Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Al Marketlər)
Son tarix 04 apr 2022
Əsas tələblər:
-
Qida Mühəndisi, Kimya mühəndisliyi, Aqronomluq ixtisasları üzrə ali təhsilİ olmalı;
-
MS Office proqramlarını bilməli;
-
Meyvə-tərəvəz sahəsində təcrübəsi olmalı.
Vəzifə təlimatı:
-
Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etməli;
-
Depoda meyvə-tərəvəz məhsullarının qəbulu zamanı saxlanma şəraiti, satışa yararlılığına nəzarət etməli;
-
Tədarük edilən malların kimyəvi, fiziki, mikrobioloji tərkibinin və orqanoleptik parametrlərinə görə yoxlanılmalı;
-
Tədarük edilən malların keyfiyyət standartlarına uyğunluğunun yoxlanmalı;
-
Tədarük olunacaq malların keyfiyyəti ilə bağlı uyğunsuzluqların təsbit edilməli;
-
İstehlak bazarı araşdırmalarının izlənilməsi;
-
Tədqiq sonrası hesabat hazırlamaq, əlaqədar müəssisə rəhbərinə göndərməlidir.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Al Marketlər - Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Keyfiyyət və prosesə nəzarət üzrə mühəndis (İmişli)
Son tarix 05 apr 2022
Ümumi məlumatlar:
-
Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olmalı;
-
Kimya mühəndisi
-
Mexanika mühəndisi
-
Maşın mühəndisi
-
Sənaye mühəndisi
-
Araşdırma və analizetmə bacarığı olmalı;
-
Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
-
MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalıdır.
İş haqqında məlumat:
-
İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
-
Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
-
Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
-
Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi;
-
İstehsalat prosesinə nəzarətin həyata keçirilməsi.
İş qrafiki: Növbəli iş rejimi.
İş yeri: İmişli Şəkər Zavodu (Digər bölgələrdən olan şəxslər yaşayış yeri və gündə 3 dəfə qidalanma ilə təmin olacaqlar.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Keyfiyyət və prosesə nəzarət üzrə mühəndis-İmişli” qeyd etməyiniz xahiş olunur.
İş qrafiki: Növbəli iş rejimi.
Aparıcı Mühasib (Qubadlı)
Son tarix 05 apr 2022
Vəzifə üzrə tələblər:
- Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil olmalı (magistr dərəcəsi olması arzuolunandır);
- Mühasib kimi 2-3 il iş təcrübəsi olmalı;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- MS Office, 1C, BTP, EVHF hesabatları yaxşı səviyyədə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyyə modulu ilə çalışa bilməlidir.
İş təsviri:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Maliyyə, büdcə, maya dəyəri hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi, düzgünlüyünün analizi və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi.
- Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanması.
Əlavə məlumat:
İş yeri: Qubadlı rayonu. Yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Aparıcı mühasib (Qubadlı)” qeyd etməyiniz xahiş olunur.
Planlama üzrə mütəxəssis
Son tarix 05 apr 2022
Ümumi məlumatlar:
-
Ali təhsilli olmalı (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
-
Planlama üzrə minimum 1 illik təcrübəyə sahib olmalı;
-
MS Excel proqramını yaxşı səviyyədə bilməli;
-
Analitik düşünmə qabiliyyətinə malik olmalıdır.
İş haqqında məlumat:
-
Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik,aylıq və ya illik olmaqla istehsal planlamasını hazırlamalı;
-
Planlanan məhsulun zamanında istehsala daxil olması üçün səy göstərməli,
-
Əldə olan və yeni təmin edilən məhsulu stokda saxlayaraq doğru şəkildə paylanmasını həyata keçirtməli;
-
Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq məhsulları müəyyən edərək bağlı olduğu rəhbərə bildirməli;
-
İstehsal olunmuş məhsulun stokunu təqib etməli və stokda əksilən məhsulların istehsal planını verməli;
-
Kənardan satın alınan məhsulların müddətinə və istehsal həcminə görə stoku formalaşdırmalı;
-
İstehsal proqramında olmayan, lakin təcili istehsal olunması lazım olan məhsulların istehsalını həyata keçirilməsi üçün səy göstərməli;
-
Xüsusi kampaniyalar zamanı istehsal olunan məhsulların siyahısını hazırlayıb bağlı olduğu rəhbərinə təqdim etməlidir.
