Azersun Holding
Tələb planlama üzrə Baş mütəxəssis
Son tarix 10 fev 2023 - [email protected]
Tələblər:
- Ali təhsil (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
- Planlama üzrə minimum 3 illik təcrübəyə sahib olmalı;
- MS Excel proqramını yaxşı səviyyədə bilməli;
- Analitik düşünmə qabiliyyətinə sahib olmalıdır.
İş haqqında:
- Şirkətin illik tələbləri üzrə planlaşdırılma aparılması üçün ilkin məlumat bazasını hazırlamalı;
- Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırmanı həyata keçirtməli;
- Planlaşdırmanın nəticələrini struktur vahidlərinin nəzərinə çatdırmalı;
- Tələb planının müvafiq bölmələrinə bazar konyukturu, rəqabət və s. nüanslara görə edilmiş dəyişiklikləri vaxtında icra etməli;
- Öz səlahiyyətləri çərçivəsində firma və təşkilatlarla əməkdaşlığı təşkil etməli;
- Şirkətin maraq dairəsində olan firma və təşkilatlar haqqında araşdırma edərək və təhlillər aparmalı;
- Məhsul sifarişi siyahısının hazırlanmasını təmin etməli;
- Satış proqnozlarını hazırlayaraq günlük satış reallaşmasını nəzarətdə saxlamalı;
- Satış, marketinq və tələb planlama arasında məlumat mübadiləsi prosesini təşkil etməli;
- Bağlı olduğu rəhbərinə günlük, həftəlik, aylıq, rüblük və illik hesabatlar hazırlayıb, təqdim etməlidir.
İş şərtləri: Həftə içi 5 gün
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "Tələb planlama üzrə baş mütəxəssis" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Dəmiryol əməliyyatları üzrə mütəxəssis
Son tarix 10 fev 2023 - [email protected]
Tələblər:
- Ali təhsil (İqtisadi və/və ya Texniki sahə üzrə);
- Dəmiryol əməliyyatları sahəsində minumum 2 il iş təcrübəsi;
- Analitik düşünmə, iş planlama qabiliyyətləri;
- MS Office (xüsusi ilə Excel bacarıqları);
- Komandada işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
İş haqqında:
- Nəqliyyat daşımaları üzrə potensial müştərilərin/şirkətlərin müəyyən edilməsi;
- Müştərilərlə/şirkətlərlə görüşülməsi,təşkilatın daşıma şərtlərinin müştərilərə çatdırılması,daşımalarla bağlı qiymətlərin şirkətlərlə/müştərilərlə razılaşdırılması;
- Şirkətlərlə daşıma müqavilələrinin maddələrinin müəyyən edilərək/razılaşdırılaraq müqavilələrin bağlanması üçün bağlı olduğu direktorun təstiqinə təqdimedilməsi;
- Təstiq edilmiş müqavilələr üzrə daşımaların həyata keçrilməsinin təmin edilməsi,dəmir yolu baş fraxteri ilə muqavilələrin nəzarətdə saxlanılması və işlərin təşkili və qiymətlərə daima nəzarət edilməsi;
- Xəzər Dəniz Gəmiçilik idarəsi ilə muqavilələrin nəzarətdə saxlanılması işlərin təşkili;
- Bakı beynəlxalq limanla muqavilə şərtləri çərçivəsində işlərin lojistikasının təşkili, nəqliyyatın təşkili ucun lojistikada ardıcillığın təminini daim nəzarətdə saxlamaq.
İş şərtləri: Həftə içi 5 gün, 9:00-18:00
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə " Dəmiryol əməliyyatları üzrə mütəxəssis" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.