İşə Qəbul Mütəxəssisi
Son tarix 21 fev 2022 - [email protected]
Əsas tələblər:
-
Ali təhsilli (Menecment, iqtisadiyyat, sosial elmlər, insan resurslarının idarə edilməsi və s) olmalı;
-
Əmək məcəlləsi və qanunvericiliyin digər normativ qaydalarından anlayışlı olmalı;
-
İş ezamiyyətlərinə gedə bilməli;
-
3 ilə qədər əlaqədar sahədə iş təcrübəsi olmalı.
-
İngilis və rus dillərini bilməsi üstünlükdür;
-
Stres altında işləməyi bacarmalı;
-
Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı;
-
Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
-
CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
-
MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
Vəzifə təlimatı:
-
Şirkətin işə qəbul və yerləşdirmə prosesinin təşkil edilməsi
-
İşə qəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;
-
İşə qəbul hesabatlarının hazırlanması;
-
İşə qəbul testlərinin həyata keçirilməsi;
-
İşə qəbul kanallarının idarə olunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
-
İşə qəbul layihələrində təşkilati işin həyata keçirilməsi.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçta göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İşə Qəbul Mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Mağaza müdiri
Son tarix 21 fev 2022 - [email protected]
Əsas tələblər:
-
Ali təhsilli olmalı;
-
Pərakəndə satış sahəsində ən azı 2 illik rəsmi iş təcrübəsi olmalı;
-
Analitik düşünmə və problem həll etmə bacarığı olmalı;
-
MS Office (Excel) proqramlarını bilməli;
-
Qrup şəklində və müştərilərlə işləmək qabiliyyəti olmalı;
-
Ünsiyyət qurabilmə, Azərbaycan dilində səlist danışıq bacarığı olmalıdır.
Vəzifə təlimatı:
-
Mağazanın gündəlik açılıb-bağlanılması işinin icrasına nəzarət;
-
Mağaza açılışı zamanı satıcı-kassirə avans məbləğini təhvil vermək və təhvil-təslim aktına imza atmaq, günün sonunda kassa sayımını həyata keçirib məbləği təhvil götürmək;
-
Üst rəhbərin verdiyi işgüzar tapşırığı vaxtında və düzgün yerinə yetirmək;
-
Müntəzam olaraq məhsulların stoklarını yoxlamaq;
-
Firma tərəfindən mağazaya verilən məhsulları firma nümayəndəsinin iştirakı ilə qaiməyə əsasən yoxlayıb qəbul etmək;
-
Mağaza üçün lazım olan malların müvafiq firmalardan sifariş edilməsi;
-
Mağazanın personalının və satışının idarə edilməsi;
-
Dövri hesabatların hazırlanması.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mağaza müdiri” qeyd etməyiniz xahiş olunur.