Azersun Holding
Qazanxana və Kompressor sahə rəisi
Son tarix 29 okt 2022 - [email protected]
Ümumi məlumatlar:
- Ali texniki təhsil
- Qazanxana və Kompressor istilik sistemləri sahəsində ən azı 3 il iş təcrübəsi ;
- Şirkətin İstehsal, Keyfiyyətə Nəzarət və Təmir Baxım strategiyasını və əlaqədar qaydalarını bilməli,
- Dövlət standartları, sahə üzrə texniki-normativ sənəd və metodikalarını bilməli,
- Şirkətin bütün Əsasnamə və daxili qanunlarını bilməli,
- Yağ sənayesi və yağların xüsusiyyətlərini bilməli,
- Fabrika su təsərrüfatı, yumşaq su hazırlama, Təzyiqli hava, Soyutma-İsitmə sistemini və istehsal olan məhsulların xüsusiyyyətlərini, soyutma və isitmə texnologiya reglamentini bilməli,
- Qazanxana və kompressor sahə avadanlıq və təchizatların Texnologiya Layihəsinə uyğun montajı, demontajı və yer dəyişdirilməsi qaydalarını bilməli,
- Qazanxana və kompressor sahə avadanlıq, təchizat və ehtiyat hissələri konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilməli,
- Prosesin nəzarət və kritik nəzarət nöqtələrini, nəzarət metodlarını, proses parametrlərini təsbit etməyi bilməli,
- Sahə avadanlıqları üzrə texniki parça və materialların ömür müddəti və sifariş ediləcək ehtiyat miqdarlarını təyin edərək minumum ehtiyat saylarını bilməli,
- Təmir və Baxım Planlarını analiz edib, Baxım Planlarını hazırlamağı BOYS programı üzərindən təqibini bilməli
- Hissə sərfiyyatı üzrə avadanlıqların faydalı iş əmsalını analiz edərək, qabaqlayıcı qərarlar almağı bilməli,
- Qüsur cədvəlləri ilə ehtiyat hissələri siyahısını hazırlamağı və minimum ehtiyat miqdarını bilməli,
- Prosesdəki uyğunsuzluqların texniki səbəblərini, lazımı tədbirləri almağı və uyğunsuzluqları aradan qaldırmağı bilməli,
- Texniki işlərin taləbatına görə xarici bölmələrlə əlaqə qurmağı bilməli,
- İstehsal planlaması ilə əlaqədar qaydaları və metodları bilməli,
- İş Təhlükəsizliyi-İşçi Sağlamlığı, Kanalizasiya və Ekologiyanın Mühafizəsi tədbirlərini bilməli İş haqqında məlumat
İş haqqında məlumat:
- Sahələrə bağlı yeni qurğuların qurulması və ya prosesdəki dəyişikliklərdə avadanlıq və təhcizatlatların layihələndirilməsi, yerləşdirilməsi, montaj və demontajı, formların, prosedur, iş təlimatlarının hazırlanmasında iştirak etmək və tətbiqləri yoxlamaq,
- Avadanlıq və təchizatların istehsal layihələrinin çəkilməsindən iştirak etmək və layihəyə uyğun avadanlığın qurulmasını, montajını etmək,
- Bütün maşınların siyahısını çıxardaraq, əskik olan maşınların texniki kataloqlarını və ehtiyat hissələri siyahılarını təmin etməklə arxivlənməsini təmin etmək,
- Prosesdəki bütün avadanlıq, maşınların təlimatlara uyğun düzgün işlədilməsinə, test edilməsinə nəzarət etmək və təmir-baxım planlarını hazırlayaraq, BOYS proqramı üzərindən tətbiqləri təşkil etmək,
- Maşınların köhnəlmə müddətlərini nəzərə alaraq, bütün ehtiyat hissələri üçün minimum ehtiyat say üzrə çalışmanı etmək və bu parçaların ehtiyat miqdarlarını Unity, eBA proqramında təqib edib, minimum olduqda sifarişinin açılması üçün Texniki Planlama mütəxəssisini yazılı məlumatlandırmaq,
- Sahələr üzrə təmir edilə bilən ehtiyat hissələri, texniki vəsaitləri təsbit edib, Mexaniki sahədə təmirini aparmaq
- İşin gedişatını araşdıraraq, araşdırmalar etmək, yenilikçi və iqtisadi yönlü olub, səmərəli və etibarlı işlərin qurulmasını, minimum itki ilə yüksək keyfiyyətdə məhsul istehsalı üçün texniki təkliflər və fəaliyyətlərdə iştirak etmək,
- Prosesdə texniki çıxa biləcək və ya çıxan uyğunsuzluqlar üçün Düzəldici və Önləyici fəaliyyətlərdə olmaq,
