Azersun Holding
Baş Mühasib (Bölgələr)
Son tarix 02 okt 2022 - Müraciət et
Ümumi məlumatlar:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
- Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
İş haqqında:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00
Ünvan: Bakı, İmişli, Xaçmaz, Kürdəmir
Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Baş mühasib İmişli” qeyd etməyiniz xahiş olunur.
Təmizlik işləri üzrə nəzarətçi
Son tarix 02 okt 2022 - Müraciət et
Tələblər:
- Orta vəya ali təhsilli olmalı;
- Sahə üzrə 3 ilə qədər təcrübəsi olmalı;
- Gigiyena haqqında məlumatlı olmalı;
- Liderlik bacarıqları olmalı;
- Ünsiyyət bacarıqları yaxşı olmalı.
İş haqqında məlumat:
- Otelin arxa tərəfindəki dəhlizlərə, ümumi ərazilərə, qonaq otaqlarına, mərtəbə ofislərinə, anbarlara davamlı nəzarəti təmin etmək və onların mehmanxananın tələb etdiyi standartlarda saxlanılmasını təmin etmək;
- Bütün həmkarların öz vəzifələrini vaxtında yerinə yetirmələrini, həmişə müvafiq forma geyinmələrini və ad nişanlarını taxmalarını təmin etmək;
- Bütün sahələrin, şöbələrin hazır olmasını və ehtiyaclarını təmin etmək üçün ön büro, qonaq xidmətləri və eşikağası ilə əməkdaşlıq etmək;
- Otaq şəraitindən xəbərdar olmaq;
- Təmirə ehtiyacı olan əşyaların təmir olunmasını təmin etmək üçün müvafiq tədbirlər almaq;
- Qonaqların tələblərinin və təmizlik ləvazimatlarının mərtəbədəki ofislərdə düzgün yerləşdirilməsini təmin etmək;
- Bütün dərin təmizləmə proqramlarının planlaşdırılmasını təmin etmək;
- Təsərrüfat işləri üzrə menecerinin göstərdiyi və ya təyin etdiyi digər vəzifələri yerinə yetirmək;
- Müvafiq şöbəyə/həmkarlara yeni və ya fərqli prosedurlar barədə vaxtında məlumat vermək.
İş Yeri: Dreamland Entertaiment MMC (Bakı şəhəri)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Təmizlik işləri üzrə nəzarətçi” qeyd etməyiniz xahiş olunur.
Baytar həkim (Kürdəmir)
Son tarix 02 okt 2022 - Müraciət et
Tələblər:
- Baytarlıq sahəsi üzrə ali təhsil;
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
Ümumi tələblər:
- İri buynuzlu və kiçik baş heyvanların epizootiya əleyhinə profilaktik, sanitar və digər baytarlıq tədbirlərin aparılması yolu ilə xəstəliklərdən qoruması;
- Məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tədbirlərinin həyata keçirilməsi;
- Xəstə heyvanların müalicə edilməsi;
- Qida və emal üçün nəzərdə tutulan məhsulların və xammalın keyfiyyətinə nəzarət olunması.
İş qrafiki: Növbəli iş qrafiki, həftədə 1 gün istirahət.
İş yeri: Kürdəmir rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsinə "Baytar Həkim (Kürdəmir)" qeyd etməyiniz xahiş olunur
Bioloq (Kürdəmir)
Son tarix 02 okt 2022 - Müraciət et
Tələblər:
- Biologiya, mikrobiologiya, biokimya və tibb sahəsində ali təhsil;
- Müvafiq sahədə iş təcrübəsi olması üstünlükdür;
- MS Office və Outlook proqramlarından istifadə edə bilməli;
- İngilis dili bilməli, Rus dili (arzuolunandır).
- Diqqətli və məsuliyyətli olmalı.
İş haqqında:
- Qida məhsullarında, ərzaq xammalında və qatqı maddələrində mikrobioloji analizləri aparmaq;
- İstehsalatın sanitar-gigiyena şəraitinə nəzarət etmək;
- Keyfiyyətə Nəzarət Planına uyğun istehsalat sahələrindən nümunələr götürmək;
- İstifadəsində olan cihaz, avadanlıqların kalibrasiyasını (nizamlanma) və periodik qulluğunu təmin etmək;
- Laboratoriyada təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını yerinə yetirmək;
- Mikrobioloji analizlərin nəticələrini rəhbərliyə təqdim etmək, uyğunsuzluq olduğu təqdirdə istehsalı dayandırmaq.
İş şərtləri: İş qrafiki 09.00-18.00
İş yeri: Kürdəmir rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsinə "Bioloq (Kürdəmir)" qeyd etməyiniz xahiş olunur.
Keyfiyyətə nəzarət üzrə mühəndis (Bölgələr)
Son tarix 02 okt 2022 - Müraciət et
Ümumi məlumatlar:
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olmalı;
- Kimya mühəndisi;
- Qida mühəndisi;
- Mexanika mühəndisi.
- Avtomatlaşdırma
- Araşdırma və analizetmə bacarığı olmalı;
- Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- MS Office (Word, Excel) proqramlarında istifadə etməyi bacarmalıdır.
İş haqqında məlumat:
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
- Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
- Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi;
- İstehsalat prosesinə nəzarətin həyata keçirilməsi.
İş yeri Regionlar: İmişli,Kürdəmir,Lənkəran
Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Növbəli iş rejimi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Keyfiyyətə nəzarət üzrə mühəndis(Bölgələr))” qeyd olunmalıdır) göndərə bilərlər və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müştəri xidmətləri üzrə baş mütəxəssis
Son tarix 01 okt 2022 - Müraciət et
Tələblər:
- Ali təhsili olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı;
- Müştəri xidmətləri sahəsi üzrə 3 il iş təcrübəsi olmalı;
- Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
- Mükəmməl təqdimat bacarığı olmalı.
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
İş haqqında məlumat:
- Müştərilərə müəssisənin xidmətləri barədə məlumat vermək;
- İşlətmənin korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirtmək;
- Müştəri məmnuniyyətinin əldə olunması üçün xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq;
- Müştərilərlə mobil əlaqələr strategiyasını inkşaf etdirilməsi və ehtiyacların dəqiq analiz edilməsi;
- CRM kompaniyalarında mümkün olan ən yaxşı nəticələrin əldə edilməsini üçün CRM fəaliyyətinin test ve analizini etmək;
- CRM sahasindəki inkşafları təqib etmək və yeni tətbiqlərin iş axınına daxil olmasını təmin etmək;
- Yeni məlumatları məlumat bazasına əlavə etmək və mövcud məlumatlardakı dəyişiklikləri yeniləmək;
- Müəssisə ve müştərilərin məlumat məxfiliyini qorumaq və müştərilərlə nəzakətli ünsiyyətdə olmaq;
- Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək.
İş yeri: Dreamland (Bakı şəhəri)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Müştəri xidmətləri üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.