Azersun Holding
Hüquqşünas
Son tarix 07 may 2022 - [email protected]
Namizədə aid tələblər:
- Ali hüquqi təhsil;
- Hüquq üzrə minimum 3 il iş təcrübəsi;
- İngilis dili biliyi olmalı;
- Hüquqi sənədləri sərbəst hazırlamalı;
- Ünsiyyətcil və qrup şəklində işləmək qabiliyyətinə, təhlil və analiz etmə bacarığına malik olmalı;
- Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyətinə malik olmalı.
İş haqqında məlumat:
- Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika, nəqliyyat) hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələr, razılaşdırmalar aparılması;
- Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
- Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
- Şirkət müəssisələrinin tərəf kimi iştirak etdiyi birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində nümayəndə kimi iştirak edilməsi, məhkəmə sənədlərinin (iddia ərizələri, etibarnamələr, vəsatətlət, yazılı izahatlar, apellyasiya və kassasiya şikayətləri, məhkəmə çıxışları və s.) hazırlanması;
- Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi;
- Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
- Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
- Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və onlara hüquqi rəy verilməsi;
- Daşınmaz əmlak və torpaq sahələri üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının notariat ofislərində və qeydiyyat orqanlarında rəsmiləşdirilməsinin təmin edilməsi;
- Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması və onların dövlət qeydiyyatının həyata keçirilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına ``Hüquqşünas`` başlığı ilə göndərə bilərlər.
Azersun Holding
Sətəm üzrə kiçik mütəxəssis (Al Marketlər)
Son tarix 07 may 2022 - [email protected]
Əsas tələblər:
- Ali təhsilli olmalı;
- Aidiyyatı sahə üzrə minimum 1 il təcrübə;
- Ofis proqramlarında işləməyi bacarmalı;
- Kollektivlə işləmək bacarığı;
- Normativ sənədlərlə işləməyi bacarmalıdır;
- B kateqoriyası sürücülük vəsiqəsi.
Vəzifə təlimatı:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməli;
- Satış sahəsində zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
- Satış sahəsində sanitariyasına nəzarət və binanın, qurğuların, avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına, xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
- Satış sahəsində bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir;
- Müəssisədə yanğın təhlükəsizliyi avadanlıqlarının xidməti və nəzarətinin təşkilini aparmalıdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Al Marketlər-Sətəm üzrə kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Azersun Holding
Keyfiyyət və istehsalat proseslərinə nəzarət üzrə mühəndis (Regionlar)
Son tarix 07 may 2022 - [email protected]
Ümumi məlumatlar:
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olmalı;
- Kimya mühəndisi;
- Qida mühəndisi;
- Mexanika mühəndisi.
- Araşdırma və analizetmə bacarığı olmalı;
- Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- MS Office (Word, Excel) proqramlarında istifadə etməyi bacarmalıdır.
İş haqqında məlumat:
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
- Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
- Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi;
- İstehsalat prosesinə nəzarətin həyata keçirilməsi.
- Növbəli iş rejimi.
Regionlar: İmişli,Kürdəmir və Lənkəran
Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Keyfiyyətə nəzarət üzrə mühəndis (İmişli)” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər
Azersun Holding
Kiber Təhlükəsizlik Eksperti
Son tarix 07 may 2022 - [email protected]
Namizədə aid tələblər:
- Ali təshsilli olmalı;
- İnformasiya Təhlükəsizliyi sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
- OWASP Top 10 və MITRE ATT&CK kimi çərçivələrdə təsvir olunan zəiflikləri və hücum texnikalarını bilməli
- Aşağıdakılardan ən azı 2-ni bilməli:
- Hücumların simulyasiyası;
- İnsidentlərin aşkarlanması və aradan qaldırılması;
- NGFW, WAF, Web Proxy, AV kimi təhlükəsizlik sistemlərinin idarə olunması.
- İngilis dili biliyi üstünlükdür;
- CEH, OSCP, LPT, OSCE, OSWE, CİSSP sertifikatlarından birinin olması üstünlükdür;
- Skript dillərlə işləmə bacarığı olması üstünlükdür;
- Bank sektorunda təcrübəsi olması üstünlükdür;
- İnformasiya Təhlükəsizliyi sahəsində ali təhsil olması üstünlükdür.
İş haqqında məlumat:
- Boşluqların aradan qaldırılması və sızma testlərinin həyata keçirilməsi;
- Kodların analiz edilərək mövcud boşluqlarının aşkarlanması;
- Email GW, Web Proxy, WAF, Endpoint Protection kimi təhlükəsizlik sistemlərinin konfiqurasiya, dəstək və idarə edilməsi;
- Bankda təhlükəsizlik risklərinin müəyyənləşdirilməsi;
- Yeni təhlükəsizlik araşdırmaların nəticələrinin daim izlənməsi;
- Mövcud olan zəiflik aşkarlama mexanizmlərinin və vasitələrinin təkmilləşdirilməsi.
İş yeri: Azərbaycan Sənaye Bankı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına ``Kiber Təhlükəsizlik Eksperti `` başlığı ilə göndərə bilərlər.