İş şərtləri: Həftə içi 5 gün
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Planlama üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Kiber Təhlükəsizlik Eksperti
Son tarix 04 apr 2022
Namizədə aid tələblər:
-
Ali təshsilli olmalı;
-
İnformasiya Təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi olmalı;
-
OWASP Top 10 və MITRE ATT&CK kimi çərçivələrdə təsvir olunan zəiflikləri və hücum texnikalarını bilməli
-
Aşağıdakılardan ən azı 2-ni bilməli:
-
Hücumların simulyasiyası;
-
İnsidentlərin aşkarlanması və aradan qaldırılması;
-
NGFW, WAF, Web Proxy, AV kimi təhlükəsizlik sistemlərinin idarə olunması.
-
-
İngilis dili biliyi üstünlükdür;
-
CEH, OSCP, LPT, OSCE, OSWE, CİSSP sertifikatlarından birinin olması üstünlükdür;
-
Skript dillərlə işləmə bacarığı olması üstünlükdür;
-
Bank sektorunda təcrübəsi olması üstünlükdür;
-
İnformasiya Təhlükəsizliyi sahəsində ali təhsil olması üstünlükdür.
İş haqqında məlumat:
-
Boşluqların aradan qaldırılması və sızma testlərinin həyata keçirilməsi;
-
Kodların analiz edilərək mövcud boşluqlarının aşkarlanması;
-
Email GW, Web Proxy, WAF, Endpoint Protection kimi təhlükəsizlik sistemlərinin konfiqurasiya, dəstək və idarə edilməsi;
-
Bankda təhlükəsizlik risklərinin müəyyənləşdirilməsi;
-
Yeni təhlükəsizlik araşdırmaların nəticələrinin daim izlənməsi;
-
Mövcud olan zəiflik aşkarlama mexanizmlərinin və vasitələrinin təkmilləşdirilməsi.
İş yeri: Azərbaycan Sənaye Bankı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına ``Kiber Təhlükəsizlik Eksperti `` başlığı ilə göndərə bilərlər.
Qəza Komissarları (Bakı/Quba-Xaçmaz/Göyçay/Bərdə)
Son tarix 04 apr 2022
Tələblər:
-
Orta və ya ali təhsilli olmalı;
-
Aidiyyatı sahədə iş təcrübəsi olması üstünlükdür;
-
B kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
-
Şəxsi avtomobili olmalı;
-
Yol hərəkəti haqqında anlayışlı olmalı;
-
Regionları tanımalı;
-
Avtomobilin texniki hissələrindən anlayışı olmalı;
-
Ünsiyyətcil, işgüzar, analitik düşüncə tərzi, kollektivdə işləmək qabiliyyəti olmalı.
İş haqqında:
-
Qəbul edilmiş hadisə barədə məlumatı araşdırmaq;
-
Hadisə yerinə çıxış etmək, hadisənin foto və video çəkilişlərini aparmaq;
-
Yol nəqliyyat hadisəsi zamanı sürücülərin kimliyini, nəqliyyat vasitəsini həqiqətən da onların idarə etdiyini, istifadə üçün bütün sənədlərinin olub olmamasını, sığorta şəhadətnaməsini yoxlamaq;
-
Hadisə barədə ətraflı məlumat əldə etmək üçün DYP və digər dövlət qurumları ilə əlaqə saxlamaq;
-
Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın (Forma 4 və ya digəri) göndərilməsi ilə əlaqədar səlahiyyətli dövlət orqanına (DYP və s.) sorğu göndərmək;
-
Sığorta hadisəsi yerində DYP əməkdaşı tərəfindən YNH-nin iştirakçılarının sənədlərini aparılmış olsa belə, tələb olunan sənədlərin surətlərini və ya şəkillərini əldə etmək məqsədilə DYP-nın ünvanına getmək;
-
Sərxoşluq və digər halların dərəcəsini yoxlamaq üçün səlahiyyətli dövlət orqanın iştirakı ilə sürücünü müvafiq orqanda müayinəyə yönəltmək;
-
Sığorta işinin açılması üçün, ilkin topladığı sənədləri 1 iş günü ərzində Müştəri Xidmətləri Şöbəsinə təhvil vermək;
-
Yekun sığorta ödənişi aktının tərtibatında iştirak etmək
Qeyd: Qəza komissarları aşağıda qeyd olunan bölgələr üzrə mövcud olan vakansiyalar çərçivəsində dəyərləndiriləcəkdirlər.
-
Bakı
-
Quba-Xaçmaz
-
Göyçay
-
Bərdə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına ``Qəza Komissarı (müvafiq bölgə)`` başlığı ilə göndərə bilərlər.
