Autolux Azerbaijan LLC
Müştəri xidmətləri üzrə mütəxəssis (Receptionist)
Son tarix 13 fev 2023 - [email protected]
Namizədə olan tələblər:
- 1 il müvafiq sahədə iş təcrübəsi ;
- Ali təhsil;
- Rus-dili və ingilis-dili biliyi;
Vəzifə öhdəlikləri:
- Daxil olan və xaric olan sənədlərin qeydiyyatını aparmaq
- Telefonlara cavab vermək və lazımı ünvanlara istiqamətləndirmək
- Gələn qonaqları qarşılamaq və istiqamətləndirmək
- Şirkətin elektron poçt ünvanına gələn məktubları cavablandırmaq
- Xaric olunan məktubları göndərmək, daxil olanları isə qəbul etmək
- Müdiriyyətin verdiyi tapşırıqları vaxtında yerinə yetirmək
Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
İstehsalçıya hesabatlılıq və büdcə planlama üzrə mütəxəssis
Son tarix 13 fev 2023 - [email protected]
İş qrafiki: 09:00-18:00/bazar ertəsi-cümə;
Namizədə olan tələblər:
- 3 il müvafiq sahədə iş təcrübəsi;
- Ali təhsil;
- Əla səviyyədə İngilis dili biliyi;
- 1 C və MS office proqramlarında işləmə bacarığı (Excel yüksək səviyyədə bilənlərə üstünlük veriləcəkdir).
Vəzifə öhdəlikləri:
- Sifariş olunan bütün avtomobillər üzrə standartlardan əlavə sorğu edilmiş opsiyalar ilə bağlı qiymətin formalaşdırılmasını təmin etmək;
- Avtomobillərin Sifariş planına uyğun olaraq aylıq sifarişini həyata keçirmək və avtomobil barədə bütün zəruri məlumatları İstehsalçının Sifariş proqramına(Vista) daxil etmək;
- Müştərinin sifariş etmək istədiyi avtomobil üzrə istəklərini nəzərə alaraq nəqliyyat vasitəsinin satış qiymətinin hesablanmasını təmin etmək;
- Bazarın və Cəmiyyətin satış şöbəsi tərəfindən satılacaq avtomobillərə ehtiyaclarını müəyyən edərək istehsalçıdan müvafiq nəqliyyat vasitələrinin sifarişini həyata keçirmək;
- Satışın artırılması məqsədilə Satış şöbəsini aidiyyəti məlumatlarla təmin etmək. Buraya sifariş sistemində dəyişilən, əlavə edilən və ya istehsalçılar tərəfindən göndərilən tələblər və məlumatlar da daxildir;
- Sifarişi həyata keçirtmək üçün elektron məktub, telefon, internet vasitəsilə istehsalçılar ilə əlaqə yaratmaq
- Sifariş verilən avtomobillərə aid sənədləri əldə etmək, avtomobilin spesifikasiyalarını, invoys dəyərini və zəruri məlumatları yoxlayaraq satış qiymətini hazırlamaq və aidiyyəti satış şöbələrinə təqdim etmək;
- Aylıq sifarişləri və Satış şöbəsi tərəfindən göndərilən sifarişləri istehsalçıların və Cəmiyyətin müvafiq proqram təminatına daxil edilməsini təmin etmək;
- Cəmiyyətin təmsil etdiyi brendlərin tələblərə uyğunluğunu yoxlamaq, təsdiq edilmiş Prosedurlara uyğun audit işini təşkil etmək və nəticələr barədə istehsalçılara mütəmadi olaraq məlumat vermək.
- İstehsalçı və şirkət tərəfindən müəyyən edilən təlimlərdə iştirak etmək;
Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.