Baş elektrik (Biləsuvar)
Son tarix 06 iyn 2022
Namizədə aid tələblər:
-
Elektrik və Elektroenergetika üzrə ali təhsil,
-
Müvafiq sahə üzrə 3-5 il təcrübə,
-
Yüksək gərginlikdə işləmə bacarığı,
-
Yüksək gərginliyə (4-cü və 5-ci qrup) müdaxilə etmə icazəsi olması.
İş haqqında məlumat:
-
Müəssisədəki avadanlıq, dəzgah və təchizatların təlimata uyğun şəkildə işlədilməsini təmin etmək və onlara nəzarət etmək,
-
Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək,
-
Müəssisədə çalışan elektrikçilərin gördüyü işlərə nəzarət etmək,
-
Müəssisədəki elektrik su nasosxanalarına periodik olaraq nəzarət etmək,
-
Keyfiyyət və təhlükəsizliyə zəmanət tədbirlərinin həyata keçirmək.
İş qrafiki:
-
Həftə içi 5 gün.
İş yeri:
-
Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Baş elektrik (Biləsuvar)”) qeyd olunmalıdır) göndərə bilərlər.
Ziyanvericilərə qarşı mübarizə üzrə mütəxəssis
Son tarix 06 iyn 2022
Ümumi məlumatlar:
-
Kənd təsərrüfatı, Tibbi profilaktika, biologiya və ya zoologiya sahəsində ali təhsil;
-
Həşaratlar sinifi (qanadlı həşəratlar,tarakankimilər,düzqanadlılar,bitlər, bərabərqanadlılar,birələr, sərtqanadlılar və ya böcəklər, ikiqanadlılar, pulcuqlu qanadlılar,pərqanadlılar və s.), gəmiricilər (xüsusi ilə sinantrop gəmiricilər), məhsulların içərisində rastlanıla biləcək ziyanverici həşaratlar və digər canlılarla (ilan, əqrəb, quş, it, pişik və s.) mübarizə sahəsində təcrübə;
-
Aşağıdakıları bilməlidir;
-
dezinfeksiya, dezinseksiya, dezodorasiya və deratizasiya üçün tətbiq edilən vasitələrin növlərini, xüsusiyyətlərini və hazırlanması üsullarını;
-
dezinfeksiya, dezinseksiya, və deratizasiya işlərinin aparılması zamanı şəxsi və ictimai təhlükəsizlik tədbirlərini;
-
zəhərli kimyəvi preparatlarla işin təhlükəsizliyi qaydasını;
-
fərdi müdafiə vasitələrindən istifadə qaydasını;
-
zəhərli kimyəvi preparatların vurulması üçün dezinseksiya maşınlarının və aparatlarının quruluşu və iş prinsiplərini;
-
Orqanizmasında allergiyası olmamlı;
-
İrgənmə və yüksəkdən qorxma kimi fobiyaları olmamlı;
-
BC kateqoriyalı sürücülük vəsiqəsi olmalı.
İş haqqında məlumat:
-
Zərərverici həşaratlar və heyvanlara qarşı mübarizə işinin təşkili və icra edilməsi;
-
Müəssisələrin həşaratlarla mübarizə çərçivəsində tədqiq edilməsi;
-
Dezinseksiya və Deratizasiya işlərinin həyata keçirilməsi,
-
Əməyin təhlükəsizliyi və işçinin sağlamlığı ilə əlaqədar sanitariya, ekoloji və yanğından mühafizə qaydalarına riayət olunmasına cavabdehdir;
-
Müəssisə daxilindəki avadanlıqlara nəzarət edilməsi;
-
Problemlərin aşkarlanması, mənbələrin dəyərləndirilməsi və qabaqlayıcı fəaliyyətlərin həyata keçirilməsi.
İş şərtləri:
-
6 iş günü
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Ziyanvericilərə qarşı mübarizə üzrə mütəxəssis)” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər
İnsan resursları üzrə mütəxəssis (Kürdəmir)
Son tarix 06 iyn 2022
Namizədə aid tələblər:
-
Ali təhsili olmalı;
-
MS Office, Elektron Hökümət Portalından istifadə qaydalarını bilməli;
-
AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
-
Miqrasiya məcəlləsini bilməli;
-
Əlaqədar sahə üzrə 1-3 il iş təcrübəsi olmalıdır.
İş haqqında məlumat:
-
Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
-
Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
-
Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi, sosial sığorta kartlarının açmasının təmin edilməsi;
-
İşçilərin şəxsi işlərinin formalaşdırılması;
-
Əmək kitabçalarına qeydiyyatların aparılması;
-
Məzuniyyət qrafikinə uyğun işçilərin məzuniyyətlərini rəsmiləşdirilməsi;
-
İşçilərin tibbi müayinədən keçirilməsi və illik təqib edilməsi;
-
Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir.
-
Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında səbəblərini qeyd etməklə raport tərtib edir.
-
Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır.
-
İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir.
İş qrafiki:
-
Həftə içi 5 gün.
İş yeri:
-
Kürdəmir rayonu. Yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “İR üzrə mütəxəssis (Kürdəmir)” qeyd olunmalıdır) göndərə bilərlər.
Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Biləsuvar)
Son tarix 06 iyn 2022
Ümumi məlumatlar:
-
Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olmalı;
-
Kimya mühəndisi;
-
Qida mühəndisi;
-
Mexanika mühəndisi.
-
Araşdırma və analizetmə bacarığı olmalı;
-
Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
-
MS Office (Word, Excel) proqramlarında istifadə etməyi bacarmalıdır.
İş haqqında məlumat:
-
İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
-
Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
-
Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
-
Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi;
-
İstehsalat prosesinə nəzarətin həyata keçirilməsi.
İş yeri:
-
Regionlar: Biləsuvar
-
Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
-
Növbəli iş rejimi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Keyfiyyətə nəzarət üzrə mühəndis (Biləsuvar)” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.