Aparıcı/Baş Hüquqşünas
Son tarix 25 fev 2022 - [email protected]
Tələblər:
-
Ali hüquqi təhsilli olmalı;
-
Hüquq üzrə minimum 3-5 il iş təcrübəsi olmalı;
-
Bank işi üzrə 1 il iş təcrübəsi olmalı;
-
Hüquqi sənədləri sərbəst hazırlamalı;
-
Ünsiyyətcil və qrup şəklində işləmək qabiliyyətinə, təhlil və analiz etmək bacarığına malik olmalı;
-
Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyətinə malik olmalı.
İş haqqında:
-
Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika, nəqliyyat) hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələr, razılaşdırmalar aparılması;
-
Bankın dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
-
Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
-
Bankın tərəf kimi iştirak etdiyi birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində nümayəndə kimi iştirak edilməsi, məhkəmə sənədlərinin (iddia ərizələri, etibarnamələr, vəsatətlət, yazılı izahatlar, apellyasiya və kassasiya şikayətləri, məhkəmə çıxışları və s.) hazırlanması;
-
Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi üzrə işlərin görülməsi;
-
Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
-
Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması və onların dövlət qeydiyyatının həyata keçirilməsi;
-
Bankın səhmlərinin emissiyası və səhmdarlarının reyestrinin aparılması ilə əlaqədar qərarları hazırlamaq və digər lazımi işləri həyata keçirmək;
-
Bankın filiallarının, şöbələrinin və nümayəndəliklərinin açılması və hər hansı fəaliyyət növü üçün icazələrin alınması ilə əlaqədar qərarları, məktubları, tələb olunan sənədləri hazırlamaq və digər lazımi işləri həyata keçirmək;
-
Bankın fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, bankdaxili əsasnamə, qayda və təlimatlara hüquqi rəy vermək;
-
Dövlət, qeyri-dövlət təşkilatlarından və vətəndaşlardan daxil olan aidiyyəti sənədləri cavablandırmaq;
-
Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının, İdarə Heyətinin qərarlarını hazırlamaq, imzaya təqdim etmək, imzadan dönəndən sonra isə onların yayımlanmasını təmin etmək.
İş yeri: Azərbaycan Sənaye Bankı (Baş ofis)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına ``Aparıcı\Baş Hüquqşünas`` başlığı ilə göndərə bilərlər.
Şəbəkə inzibatçısı mütəxəssisi
Son tarix 25 fev 2022
Əsas tələblər:
- Ali təhsilli olmalı;
- OSI-TCP/IP modeli üzrə ekspert bilikləri olmalı;
- CCNA/CCNP və s. beynəlxalq sertifikatları olmalı;
- Voice şəbəkəsinin qurulması və idarəsi bacarıqları, CUCM/SIP həlləri təcrübəsi olmalı;
- IPSEC/DMVPN barəsində dərin bilikləri və təcrübəsi olmalı;
- Dinamik routing texnologiyaları üzrə dərin bilikləri (EIGRP/OSPF/BGP) olmalı;
- Cisco ASA, Pfsense, Palo-Alto next generation firewal idarəedilməsi bacarıqları olmalı;
- Şəbəkə təhlükəsizliyi bilikləri, 802.1X, Cisco ISE sistemlərinin idarəedilməsi bacarıqları olmalı;
- Çalışmaların avtomatlaşdırılması, Python proqramlaşdırma bacarığı olmalı;
- Məsuliyyətli və işgüzar, analitik düşünmə qabiliyyəti olmalı;
- Fərdi və komanda ilə işləmək bacarığı olmalı.
Vəzifə təlimatı:
- LAN, WAN, Campur və Ehtiyyat mərkəzi şəbəkəsinin idarəedilməsi, optimallaşdırılması;
- SSL VPN, məsafədən bağlantı qurulması və təhlükəsizliyin təmini;
- Tərəfdaş şirkətlərlə bağlantı üçün infrastukturun qurulması, IPSEC VPN idarəedilməsi;
- Modem, sviç, firewall avadanlıqlarının sazlanması, racklarda yerləşdirməi və kabelləşdirilməsi;
- Avadanlıqların yenilənməsi, lisensiyalara nəzarət və hesablanması;
- Şəbəkə avadanlıqlarının və hadisələrin monitorinqi, izlənməsi, avtomatlaşdırılmış məlumatlandırma və tədbirlərin sazlanması.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Şəbəkə inzibatçısı mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
İşə Qəbul Mütəxəssisi
Son tarix 21 fev 2022 - [email protected]
Əsas tələblər:
-
Ali təhsilli (Menecment, iqtisadiyyat, sosial elmlər, insan resurslarının idarə edilməsi və s) olmalı;
-
Əmək məcəlləsi və qanunvericiliyin digər normativ qaydalarından anlayışlı olmalı;
-
İş ezamiyyətlərinə gedə bilməli;
-
3 ilə qədər əlaqədar sahədə iş təcrübəsi olmalı.
-
İngilis və rus dillərini bilməsi üstünlükdür;
-
Stres altında işləməyi bacarmalı;
-
Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı;
-
Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
-
CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
-
MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
Vəzifə təlimatı:
-
Şirkətin işə qəbul və yerləşdirmə prosesinin təşkil edilməsi
-
İşə qəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;
-
İşə qəbul hesabatlarının hazırlanması;
-
İşə qəbul testlərinin həyata keçirilməsi;
-
İşə qəbul kanallarının idarə olunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
-
İşə qəbul layihələrində təşkilati işin həyata keçirilməsi.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçta göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İşə Qəbul Mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Mağaza müdiri
Son tarix 21 fev 2022 - [email protected]
Əsas tələblər:
-
Ali təhsilli olmalı;
-
Pərakəndə satış sahəsində ən azı 2 illik rəsmi iş təcrübəsi olmalı;
-
Analitik düşünmə və problem həll etmə bacarığı olmalı;
-
MS Office (Excel) proqramlarını bilməli;
-
Qrup şəklində və müştərilərlə işləmək qabiliyyəti olmalı;
-
Ünsiyyət qurabilmə, Azərbaycan dilində səlist danışıq bacarığı olmalıdır.
Vəzifə təlimatı:
-
Mağazanın gündəlik açılıb-bağlanılması işinin icrasına nəzarət;
-
Mağaza açılışı zamanı satıcı-kassirə avans məbləğini təhvil vermək və təhvil-təslim aktına imza atmaq, günün sonunda kassa sayımını həyata keçirib məbləği təhvil götürmək;
-
Üst rəhbərin verdiyi işgüzar tapşırığı vaxtında və düzgün yerinə yetirmək;
-
Müntəzam olaraq məhsulların stoklarını yoxlamaq;
-
Firma tərəfindən mağazaya verilən məhsulları firma nümayəndəsinin iştirakı ilə qaiməyə əsasən yoxlayıb qəbul etmək;
-
Mağaza üçün lazım olan malların müvafiq firmalardan sifariş edilməsi;
-
Mağazanın personalının və satışının idarə edilməsi;
-
Dövri hesabatların hazırlanması.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mağaza müdiri” qeyd etməyiniz xahiş olunur.