Azersun Holding
217
Mühasib (Qazax)
Son tarix 01 dek 2022 - [email protected]
Tələblər:
- Mühasibatlıq və ya maliyyə ixtisası üzrə tam ali təhsil
- Mühasib kimi minimum 1 il iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- MS Office, 1C, BTP, EVHF hesabatları yaxşı səviyyədə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyyə modulu ilə çalışa bilməli.
İş haqqında:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Maliyyə, büdcə, maya dəyəri hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi, düzgünlüyünün analizi və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi.
- Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanması.
İş şərtləri:Həftə içi 5 gün, 09:00-18:00
İş yeri: Qazax rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "Mühasib (Qazax)" yazaraq göndərə bilər və ya və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsinə "Mühasib (Qazax)" qeyd etməyiniz xahiş olunur.
Bioloq (Kürdəmir)
Son tarix 01 dek 2022 [email protected]
Tələblər:
- Biologiya, mikrobiologiya, biokimya və tibb sahəsində ali təhsil;
- Müvafiq sahədə iş təcrübəsi olması üstünlükdür;
- MS Office və Outlook proqramlarından istifadə edə bilməli;
- Diqqətli və məsuliyyətli olmalı.
İş haqqında:
- Qida məhsullarında, ərzaq xammalında və qatqı maddələrində mikrobioloji analizləri aparmaq;
- İstehsalatın sanitar-gigiyena şəraitinə nəzarət etmək;
- Keyfiyyətə Nəzarət Planına uyğun istehsalat sahələrindən nümunələr götürmək;
- İstifadəsində olan cihaz, avadanlıqların kalibrasiyasını (nizamlanma) və periodik qulluğunu təmin etmək;
- Laboratoriyada təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını yerinə yetirmək;
- Mikrobioloji analizlərin nəticələrini rəhbərliyə təqdim etmək, uyğunsuzluq olduğu təqdirdə istehsalı dayandırmaq.
İş şərtləri: Həftə İş qrafiki 09.00-18.00
İş yeri: Kürdəmir rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsinə "Bioloq (Kürdəmir)" qeyd etməyiniz xahiş olunur.
Baş elektirik (Biləsuvar)
Son tarix 01 dek 2022 - [email protected]
Tələblər:
- Elektrik və Elektroenergetika üzrə ali təhsil,
- Müvafiq sahə üzrə 3-5 il təcrübə,
- Yüksək gərginlikdə işləmə bacarığı,
- Yüksək gərginliyə (4-cü və 5-ci qrup) müdaxilə etmə icazəsi olması.
İş haqqında:
- Müəssisədəki avadanlıq, dəzgah və təchizatların təlimata uyğun şəkildə işlədilməsini təmin etmək və onlara nəzarət etmək,
- Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək,
- Müəssisədə çalışan elektrikçilərin gördüyü işlərə nəzarət etmək,
- Müəssisədəki elektrik su nasosxanalarına periodik olaraq nəzarət etmək,
- Keyfiyyət və təhlükəsizliyə zəmanət tədbirlərinin həyata keçirmək.
İş şərtləri: Həftə içi 5 gün, 9:00-18:00
İş yeri: Biləsuvar. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsinə "Baş elektirik (Biləsuvar)" qeyd etməyiniz xahiş olunur.