Maliyyə analizi üzrə mütəxəssis (Xaçmaz,Lənkəran, İmişli)
Son tarix 26 apr 2022 - [email protected]
Namizədə aid tələblər:
-
Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
-
Aidiyyatı sahə üzrə minimum 3 illik iş təcrübəsi;
-
Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
-
Yüksək analitik qabiliyyət və problem həll etmə bacarığı olmalı;
-
Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
-
Rus və ya İngilis dillərini yaxşı səviyyədə bilməli;
-
Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7) olması əlavə üstünlükdür ..
İş haqqında məlumat:
-
Maliyyə cədvəllərinin hazırlanması;
-
Pərakəndə müəssisələrdən gələcək olan raportlara əsasən data analizi aparılması;
-
Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi;
-
Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
-
Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;
-
Maliyyə riskinin müəyyən edilməsi.
İş yeri: Xaçmaz, Lənkəran, İmişli. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına ``Maliyyə analizi üzrə mütəxəssis (müvafiq bölgə)`` başlığı ilə göndərə bilərlər.