Azersun Holding
Məhsul məsləhətçisi - Promouter
Son tarix 15 mar 2023 - [email protected]
Tələblər:
-
Satış və təqdimat bacarığı olmalı;
-
Ünsiyyətcil, aktiv olmalı.
İş haqqında məlumat:
-
Məhsullar haqqında müştərilərə məlumatların verilməsi.
İş şərtləri:
-
Həftə içi 5 gün
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “ Məhsul məsləhətçisi - Promouter ” qeyd etməyiniz xahiş olunur.
Satış Analizi üzrə Aparıcı Mütəxəssis
Son tarix 15 mar 2023 - [email protected]
-
İqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
-
Analitika sahəsində 1-2 il iş tərcübəsi olmalı, Satışın analizi sahəsində praktika üstünlükdür;
-
Rus və ya ingilis dili bilikləri, hər ikisi üstünlükdür;
-
Yüksək səviyyədə Excel biliki mütləqdir;
-
SAP, Unity, OPN, YSP, Analyzer, E-Client proqramları haqqında biliklər üstünlükdür;
-
Lazım olduqda bölgələrə ezamiyyətə gedə bilməli;
-
Komanda və fərdi şəkildə çalışmağı bacarmalı.
Vəzifə öhdəlikləri:
-
Ekspeditorların əl terminalından daxil etdikləri iadələrdə kompaniyalı və endirimli məhsulların olub-olmadığını kontrol etmək. Olduqda, daxil etdikləri iadə sifarişlərində hər hansı dəyişikliyə ehtiyyac varsa müdaxilə edərək lazımi düzəlişlər etmək (sifarişi ləğv etmək, miqdarı dəyişmək, endirimi kontrol etmək və s.);
-
Ekspeditorlara həm ərazidə olduqlarında telefonla, həm də ofisə döndükdə - müştəri hesabları, çıxarışları, stoklar, terminallara yeni tanıdılan məhsullar, daxilolmalar, kompaniyalar, terminaldakı problemlər, satışlarla bağlı lazımi dəstəyi vermək;
-
Yeni məhsulların təqibini aparmaq.Satışa təqdim edilən yeni məhsulların tanıdılması üçün lazımi məlumatları toplayaraq müştərilərə ünvanlamaq. Yeni müştəri kartlarını açmaq;
-
Müştərilərin köçürdüyü ödəmələri vergi adına görə təyin etmək və müvafiq hesablardan düşülməsi;
-
Gündəlik borc alacaq raportlarını hazırlamaq;
-
Gündəlik limit aşma raportlarını hazırlamaq;
-
Həftəlik raportların hazırlanması (Yeni məhsulların penetrasiya raportu, müştərilərin hədəf və satışlarının çəkilməsi, satış müdiri/ekspeditorların iadə və satış vəziyyəti raportları);
-
İllərə görə müştəri satışları (əvvəlki illər ilə müqayisə raportları) raportlarını hazırlamaq;
-
Müştəri və məhsullar üzrə satış raportlarını hazırlamaq;
-
Promosion raportlarını təqdim etmək (gündəlik bantlama raportları və s.);
-
İadə raportlarını təqdim etmək;
-
Açıq sifarişlərin raportlarını çəkib incələmək.(təqib etmək);
-
Qiymətlərin yayımlanması (yeni və ya köhnə məhsulların qiymət dəyişikliyi haqqında müştərilərə və müvafiq şəxslərə məlumat vermək);
-
Bölməyə ehtiyac olan ləvazimatların aylıq tələbini keçmək;
-
Müştəri çıxarışları (müştərilərə ekstralarını bildirmək);
-
Barkodları problem olan məhsulların həll olunması;
-
Gündəlik rəhbərlərin hesabatlarla bağlı ehtiyaclarını qarşılamaq. Gündəlik müdirlərin tapşırıqlarını yerinə yetirmək;
-
Kompaniyaları hədəf üzrə bölmək, vitrin tərtibatı nəzarətçiləri və vitrin tərtibatçılarının hədəf raportlarını çəkmək;
-
Müştərilərin e-mail`lərinə və zənglərinə cavab vermək (sorğulara cavab vermək, digər məsələlərin həlli).