- Ehtiyac duyulan elektrik, elektronik parça və hissələrin və elektrik sahəsində istifadə edilən materialların istifadə ömürlərini nəzərə alaraq, Texniki Planlama mütəxəssisi tərəfindən Texniki Kartlarını hazırlanması və sifarişinin açılılmasını təqib etmək,
- İstehsal planına görə istehsalın ən məhsuldar şəkildə və istənilən miqdarda prosedurlara uyğun reallaşdırılması üçün kadrosundaki texniki personalları təlimatlandırmaq, istiqamətləndirmək və işlərin icrasını nəzarət altında saxlamaq,
- Aparılan Təmir və Baxımlara nəzarət və analiz edib, təmir sayını azaldacaq qabaqlayıcı baxım planları üçün təkliflər vermək,
- Ehtiyat hissələri və texniki materialların daha uzun ömürlü istifadə etmək üçün təkliflər vermək,
- Təchizatların iş performanslarına nəzarət edərək, diaqramlar etmək, məhsuldarlığı az və qüsurlu təchizatları Rəhbərliyə bildirmək,
- Sənəd qeydiyyatı işlərinin Keyfiyyət İdarəetmə Sisteminə uyğun edilməsini, dosyalanmasını, revize edilməsini, arxivlənməsini, mühafizə edilməsini, gizli tutulmasını və Mərkəzi Arxivə göndərilməsini təmin etmək,
- Sahə üçün alınacaq işçinin nəzəri, praktik məlumat səviyyəsini yoxlamaq, personalın məlumat, təcrübəsini yüksəldəcək iş başı tədrisləri vermək,
- İstehsal planını nəzərə alaraq, tabeliyində olan personalların növbə qrafikini, məzuniyyət qrafikini hazırlamaq,
- İş təhlükəsizliyi-işçi sağlamlığı, sanitariya və ekologiyanın mühafizəsi istiqamətindəki qərar və tədbirlərin alınmasında iştirak etmək
İş şərtləri: 5 günlük (normal) iş rejimi, yemək təminatı və işə gediş-gəliş üçün servis təminatı.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Qazanxana və Kompressor sahə rəisi” qeyd etməyiniz xahiş olunur.
Logistika üzrə icraçı mütəxəssis (Qubadlı)
Son tarix 29 okt 2022 - [email protected]
Ümumi məlumatlar:
- Logistika, iqtisadiyyat və planlama sahələri üzrə ali təhsil;
- Namizəd 22-30 yaş arlığında olmalı;
- Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;
- Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcəkdir;
- MS Office (xüsusilə, Excel, Outlook) proqramlarını bilməlidir.
İş haqqında məlumat:
- Yükləmə prosedurlarına riayət edilməsi və tətbiqi;
- Nəqliyyat vasitələrinin (vaqon, avtomobil, təyyarə, konteynerlərin) vaxtında təmin edilməsi və yüklənərək yola salınması;
- Müştərilərə uyğun müvafiq sifarişlərin hazırlanması və yayımlanması;
- Yükləmə və gömrük sənədlərinin yoxlanılması;
- Həftəlik hesabatların hazırlanması;
- Əməkdaşlıq edilən müəssisələrlə mütəmadi olaraq əlaqələrin saxlanılması;
- Sifarişlərin hazırlanması;
- Yükləmələr barədə məlumatların sistemə daxil edilməsi;
- Sistemdən gündəlik nəqliyyat hesabatlarının çıxarılması ve hazırlanması.
İş şərtləri: Həftə içi 5 gün, saat 09.00-18.00
İş yeri: Qubadlı Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Logistika üzrə icraçı mütəxəssis (Qubadlı)” qeyd etməyiniz xahiş olunur.
Texniki Mühəndis
Son tarix 29 okt 2022 [email protected]
Ümumi tələblər:
- Texniki universitet məzunu (Mexanika, Qida mühəndisi, Maşın mühəndisliyi ixtisasları)
- İstehsalat sahəsində (texniki sahədə) 3-5 il iş təcrübəsi
- İngilis dili, Rus dili yüksək səviyyədə bilməli
- Texnoloji proseslərin aparılması qaydasını bilməli
- İstehsalatın və istehsal avadanlıqlarının texnoloji xüsusiyyətlərini bilməli
- İş proseslərini, texnoloji sxemləri oxumağı bacarmalı
- PLC, avtomatik, elektronik, pnevmatik, hidravlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli
- Texniki təhlükəsizlik qaydalarını bilməli
İş haqqında məlumat:
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Əsaslı təmir üçün siyahl tutulmasında iştirak edir.
