- MS office proqram paketini yaxşı səviyyədə bilməli;
- Gömrük sistemi (e-qov.az proqramı) ilə işləmək bacarığı olmalı;
- Gömrük qanunvericiliyi (Gömruk məcəlləsi, tarif haqqında qanun,mal nomenklaturası) üzrə bilikləri yaxşı səviyyədə olmalıdır.
Vəzifə Öhdəlikləri:
- Şirkətlər qrupuna daxil olan firmalara idxal və ixrac olunan məhsullara Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən Fitosanitar Səhiyyə Nazirliyindən gigiyenik sertifikatların alınması;
- Azərbaycan Respublikası Qida Təhlükəsizliyi agentliyinin Şirkətlər qrupuna daxil olan firmalardan qida məhsullarına aid nümunələr götürülməsi barədə edilmiş müraciət araşdırıldıqdan sonra aidiyyatı şəxslərə Email üzərindən nümunə götürülməsi barədə razılıq istənilməsi, Razılıq alındıqdan sonra Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarına bu barədə məlumat verilməsi;
- Sadalanan proseslərin izlənilərək sertifikatların alınması,
- Sertifikatlaşdırma şöbəsinə aid bütün ödənişlərin müvafiq firmalara ödəniş edilməsi üçün göndərilməsi və ödənməli olan hesabların izlənməsi, Gigiyenik sertifikat alımı üçün müraciətdən sonra göndərilən hesabların müvafiq firmaya ödənişi ödəməsi barədə müraciət edilməsi
- Şirkətlər qrupuna daxil olan firmaların Qida Təhlükəsizliyi sertifikatları və gigiyenik sertifikatlarını bizdən istəyən müvafiq firmalara göndərilməsi, Gigiyenik sertifikatlar əldə edildikən sonra onların excell-də siyahıya alınması:
- Şirkətlər qrupuna aid olan firmaların Qida Təhlükəsizliyi Agentliyinə borcunun olub-olmamasına nəzarət edilməsi,Borcun olması halında ödənilməsinin təmin edilməsi,
- Baytarlıq müraciətinin edilməsi və sertifikatların alınmasına müraciət edilməsi və işin icrasının izlənilməsi, Qida Təhlükəsizliyi məktublarının alınmasına müraciət edilməsi.
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Gömrük işləri üzrə Kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Laboratoriya rəhbəri
Son tarix 10 iyn 2023 - [email protected]
Tələblər:
- Biologiya, mikrobiologiya, və tibb sahəsində ali təhsil;
- Müvafiq sahədə minumum 2 il iş təcrübəsi olmalı;
- Molekulyar bioloji və ya mikrobioloji laboratoriya sahəsində rəhbər iş təcrübəsi olanlara üstünlük verilir;
- Laboratoriyada istifadə olunan cihaz və avadanlığın kalibrasiyası və periodik qulluğunu edə bilməli;`
- İngilis və rus dillərini bilməli;
- MS Office və Outlook proqramlarından istifadə edə bilməli;
- Xüsusi analiz programlarını bilənlərə üstünlük verilir;
- Diqqətli və məsuliyyətli olmalı.
İş haqqında:
- Laboratoriyaya ümumi rəhbərlik, yeni iş təlimatlarının hazırlanması, analiz və sınaqların aparılmasının keyfiyyətinə nəzarət, xüsusi analizlərin aparılması, raporların hazırlanması, kalibrasiya işlərinin təşkili və həyata keçirilməsi;
- Su, yem və süddən keyfiyyət planına uyğun nümunələrin alınması, biokimyəvi, mikrobioloji, PCR, ELİSA texnikası ilə virusların, bakteriyaların və toksinlərin təyin edilməsi işlərinin təşkili;
- Bitki və heyvan mənşəli nümunələrdən, bioloji və pataloji materiallardan DNA fraqmentlərinin ayrılması, PCR texnikası vasitəsilə analizlərin aparılması.
İş şərtləri: Həftə içi 5 gün: 09.00-18.00
İş yeri: Kürdəmir rayonu (Padarçöl kəndi). Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "Laboratoriya rəhbəri" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçib müraciət edə bilərsiniz.