İş şəraiti:
-
İş qrafiki: həftə içi 5 gün
İş yeri:
-
Baş Ofis (Bakı)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Satış Analizi üzrə Aparıcı Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Sığorta hadisələrinin araşdırılması departamentdə Müdir
Son tarix 15 mar 2023 [email protected]
Ümumi məlumatlar:
-
Ali təhsil (magistr dərəcəsi olması arzuolunandır);
-
Bank/sığorta sahədə ən azı 5-10 il iş təcrübəsi;
-
Ezamiyyətə gedə bilməli
İş haqqında:
-
Departamentin fəaliyyətini təşkil etmək və ümumi rəhbərliyi həyata keçirmək;
-
İşçilər arasında gündəlik iş bölgüsünü həyata keçirmək və icrasına nəzarət etmək;
-
Sığorta ödənişləri ilə əlaqədar gələn tələbləri araşdırmaq və təsdiq etmək;
-
Ümumi daxil olan şikayətlərin cavablandırılmasında iştirak etmək; s vəsaitlərin qəbul və ləğv edilməsi
-
Bütün növ hesabatları əməkdaşlardan tələb edərək, təhlil edib yoxladıqdan sonra rəhbərliyə təqdim etmək;
-
Sığorta işinin yoxlanılması və rəsmiləşdirilməsi zamanı qanunvericiliyə riayət olunmasını tabeçiliyindəki şəxslərdən tələb etmək və onların qanuna uyğun olmayan qərarlarını ləğv edərək Cəmiyyətin nüfuzuna zidd hərəkətlərini aradan qaldırmaq;
-
Aşkar edilmiş dələduzluq (sığorta imitasiyası) hallarının qarşısının alınması, ona şərait yaradan halların aradan qaldırılması üçün Cəmiyyətin rəhbərliyinə təkliflər vermək;
-
Sığorta hadisəsinin araşdırılması istiqamətində səlahiyyətli dövlət orqanları ilə qarşılıqlı əlaqələri təşkil etmək;
-
Ehtiyac olduqda tabeliyində olan əməkdaşlara təlimlər vermək, rəhbərinin verdiyi digər tapşırıqları yerinə yetirmək.;
İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00
Ünvan: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Müdir” və işləmək istədiyiniz bölgənin adını qeyd etməyiniz xahiş olunur.
Proqramlaşdırma üzrə aparıcı mütəxəssis
Son tarix 15 mar 2023 [email protected]
Tələblər:
-
Ali təhsilli (Kompüter mühəndisliyi, Tətbiqi riyaziyyat, Riyaziyyat, Proqramlaşdırma) olmalı;
-
Analitik düşünmə, iş planlama, problemə həll yönümlü yanaşma qabiliyyətləri olmalı;
-
Stress altında işləmə bacarığı olmalı;
-
Proqramlaşdırmanın əsaslarını bilməli ( PL/SQL, T-SQL) bilməli
-
Verilənlər bazası,tətbiqin inkişafı üzrə biliklər və SQL-in inkişafında praktiki iş təcrübəsi olmalı;
-
HTML & CSS, JavaScript, jQuery biliklerinin olması üstünlükdür.
-
Azərbaycan və ingilis dili bilikləri olmalı;
-
Fərdi və komandada işləmə bacarığı olmalı.
İş haqqında məlumat:
-
SAP sistemlərini dizayn etmək, inkişaf etdirmək, tətbiq etmək, dəstək göstərmək üçün funksional komandalarla işləmək;
-
SAP ilə əlaqəli yeni layihələrdə yeni tətbiq və ya həllərin dizaynı və inkişafı üçün layihə qrupları ilə işləmək;
-
Funksional komanda tərəfindən hazırlanmış funksional spesifikasiyalara əsaslanan biznes problemlərini həll etmək üçün proqramlaşdırma həlləri hazırlamaq;
-
Tələbləri toplamaq, həlləri layihələndirmək, müxtəlif obyektləri inkişaf etdirmək, həlləri sənədləşdirmək və sınaqdan keçirmək, tətbiqləri dəstəkləmək və produktiv dəstəyini yerinə yetirmək;
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Əməliyyatçı xəzinədar” qeyd etməyiniz xahiş olunur.