- Bütün təmir işlərini avadanlıqların texniki passportunda qeyd edilən normativlərə əsasən həyata keçirir, normativdən kənara çıxmamaq üçün lazım gələrsə, avadanlığa dair internet resusrlarından istifadə edərək, təmir işlərini müasir standartlar əsasında qurur.
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak edir.
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir.
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, dəzgah və qurğulara təmir xidməti göstərən işçilərə istiqamət verir.
İş şərtləri:
- 9 saatlıq iş rejimi
- Nahar və servis xidməti şirkət tərəfindən.
İş yeri: Sumqayıt şəh.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı "Texniki Mühəndis” qeyd edib göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Memar
Son tarix 29 okt 2022 [email protected]
Tələblər:
- İnşaat və memarlıq sahəsində ali təhsili olmalı;
- Müvafiq sahəyə uyğun ən azı 3 il iş təcrübəsinə sahib olmalı;
- Azərbaycan Respublikası Şəhərsalma, Tikinti məcələsi, Tikinti norma və qayda qanunlarından istifadə “СНиП” -lə işləmə bacarığı;
- Baş plan işindən anlayışı olmalı:
- AutoCAD, 3ds Max - Vrey render, Artlantis,, Revit, Archicad, Photoshop, CorelDroaw və s. memarlıq proqramları ilə işləyə bilmə bacarığı olmalıdır.
İş haqqında məlumat:
- Bakı şəhəri ərazisində, rayon və bölgələrə lazım olduqda, gedib sərbəst ölçü işləri aparmalı;
- Memarlıq planlaşdırma həlli, memarlıq işçi layihələrinin, dizayn işlərinin detal və düyünlərinin hazırlanması;
- Hazırladığı layihələrin FHN dövlət ekspertiza idarəsində müdafiə edilməsi və təhvil verilməsi.
- Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasına texniki rəhbərliyi həyata keçirilməsini;
- Obyektlərin müəyyən olunmuş vaxtda istismara verilməsində, tikinti-quraşdırma və qoşulma işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə işlənməsini;
- Layihə üzrə işlərin yerinə yetirilməsində istehsal tapşırıqlarında dəqiqliyin təmin olunmasını;
- Tikinti-quraşdırma işlərində hesablamaların tərtib edilməsinə, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarinin təyin edilməsinə köməklik edilməsi;
- Layihələrin memarlıq hissələrində (bölmələrinin) işlənib hazırlanmasında iştirak edən dizayner və texniklər arasında iş bölgüsü aparır, onların işini əlaqələndirilməsini.
- Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi
İş şərtləri: İş qrafiki: həftə içi 5 gün
İş yeri: Bakı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı "Memar” qeyd edib göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçərək müraciət edə bilərlər.
IT texnik (Qaradağ rayonu, Al Marketlər)
Son tarix 29 okt 2022 [email protected]
Tələblər:
- Ali təhsilli olmalı;
- Müvafiq sahədə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir;
- Şəbəkə strukturunun işləmə prinsipini və ona aid olan kabellərinin (Fiber optika,Cat5 S/FTP,RG6) iş prinsipini bilməli;
- Kompüterlərin təmirini bacarmalı (HDD,Ram və s kimi hissələrin dəyişdirilməsi);
- Turniket sisteminin qurulmasi və texniki baxış edə bilməli;
- Kompüterin əlavə hissələrinin və qurğularının quraşdırılmasını bilməli (printer, skaner və s.);
- Kompüterlərin xırda təmirini bacarmalı (HDD, Ram və s kimi hissələrin dəyişdirilməsi);
- Təhlükəsizlik kameralarının qurulması və çıxan problemlərin təsbit edib aradan qaldirması;
- B kateqoriya sürücülük vəsiqəsi (mexaniki sürətlər qutusu olan avtomobil idarə edə bilməli);
- Ezamiyyətlərə gedə bilməli.
İş haqqında:
- İP kameralar ilə şəbəkə bağlantısını quraşdırılması;
- İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması;
- Printer, Scaner, Fax və s. kimi avadanlıqların quraşdırılması;
- Analoq və İP kamera sistemlərinin layihə halında tərtib edən və tələbə uyğun model və marka çıxarılması;
- PC, notebook, MS Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi;
- Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “ Al Marketlər - IT texnik (Qaradağ ray.)” qeyd etməyiniz xahiş olunur.