İşə Qəbul üzrə Mütəxəssis
Son tarix 04 apr 2022
Əsas tələblər:
-
Ali təhsilli (Menecment, iqtisadiyyat, sosial elmlər, insan resurslarının idarə edilməsi və s) olmalı;
-
Əmək məcəlləsi və qanunvericiliyin digər normativ qaydalarından anlayışlı olmalı;
-
İş ezamiyyətlərinə gedə bilməli;
-
3 ilə qədər əlaqədar sahədə iş təcrübəsi olmalı;
-
İngilis və rus dillərini bilməsi üstünlükdür;
-
Stres altında işləməyi bacarmalı;
-
Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı;
-
Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
-
CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
-
MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
Vəzifə təlimatı:
-
Şirkətin işə qəbul və yerləşdirmə prosesinin təşkil edilməsi;
-
İşə qəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;
-
İşə qəbul hesabatlarının hazırlanması;
-
İşə qəbul testlərinin həyata keçirilməsi;
-
İşə qəbul kanallarının idarə olunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
-
İşə qəbul layihələrində təşkilati işin həyata keçirilməsi.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Network Administrator
Son tarix 04 apr 2022
Main requirements:
-
Bachelor or Master Degree in İnformation Technologies or related;
-
Experience and knowledge with Netwok Technologies, such as LAN/WAN,Wireless,VPN and etc.
-
Strong analytical and troubleshooting skills
-
Certified CCNA/CCNP specialists will be preferred
-
Good knowledge of English and Russian language is a plus
-
Good team player
Required competencies:
-
Integrity
-
Consumer Focus
-
Teamwork & Collaboration
-
Drive for Results
-
Continuous Improvement
Responsibilities:
-
Active/passive network equipment installation, tuning and maintenance.
-
Troubleshooting of problems on network levels including hardware and software problems.
-
Control 3-rd party companies works related with IT.
-
Participate in the development, delivery, and support of new IT infrastructure systems, tools and technologies according İT
-
Development targets/plans.
-
Documenting infrastructure systems including hardware and software systems.
-
Perform notification about business-affected problems on the network in time.
-
Plan and perform preventive maintenance works.
-
Perform regular backup of system and configurations files.
-
Carry out duties according to IT policy and procedures.
Additional information:
If you meet the requirements, you can send your CV to [email protected] or register at hr.azersun.com
Please indicate "Network Administrator" in the subject line of the email.
Kiber Təhlükəsizlik Eksperti
Son tarix 04 apr 2022
Namizədə aid tələblər:
-
Ali təshsilli olmalı;
-
İnformasiya Təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi olmalı;
-
OWASP Top 10 və MITRE ATT&CK kimi çərçivələrdə təsvir olunan zəiflikləri və hücum texnikalarını bilməli
-
Aşağıdakılardan ən azı 2-ni bilməli:
-
Hücumların simulyasiyası;
-
İnsidentlərin aşkarlanması və aradan qaldırılması;
-
NGFW, WAF, Web Proxy, AV kimi təhlükəsizlik sistemlərinin idarə olunması.
-
-
İngilis dili biliyi üstünlükdür;
-
CEH, OSCP, LPT, OSCE, OSWE, CİSSP sertifikatlarından birinin olması üstünlükdür;
-
Skript dillərlə işləmə bacarığı olması üstünlükdür;
-
Bank sektorunda təcrübəsi olması üstünlükdür;
-
İnformasiya Təhlükəsizliyi sahəsində ali təhsil olması üstünlükdür.
İş haqqında məlumat:
-
Boşluqların aradan qaldırılması və sızma testlərinin həyata keçirilməsi;
-
Kodların analiz edilərək mövcud boşluqlarının aşkarlanması;
-
Email GW, Web Proxy, WAF, Endpoint Protection kimi təhlükəsizlik sistemlərinin konfiqurasiya, dəstək və idarə edilməsi;
-
Bankda təhlükəsizlik risklərinin müəyyənləşdirilməsi;
-
Yeni təhlükəsizlik araşdırmaların nəticələrinin daim izlənməsi;
-
Mövcud olan zəiflik aşkarlama mexanizmlərinin və vasitələrinin təkmilləşdirilməsi.
İş yeri: Azərbaycan Sənaye Bankı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına ``Kiber Təhlükəsizlik Eksperti `` başlığı ilə göndərə bilərlər.