Müştəri ximətləri üzrə baş mütəxəssis
Son tarix 01 may 2022 - [email protected]
Əsas tələblər:
-
Ali təhsili olmalı;
-
Komandada işləmək bacarığı olmalı;
-
İngilis və Rus dili bilgisi olmalı;
-
Müştəri xidmətləri sahəsi üzrə 3 il iş təcrübəsi olmalı;
-
Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
-
Mükəmməl təqdimat bacarığı olmalı.
Vəzifə təlimatı:
-
Daşınmaz əmlak bazarında həyata keçirilən kampaniyalarla bağlı müştəriləri düzgün məlumatlandırmaq;
-
Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq və məsləhələr vermək, alış üçün seçim variantları təklif etmək;
-
Daşınmaz əmlak layihələri üzrə işlərin təqibi və PDF təqdimatların hazırlanması;
-
Yeni müştərilərin axtarışı və cəlb olunması;
-
Rəhbərlik tərəfindən tələb olunan hesabatları zamanında təqdim etmək;
-
Daşınmaz əmlak bazarının öyrənilməsi və bankın satış strategiyasına uyğun müştərilərin cəlb edilməsi.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərlər.
Email-in mövzu hissəsində “Müştəri xidmətləri üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Baş mühasib (Bölgələr)
Son tarix 01 may 2022 - [email protected]
Namizədə aid tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
- Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
İş haqqında məlumat:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
İş yeri: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına ``Baş mühasib (bölgə)`` başlığı ilə göndərə bilərlər.