Həkim
Son tarix 10 iyn 2023 - [email protected]
Tələblər:
- Ali tibbi təhsilli olmalıdır;
- Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi olmalıdır;
- İlkin tibbi yardım qaydalarını bilməlidir;
- Xəstəxanaların ixtisaslaşması barədə məlumatlı olmalıdır;
- İşçi sağlığı əsasnaməsini bilməlidir;
- AR Səhiyyə Nazirliyinin aidiyyatli əmrləri barədə məlumatı olmalıdır;
İş haqqında məlumat:
- Xəstə əməkdaşlara ilkin tibbi yardımı göstərmək;
- İlkin həkim yardımından sonra xəstənin xəstəxanaya göndərmək və ya ehtiyac olan zaman müşayiət etmək;
- Xəstəxanaların profilini bilmək, xəstənin diaqnozundan və vəziyyətinə uyğun olaraq müvafiq xəstəxanaya istiqamətləndirmək;
- Xəstəlik səbəbindən əmək qabiliyyətini itirmiş və həkim qəbuluna gələ bilməyəck qədər ağır vəziyyətdə olan işçiləri evində ziyarət edərək qaydalara uyğun vəzifələri icra etmək;
- Müraciət edən və evində ziyarət edilən xəstələrin,müvafiq kitablarda və bilgisayarda qeydiyyatını aparmaq;
- Xəstələrə sağlamlıqları ilə bağlı məsələlərdə. bilavasitə və ya telefon vasitəsilə məsləhət vermək;
- Xəsarət alan işçılər barədə onların işlədikləri müəssisənin məsullarına təxirəsalmadan məlumatlar vermək;
- Digər tibb müssisələrində təyin edilmiş planlı qaydaların icrasında köməklik göstərmək;
- Cərrahi əməliyyatdan sonra tibb məntəqəsinə müraciət edən işçilərin sarğılarını dəyişmək;
- Xəstəlik vərəqələrinin qediyyatını aparmaq;
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Həkim” qeyd etməyiniz xahiş olunur.
Laborant inspektor
Son tarix 10 iyn 2023 - [email protected]
Tələblər:
- Mexanika mühəndisliyi, Avtomatika mühəndisliyi, Sənaye mühəndisliyi ixtisasları üzrə ali təhsilli olmalı;
- Fizika və kimya sahəsi üzrə nəzəri biliklər yaxşı səviyyədə olmalı;
- Ölkədaxili səyahətlərdə və növbəli iş rejimində işləyə bilməli;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı olmalı.
- İngilis və rus dili biliyi üstünlükdür.
İş haqqında məlumat:
- Xammalın,yarımfabrikatların və hazır məhsulların təsdiq olunmuş metodikalar üzrə müxtəlif kimyəvi-fiziki analizlərinin aparılması işlərini görmək;
- Laboratoriya avadanlığı, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək, onları təcrübəyə hazırlamaq;
- Təlimatlara əsasən cihaz və aparatları yoxlamaq və təmizləmək, eksperimentlərin aparılmasında iştirak etmək;
- Cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək.
İş Qrafiki: Növbəli İş Qrafiki
İş Yeri: Kürdəmir
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Laborant inspektor” qeyd etməyiniz xahiş olunur.
İnspektor (Baytar)
Son tarix 10 iyn 2023 - [email protected]
Tələblər:
- Ali təhsilli (Baytarlıq sahəsi üzrə) olmalı;
- Müvafiq sahə üzrə bilikləri olmalı;
- MS Office (Word, Excel, PowerPoint, Outlook və s.) bilikləri olmalı;
- Komanda ilə işləmək və ünsiyyət bacarığı;
- Sahə üzrə təcrübəsinin olması üstünlükdür.
İş haqqında məlumat:
- İş prosesinin bütün mərhələlərində əməliyyatlara nəzarət etməli;
- Göstərilən xidmətlərin və maddi vəsaitlərin keyfiyyətinə, komplektliyinə nəzarət etməli;
- Keyfiyyətsiz xidmətlərin göstərilməsinin qarşısını almalı;
- Təşkilatın ayrı-ayrı struktur bölmələrinin xidmətlərinin göstərilməsi üzrə məsuliyyətin və nizam-intizamın möhkəmləndirilməsinə nəzarət etməli;
- Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
İş qrafiki: Həftə içi 5 gün
İş yeri: Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnspektor (Baytar)” qeyd etməyiniz xahiş olunur.
İnspektor
Son tarix 10 iyn 2023 - [email protected]
Tələblər:
- Kimya mühəndisliyi, mexanika mühəndisliyi üzrə ali təhsili olmalı;
- MS Office proqramlarını bilməli;
- Laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir.
- Rus və ingilis dili biliyi arzu olunandır
İş haqqında məlumat:
- Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO 22000/2015- 9001) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etməli;
- İstehsal edilən məhsulların saxlanma şəraiti, satışa yararlılığına nəzarət etməli;
- Məhsulların kimyəvi, fiziki, mikrobioloji tərkibinin və orqanoleptik parametrlərinə görə yoxlanılmalı;
- İstehsal edilən məhsulların keyfiyyət standartlarına uyğunluğunun yoxlanmalı;
- İstehsal edilən məhsulların keyfiyyəti ilə bağlı uyğunsuzluqların təsbit edilməli;
- Tədqiq sonrası hesabat hazırlamaq, əlaqədar müəssisə rəhbərinə göndərməlidir.
İş Qrafiki: Növbəli İş Qrafiki
İş Yeri: Kürdəmir, Biləsuvar və İmişli şəhərləri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnspektor” qeyd etməyiniz xahiş olunur.