Azersun Holding
Bazar Araşdırması üzrə Analitik
Son tarix 21 yan 2023 - [email protected]
Tələblər:
- Təhsil: Statistika, Marketinq və ya əlaqəli sahədə ali təhsil üstünlükdür;
- Təcrübə: Bazar araşdırma və Təhlili üzrə iş təcrübəsi üstünlükdür;
- MS office biliyi;
- Orta dərəcədə R Studio, Lighthouse, SSI bacarığı;
- Orta dərəcədə SPSS bacarığı;
- Böyük həcmli məlumatları şərh etmək və təhlil etmək bacarığı;
- Məlumat toplama üsulları ilə təcrübə (fokus qruplar, sorğular və.s);
- Güclü analitik və tənqidi düşüncə qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Əldə edilmiş məlumatların təmizlənməsi və emala uyğun formaya salınması;
- Statistik üsullardan istifadə edərək məlumatların təhlili və nəticələri barədə hesabatların təqdim olunması;
- Əlaqəli bazarların təhlili, risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
- Qeyd olunmuş hədəflərə gedən istiqamətdə yarana biləcək risklərin müəyyənləşdirməsi;
- Vəzifə öhdəliklərindən irəli gələn digər öhdəliklərin icrası.
İş şərtləri: Həftə içi 5 gün, 9:00-18:00
İş yeri: Baş ofis
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına email-in mövzu hissəsinə "Bazar Araşdırması üzrə Analitik" yazaraq göndərə bilər və ya "Müraciət et" butonuna basaraq qeydiyyatdan keçib müraciət edə bilərsiniz.
Dəmiryol əməliyyatları üzrə mütəxəssis
Son tarix 21 yan 2023 [email protected]
Tələblər:
- Ali təhsil (İqtisadi və/və ya Texniki sahə üzrə);
- Dəmiryol əməliyyatları sahəsində minumum 3 il iş təcrübəsi;
- Analitik düşünmə, iş planlama qabiliyyətləri;
- MS Office (xüsusi ilə Excel bacarıqları);
- MS SQL bilgisi (əməliyyat işi üzrə);
- Komandada işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
İş haqqında:
- Nəqliyyat daşımaları üzrə potensial müştərilərin/şirkətlərin müəyyən edilməsi;
- Müştərilərlə/şirkətlərlə görüşülməsi,təşkilatın daşıma şərtlərinin müştərilərə çatdırılması,daşımalarla bağlı qiymətlərin şirkətlərlə/müştərilərlə razılaşdırılması;
- Şirkətlərlə daşıma müqavilələrinin maddələrinin müəyyən edilərək/razılaşdırılaraq müqavilələrin bağlanması üçün bağlı olduğu direktorun təstiqinə təqdimedilməsi;
- Təstiq edilmiş müqavilələr üzrə daşımaların həyata keçrilməsinin təmin edilməsi,dəmir yolu baş fraxteri ilə muqavilələrin nəzarətdə saxlanılması və işlərin təşkili və qiymətlərə daima nəzarət edilməsi;
- Xəzər Dəniz Gəmiçilik idarəsi ilə muqavilələrin nəzarətdə saxlanılması işlərin təşkili;
- Bakı beynəlxalq limanla muqavilə şərtləri çərçivəsində işlərin lojistikasının təşkili, nəqliyyatın təşkili ucun lojistikada ardıcillığın təminini daim nəzarətdə saxlamaq.
İş şərtləri: Həftə içi 5 gün, 9:00-18:00
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə " Dəmiryol əməliyyatları üzrə mütəxəssis" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.