Azersun Holding
Keyfiyyətə nəzarət üzrə mühəndis
Son tarix 05 sen 2022 - [email protected]
Ümumi məlumatlar:
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olmalı;
- Kimya mühəndisi;
- Qida mühəndisi;
- Mexanika mühəndisi.
- Araşdırma və analizetmə bacarığı olmalı;
- Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- MS Office (Word, Excel) proqramlarında istifadə etməyi bacarmalıdır.
İş haqqında məlumat:
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
- Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
- Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi;
- İstehsalat prosesinə nəzarətin həyata keçirilməsi.
İş yeri: Regionlar: Bakı, Sumqayıt
Növbəli iş rejimi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Keyfiyyətə nəzarət üzrə mühəndis)” qeyd olunmalıdır) göndərə bilərlər və ya hrazersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Azersun Holding
Müştəri xidmətləri üzrə baş mütəxəssis
Son tarix 05 sen 2022 - [email protected]
Ümumi tələblər:
- Ali təhsili olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- İngilis və Rus dili bilgisi olmalı;
- Müştəri xidmətləri sahəsi üzrə 3 il iş təcrübəsi olmalı;
- Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
- Mükəmməl təqdimat bacarığı olmalı.
İş haqqında məlumat:
- Daşınmaz əmlak bazarında həyata keçirilən kampaniyalarla bağlı müştəriləri düzgün məlumatlandırmaq;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq və məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək;
- Daşınmaz əmlak layihələri üzrə işlərin təqibi və PDF təqdimatların hazırlanması;
- Yeni müştərilərin axtarışı və cəlb olunması;
- Rəhbərlik tərəfindən tələb olunan hesabatları zamanında təqdim etmək;
- Daşınmaz əmlak bazarının öyrənilməsi və bankın satış strategiyasına uyğun müştərilərin cəlb edilməsi.
İş şərtləri: 6 iş günü
İş yeri: Dreamland.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Müştəri xidmətləri üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Baş Mühasib (İmişli)
Son tarix 05 sen 2022 - [email protected]
Ümumi məlumatlar:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
- Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
İş haqqında:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00
Ünvan: İmişli,
Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Baş mühasib İmişli” qeyd etməyiniz xahiş olunur.
Satınalma üzrə mütəxəssis
Son tarix 05 sen 2022 - [email protected]
Tələblər:
- Ali təhsilli olmalı;
- Satınalma sahəsində ən azı 1 illik iş təcrübəsi olmalı;
- Analiz etmə bacarığına sahib olmalı;
- Kompüter bilikləri olmalı.
- Rus dili biliyi mütləqdir İngilis dili arzuolunandır.
İş haqqında:
- Satınalma işinin təşkil edilməsi;
- Məhsul tələblərinin şirkətin qaydalarına uyğun olaraq vaxtında və sərfəli satın alınmasının və tədarükünün təşkil edilməsi;
- Tədarükçülərlə əlaqəli işlərin idarə edilməsi;
- Tədarükçülərin siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi;
- Bazar araşdırması edərək yeni potensial Tədarükçülərin və Təchizatçıların tapılması;
- Səfərlər etməklə Tədarükçülərin qiymətləndirilməsi, Tədarükçülərin satınalma şərtlərinin uyğunlaşdırılması;
- Alınan məhsulların logistika fəaliyyətlərinin tənzimlənməsi;
- Satınalma ilə bağlı sənədlərin müvafiq şöbələrə göndərilməsinin təşkil edilməsi;
- Məhsul çıxışı ilə bağlı sənədləşdirmə işlərinin aparılmasının təşkil edilməsi.
İş yeri: Regionlar: Bakı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Satınalma üzrə mütəxəssis” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Avtomatika üzrə aparıcı mühəndis
Son tarix 05 sen 2022 - [email protected]
Ümumi tələblər:
- Ali təhsilli olmalı ;
- Avtomatika sahəsində minimum 3 il iş təcrübəsi olmalı;
- PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmirinin əsaslarını bilməli;
- SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) haqqinda bilikləri olmalı və lazim olduqda müəyyən dəyişikliklər etməyi bacarmalı;
- PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı;
- Hart protokollu kommunikatorlardan istifadə qabiliyyətinə malik olmalı;
- AC invertorların (driver) proqramlaşdırılmasını bilməli;
- Sahə cihazlarının baxım və kalibirlənməsini müvafiq plan və təlimatlara uyğun edilməsini, lazım olduqda baxım fəaliyyətlərini həyata keçirməyi bacarmalidır
İş haqqında məlumat:
- Lokal nəzarət prosesləri üçün proqramların yazılması;
- Avtomatik nəzarət sistemlərində istifadə olunan şəbəkələrin (Industrial Ethernet, Profibus, Multi-Point Interface) qurulması;
- Maşın və avadanlıq idarəetmə proqramlarına nəzarətin həyata keçirilməsi;
- Həssas ölçü cihazlarının nizamlanması;
- Yeni cihazların sınaqlarının həyata keçirilməsi;
- Mərkəzi və lokal on-line UPS sistemlərinə nəzarət edilməsi.
- Sahə cihazlarının baxım və kalibirlənməsini müvafiq plan və təlimatlara uyğun edilməsini və lazım olduqda baxım fəaliyyətlərini həyata keçirməyi bacarmali:
- Avtomatik idarə etmə sistemində və sahə cihazlarinda nasazlıq müəyyən edildikdə təmirini həyata keçirmək, işini təmin etmək.
- Pnevmatik sistemlərin idarə etmə dövrələrində və ölçü cihazlarında yaranmış problemləri aradan qaldırmaq.
İş şərtləri: Növbəli,
İş yeri: Sumqayıt,
Nahar və servis şirkət tərəfindən qarşılanır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Avtomatika üzrə aparıcı mühəndis” qeyd etməyiniz xahiş olunur.