Azersun Holding
Müsahibəçi (intervyuer)
Son tarix 19 yan 2023 - [email protected]
Tələblər:
- Natamam ali təhsil
- 18-35yaş xanım namizədlər
- Azərbaycan dilində sərbəst danışıq və fikrini aydın izah etmə bacarığı olmalı;
- Səbrli və nəzakətli olmalı;
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı olmalı;
- Komanda ilə çalışmağı bacarmalı;
- Könüllülük təcrübəsi olması üstünlükdür.
İş haqqında məlumat:
- Bakı və Gəncə şəhərlərində müxtəlif layihələr çərçivəsində fərqli mövzularda fərdi yaşayış və qeyri-yaşayış ünvanlarında şəxslərdən üz-üzə müsahibə götürmək (planşet vasitəsilə).
- İş yeri: Səyyar (şəhərin müxtəlif əraziləri)
- İş saatları: günlük 5-6 saat (razılaşdırılmış qrafiklə)
- Əmək haqqı fərdi görülmüş işin həcmindən (anket sayı) asılı olaraq xidməti müqaviləyə əsasən ödənilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Müsahibəçi (intervyuer)"qeyd etməyiniz xahiş olunur.
Baş Mühasib (Xaçmaz)
Son tarix 19 yan 2023 [email protected]
Ümumi məlumatlar:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Baş mühasib kimi ən azı 2-3 il iş təcrübəsi;
- Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
İş haqqında:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00-18:00
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
Ünvan:
- Qafqaz Konserv Zavodu MMC (Xaçmaz şəhəri).
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Baş mühasib” və işləmək istədiyiniz bölgənin adını qeyd etməyiniz xahiş olunur.
Satınalma üzrə mütəxəssis
Son tarix 19 yan 2023 [email protected]
Tələblər:
- Ali təhsilli olmalı;
- Satınalma sahəsində ən azı 3 illik iş təcrübəsi olmalı;
- Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
- Excel biliyi yaxşı səviyyədə olmalı;
- Analiz etmə bacarığına sahib olmalı;
- Ölkə xarici ezamiyyətə gedə bilməlidir.
İş haqqında:
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Açılmış sifariş formalarının analizi, Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək,
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
- Təchizatçıların seçimi və qiymətləndirilməsi, Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
İş şərtləri:
- Həftə içi 5 gün
İş yeri:
- Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.