Auditor (insan resursları)
Son tarix 22 mar 2022 - [email protected]
Tələblər:
-
Əməyin iqtisadiyyatı ,iqtisadiyyat və ya yaxın sahələrdən məzun olmalı;
-
İnsan Resursları və ya İnsan Resurslarının Auditi sahəsində 2-3 illik təcrübəsi olmalı;
-
Əmək Məcəlləsinin praktiki tətbiqini bilməli;
-
Əmək Qanunvericiliyini tənzimləyən digər qanunvericilik aklarının tətbiqi ilə bağlı təcrübəsi olmalı;
-
Audit standartlarını bilməli;
-
SAP İnsan Resursları modulunda çalışa bilməli;
-
Stress altında çalışa bilməli;
-
Bölgələrə ezamiyyətə gedə bilməli.
İş haqqında:
-
Dövri olaraq iş yerlərinin insan resursları və inzibati auditini həyata keçirmək;
-
Aparılan auditlərin hesabatlarının hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına ``Auditor (insan resursları) `` başlığı ilə göndərə bilərlər.
Help desk üzrə qrup rəhbəri
Son tarix 22 mar 2022
Əsas tələblər:
-
Aidiyyatı sahə üzrə ali təhsil;
-
3 il iş təcrübəsi olmalı;
-
Əməliyyat sistemlərini bilməli;
-
Liderlik bacarığı olmalı;
-
CCNA , Microsoft OS sertifikatları olmalı;
-
Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli;
-
Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli;
-
İnsanlarla qarşılıqlı ünsiyyət qurmağı və öz fikrini sərbəst ifadə etməyi bacarmalı;
-
Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
-
Ezamiyyətlərə gedə bilməlidir.
Vəzifə təlimatı:
-
Tabeçiliyində olan help desk əməkdaşlarına rəhbərlik etməli;
-
Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi;
-
Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesini həyata keçirməsi;
-
İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi;
-
Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması;
-
Kompüter, proqram təminatı ilə bağlı məsələlər üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi;
-
PC, notebook, MS Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi;
-
Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması.
İş yeri: Sumqayıt ş. və Qaradağ ray.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Help desk üzrə qrup rəhbəri” qeyd etməyiniz xahiş olunur.
Kateqoriya mütəxəssisi (Al Marketler)
Son tarix 22 mar 2022
Əsas tələblər:
- Ali təhsil (menecment, iqtisadiyyat, marketinq sahəsində);
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi ( qida sahəsində );
- Ünsiyyət qurabilmə, azərbaycan dilində səlis danışıq bacarığı olmalı;
- Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olmalı;
- Müxtəlif bölgələrdəki marketləri və müştəri profillərini yaxşı bilməli;
- Rus və İngilis dili biliyi arzu olunandır;
- MS Office (xüsusən Excel) proqramlarını əla səviyyədə bilməlidir.
Vəzifə təlimatı:
- Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;
- Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
- Marketlərlə promo-aksiyalarla bağlı işlərin aparılması;
- Məhsul seçimi və qiymət məsələləri ilə bağlı müvafiq şirkətlərlə görüşmələrin aparılması;
- Endirim kataloqlarının planlanması;
- Müxtəlif kateqoriyalarda yeni trendlərin araşdırılması.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Al Marketler - Kateqoriya mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Texniki İşlər Bölmə Rəisi
Son tarix 22 mar 2022
Əsas tələblər:
- Ali təhsilli olmalı (elektrik, mexanika, avtomatika və s. sahələr üzrə);
- Texniki İşlər üzrə minimum 3 illik təcrübəyə sahib olmalı;
- Elektrik, mexanika, avtomatika sahələri üzrə anlayışı olmalı;
- Dövlət standartları tərəfındən Texniki İşlərə qoyulmuş tələbləri bilməli;
- Avadanlıqların, təchizatların, dəzgahların və ehtiyat hissələrinin konstruktiv xüsusiyyətlərinə uyğun emalat texnologiyasını bilməli;
- MS Office proqram paketini bilməlidir.
Vəzifə təlimatı:
- Avadanlıq və texnikaların vaxtaşırı (həftəlik, aylıq və illik) mexaniki baxışlarını həyata keçirtməli;
- İstehsalatdakı maşınlarda çıxa biləcək qəza və uyqunsuzluğuların araşdırılması və lazımi qərar və təlimatların verilməsi;
- Bitmiş təmir baxım işlərinin yoxlanışı və analizini etməli;
- Avadanlıqların, təchizatların, dəzgahların və ölçü cihazlarının texnoloji layihəyə uyğun olaraq quraşdırılması, demontajı və yer dəyişdirilməsini təşkil etməli;
- Dəzgahların köhnəlmə müddətini nəzərə alaraq minimum sayda ehtiyat hissələrinin anbar sayını planlamalı;
- Emal ediləbilən ehtiyat hissələrini və texniki vəsaitləri təsbit edib emalatxanada istehsalını təşkil etməli;
- Temir baxım işlərinin işçilər arasında bölüşdürülməsini təmin etməli;
- Tabeçiliyində olan texniki işçilərin işlərinə nəzarət etməlidir.
İş yeri: Sumqayıt
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Texniki İşlər Bölmə Rəisi” qeyd etməyiniz xahiş olunur.