Brend Menecer
Son tarix 10 yan 2022
Tələblər:
-
Marketinq sahəsi üzrə ali təhsilli olmalı;
-
Müvafiq sahədə ən az 5-7 illik iş təcrübəsi olmalı;
-
Rus və İngilis dillərini yüksək səviyyədə bilməli;
-
MS office proqramlarını bilməli;
-
Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür;
-
Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analizetmə, daxili bazara təsir edə biləcək təhlilləri verəbilmə bacarığına sahib olmalı;
-
FMCG sektorunda təcrübəsi üstünlükdür.
İş haqqında:
-
İllik satış və marketing büdcələrinin hazırlanmasında iştirak edir;
-
Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra edir;
-
Hədəf qrupunun (target group) xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinfinin yaradılması istiqamətində təkliflər hazırlayır;
-
Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır;
-
Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini verir;
-
Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirir;
-
Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə aparılmasına nəzarət edir;
-
Reklam (TV, açıq hava, radio, mətbuat) briflərini, POP materiallarını, satış promo materialların ilkin variantlarını hazırlayır və işin gedişatına nəzarət edir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına ``Brend Menecer `` başlığı ilə göndərə bilərlər.
Biznes Analitiki
Son tarix 10 yan 2022
Tələblər:
-
Mühəndislik və ya texniki ali təhsilli olmalı (Kompüter mühəndisliyi, Sənaye mühəndisliyi, Riyaziyyat və s)
-
3-5 il arası satış, marketinq və tədarük zənciri sahəsində İş analisti, texnik analist kimi təcrübəyə sahib olmalı;
-
İngilis dili biliyi olmalı;
-
Agile yanaşmalara uyğunlaşa bilməli;
-
Layihə və proseslərin idarə edilməsi üzrə ümumi bilikləri olmalı;
-
Müştəri məmnuniyyətinə yönəlmiş effektiv, sistematik və yenilikçi həllər ortaya qoymaq üçün güclü analitik bacarıqlara sahib olmalı;
-
Güclü şifahi və yazılı ünsiyyət bacarıqlarına malik komanda oyunçusu olmalı;
-
Dəyişən şərtlərə və tələblərə asanlıqla uyğunlaşa bilməli;
-
Yeni texnologiya və prosesləri öyrənməyə həvəsli olmalı;
-
Təhlil çərçivəsində istifadəçilərlə əlaqələri idarə etmək;
-
Analitik düşünmə və problem həll etmə bacarığına malik və komanda işinə meyilli olmalı.
İş haqqında:
-
Biznes Analizi, tətbiqlərin hazırlanması, uyğunlaşdırılması, dəstək layihələri üzrə aktiv rol almaq;
-
Biznes bölmələri ilə koordinasiyalı şəkildə çalışmaq;
-
Müştəridən alınan tələb və ehtiyac məlumatları əsasında hazırlanacaq məlumatları tərtib etmək, təhlil apardıqdan sonra müvafiq qrupa göndərmək;
-
Təqib sorğularının yaradılmasından onların canlı mühitə köçürülməsinə qədər bütün təhlillər, inkişaf və sınaq proseslərinin sona qədər monitorinqini aparmaq;
-
Başdan sona cavabdeh olduğu tələb, layihə, canlı xətalar üçün qüvvədə olan proses, prosedur standartlara uyğun olaraq iş vahidlərinin tələblərini müəyyən edərək iş və sistem təhlil prosesini həyata keçirmək;
-
Biznes və sistem təhlili və funksional dizayn sənədlərinin yaratmaq və təsdiq etmək;
-
Proqram təminatının inkişaf dövrü ərzində təhlillə bağlı məsələləri dəstəkləmək;
-
Dəyişən istifadəçi təcrübələri və ehtiyacları ilə mövcud məhsulların yenilənməsi üçün məhsulun inkişafı üzrə layihə və ideyaları təqdim etmək;
-
Hazırlanmış proqramların funksional testlərinin aparılması və istifadəçi qəbulu testlərini koordinasiya etmək;
-
Hazır həllərin təklif olunduğu layihələrdə iştirak etmək, ehtiyac duyulan hallarda məsləhətlər vermək;
-
Zəruri hallarda məlumat və təlim sənədlərinin hazırlamaq və təlim keçmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına ``Biznes Analitiki`` başlığı ilə göndərə bilərlər.